11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sağlamlığınızı həkimlərimizə etibar edin

1949-cu ilin 22 noyabr ayından Xəzər dənizinin sahilində Corat qəsəbəsinin tərkibində salınan Sumqayıt şəhərinə bir zamanlar "Gənclik şəhəri" deyirdilər. Çünki şəhərin ilk özül daşlarını düzənlər də, onun ilk sakinləri də gənclər idi. Sonralar Sumqayıt yeni adlar qazandı: sənaye şəhəri, sülh şəhəri, kimyaçılar şəhəri, komsomol şəhəri, inşaatçılar şəhəri. Şəhərimizin əsas sinvolu olan "Göyərçin" abidəsi isə Sumqayıt şəhərinin sülh və əmin-amanlıq şəhəri olmasından xəbər verir. Bu gün isə Sumqayıtımızın adı dünya ölkələri ilə birlikdə çəkilir.
Sumqayıt uğurları ilə də hər zaman öndə olan şəhərlərdən biridir. Belə ki, istər elm sahəsində, istər idman sahəsində, istərsə də tibbi sahədə Sumqayıt gəncləri öz bacarıqlarını göstərmişdirlər. Adını uca zirvələrə daşıyan Dünya çempionları da Sumqayıtımızın yetirmələri olmuşdur. Son altı ildə isə Sumqayıtımız demək olar ki, tamamilə dəyişmiş, sanki yenidən qurulub, yenidən tikilmişdir. Sumqayıt bulvarı bu gün Bakı bulvarından heç də geri qalmır. Şəhərimizin hər sahədəki uğurlar bu gün də davam edir.
Yeri gəlmişkən bir neçə ildir ki, ölkəmizdə tibbi sığorta tətbiq olunmağa başlayıb. İlk öncə bu tibbi sığortanın nə olduğunu çoxları anlamasa da, bu gün bu sahəyə keçidi hər bir kəs ürəklə alqışlayır. Çünki bir vaxtlar əməliyyat və ya başqa xərclərini xəstələr öz maddi hesabına edirdisə, bu gün bu sahəni sığorta üstələyir. Yəni xəstənin hər hansı bir xərci sığorta tərəfindən ödənilir. Bu da təbii ki, aşağı təbəqənin adamları üçün ən böyük tapıntıdır.
Bəli, Sumqayıtda hər cür tibbi avadanlıqla təchiz olunmuş müasir standartlara cavab verən xəstəxanalarımız mövcuddur. Burada onlarla həkim kadrlar çalışır. Bir vaxtlar uçub-dağılmış xəstəxanalardan bu gün əsər-əlamət qalmayıb. Hər bir xəstəxana dövlət tərəfindən əsaslı təmir olunmuş və müasir avadanlıqlarla təchiz edilmişdir. Həkimlərimizin dediyi kimi: burda qalır təkcə yaxşı işləmək. Sumqayıt Tibb Mərkəzinin müdiri Səkinə xanım da bu sahədə əlindən gələni edənlərdən biridir.
Şəhərsəhiyyəşöbəsininmüdiri Səkinə xanım:
-Son illərdə, xüsusən də 2020- ci ildən bütün sahələrdə olduğu kimi, Sumqayıtın səhiyyə sistemində də sürətli inkişaf, maddi-texniki bazanın möhkəmləndirilməsi, xidmətin keyfiyyətcə yaxşılaşması müşahidə olunur. Hörmətli prezidentimiz cənab İlham Əliyevin Sumqayıta gəlişi, şəhər ictimaiyyəti ilə görüşü, verdiyi tövsiyə və tapşırıqlardan sonra qısa müddətdə həyatımızda müsbət dəyişikliklər baş verdi. Şəhər rəhbərliyində edilən dəyişiklik — Zakir Fərəcovun icra hakimiyyətinin başçısı təyin olunması tərəqqidə təkanverici amiləçevrildi.
Beş ildəşəhərdəəhaliyə tibb xidməti xeyli təkmilləşib, tibb ocaqlarının avadanlıq, dərman preparatlarla təminatı yaxşılaşıb. Cari vəəsaslı təmirlər yüksək keyfiyyətlə aparılıb, islahatlar səmərə verib.
Belə ki, Sumqayıt Tibb Mərkəzi (STM) kimi aprel ayı ərzində şəhər əhalisinə göstərdiyimiz xidmətlər də artmaqdadır. Göstərilən statistik rəqəmlərə əsasən aprel ayı ərzində STM-in tabeliyində olan tibb müəssisələrində 104255 ambulator müraciət, 156659 sayda isə ambulator xidmət qeydə alınıb. Stasionar müraciət sayı isə 3801, xidmət isə 78806 təşkil edib.
STM-in tabeliyində olan xəstəxanalar arasında ən çox xidmət sayı 1 nömrəli Sumqayıt şəhər xəstəxanasında olub. Belə ki, həmin xəstəxanada şəhər əhalisinə 35017 xidmət göstərilib. Sumqayıt Uşaq Xəstəxanasında isə şəhərin uşaq əhalisinə 30876 sayda xidmət olunub.
Ailə Sağlamlıq Mərkəzlərinə gəldikdə isə (ASM) ən çox tibbi xidmət 2 nömrəli ASM-də göstərilib. Sözügedən tibb müəssisəsində dislokasiya ərazisinə uyğun olaraq 10768 sayda xidmət göstərilib. 1 nömrəli ASM-də isə bu rəqəm 8674 təşkil edib.
Gənclik şəhərindəözəl səhiyyə müəssisələrinin də yaradılması vüsət alıb. Hazırda 13 özəl klinika, müayinə və diaqnostik mərkəz və s. fəaliyyət göstərir. “Real” sağlamlıq klinikası, 13-cümikrorayon ərazisində yeni stomatoloji mərkəz, “Hippokrat” Elm-istehsalat tibb müəssisəsi, “Şəfqət” klinikası, “Liman” sağlamlıq mərkəzi, “İntermed”, “Diamed” diaqnostika mərkəzləri bu gün sumqayıtlılara yüksək xidmət göstərir.
Şəhərin ağxalatlılar ordusu-şəfqət yayıcılarıəhalinin sağlamlığını daha etibarlı qorumaq əzmindədirlər.
Bəli, Sumqayıt Səhiyyəsinin uğurları bununla da bitmir. Belə ki, indiyə kimi onlarla şəhid ailəsinin övladları, yaxınları, qohumları və qazilərimiz işlə təmin edilmişdir. Başqa sahələrdə 3 və ya 4 nəfər sözügedən ailələrdən işə qəbul edilmişsə, Sumqayıt səhiyyəsində bu rəqəm onlarladır.
Ölkəmizin ictimai həyatının bütün sahələrində olduğu kimi, səhiyyə sahəsində də yeni iqtisadi sistemə uyğun olaraq həyata keçirilən islahatlar, inkişaf və tərəqqi ulu öndər Heydər Əliyevin adı ilə bağlıdır. Bu gün səhiyyə sahəsində Ümummilli Liderin sosialyönümlü siyasət strategiyası Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilir. Dövlətimizin başçısı İlham Əliyev ümummilli lider Heydər Əliyevin başlıca həyat prinsipi olan xalqa, millətə xidmət və sədaqət amalını uğurla yaşadır.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər
SUMQAYIT SƏHİYYƏSİNİN
İNKİŞAF YOLU

Tarix: 28-05-2022, 17:19 Oxunub: 87
Bölməyə aid digər xəbərlər
8-05-2022, 12:45
Sumqayıt doğma şəhərimizdir
7-05-2022, 18:33
Sumqayıtn fıxri vətəndaşı
6-03-2022, 10:15
Sumqayıt doğma şəhərimizdir
5-12-2021, 10:11
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
10-08-2020, 14:46
Azad Rəhimov: "Mən həqiqətən çox narahatam"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU