11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Mustafa Abbasbəyli: “Yaxın zamanlarda ölkənin məşğulluq xəritəsi təqdim olunacaq” – MÜSAHİBƏ
© APA | Mustafa Abbasbəyli
14:486 may 2021
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin APA-yamüsahibəsi:
- Mustafa müəllim, postmüharibə dövründə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərinin bir istiqaməti də onların aktiv məşğulluq proqramları ilə əhatə olunmasıdır. Bu istiqamətdə hansı işlər aparılır?
Bildiyiniz kimi, həmin kateqoriyalardan olan vətəndaşlarla bağlı dəstək istiqamətləri genişdir, onların sırasına sosial təminat hüquqlarının çevik reallaşdırılması və sosial ödənişlərin proaktiv təyinatı, sosial-psixoloji dəstək, reabilitasiya xidmətləri və vasitələri ilə təminat, maddi yardım, mənzil-məişət şəraitlərinin yaxşılaşdırılması və s. kimi dəstək istiqamətləri ilə bərabər, məşğulluq məsələlərinin operativ həlli, kiçik biznes imkanlarının yaradılması da daxildir.
Müharibədən sonrakı dövrdə həmin kateqoriyalardan olan 5500-dək şəxs aktiv məşğulluq proqramları ilə əhatə olunub. Onlardan 4200-ə qədəri özünüməşğulluq proqramına cəlb olunaraq onlar üçün seçdikləri iqtisadi fəaliyyət növləri üzrə kiçik təsərrüfat və müəssisələr qurulub. Yəni onlar üçün kiçik biznesə sahiblənmək imkanları yaradılıb. Qeyd olunan kateqoriyalara aid 900-dək şəxsin haqqı ödənilən ictimai işlərlə təminatı həyata keçirilib. Eləcə də əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi proqramlarından da bu sahədə istifadə edilir. Əməkhaqlarının bir hissəsinin birgə maliyyələşdirilməsi Proqramı da daxil olmaqla hədəf qruplarına aid 400-dək şəxsə (işədüzəltmə) göndəriş verilib.
Agentliyin rəhbər vəzifəli şəxslərinin şəhid ailələri, müharibə əlilləri ilə elə yaşadıqları ünvanlarda görüşləriolur, bu görüşlər zamanı da onlara müvafiq dəstək istiqamətləri müəyyən olunur.
- İşsiz və işaxtaran vətəndaşların aktiv məşğulluq tədbirləri ilə əhatə olunması üçün bu il hansı işlər aparılıb?
- Dövlət Məşğulluq Agentliyi tərəfindən 2021-ci ilin birinci rübündə 35 minədək işsiz və işaxtaran şəxs aktiv məşğulluq tədbiri ilə əhatə edilib. Onlardan 31,3 mini münasib işlərlə təmin olunub, 3500-dək şəxs isə kiçik bizneslərini yaratmaları üçün özünüməşğulluq proqramına cəlb olunub. Qeyd edim ki, işsiz və işaxtaran vətəndaşların kiçik biznesə malik olmasına imkan yaradan özünüməşğulluq proqramı üzrə əmlakla təmin edilənlərin sayı hər il əvvəlki ilə nisbətən ciddi şəkildə artır.
2017-ci ildə proqrama 1172 nəfər cəlb edilibsə, 2018-ci ildə bu göstərici 7267 nəfər, 2019-cu ildə 10716 nəfər, 2020-ci ildə 12548 nəfər təşkil edib. 2021-ci ildə isə hədəf 16 min şəxsin özünüməşğulluq proqramına cəlb edilməsidir. Bu da il ərzində proqrama cəlb olunanların sayının 2017-ci illə müqayisədə 13,6 dəfə artacağını göstərir.
Bildiyimiz kimi, əmək bazarının mövcud tələblərinə uyğun peşə-əmək bacarıqlarına malik olmaq məşğulluğun təminatı üçün əsas şərtlərdən biridir. Dövlət Məşğulluq Agentliyi tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirləri vasitəsilə bu sahədə əmək bazarının ehtiyaclarının qarşılanması üçün zəruri addımlar atılır. Belə ki, Agentliyin peşə hazırlıq məktəbləri yenidən qurularaq yaranan tələbata uyğun peşə hazırlığının həyata keçirilməsi təmin edilir. Qeyd edim ki, artıq bu il üzrə də peşə hazırlıq kurslarının təşkilinə başlanıb. Kurs müddətində müdavimlərə ölkə üzrə müəyyən olunmuş minimum aylıq əməkhaqqı məbləğində təqaüd də ödənilir. Əsas hədəflərdən biri kimi isə bu il 3 min nəfər İSO (Keyfiyyət idarəetmə sistemləri üzrə) standartlarına uyğun mütəxəssis hazırlığı nəzərdə tutulub. Bu da işçi qüvvəsinin həmin standartlar əsasında rəqabət qabiliyyətinin artırılmasına mühüm dəstək məqsədi daşıyır.
Digər tərəfdən, əmək bazarında prioritet peşələr üzrə peşə və kvalifikasiya standartlarının hazırlanması işləri davam edir. Son aylarda da İKT, emal sənayesi, ictimai iaşə, tikinti və s. sahələr üzrə daha 60-a yaxın peşə və kvalifikasiya standartı hazırlanıb. Peşə və kvalifikasiya standartları peşə-ixtisas təhsilinin əmək bazarının tələblərinə, işçi qüvvəsinin beynəlxalq standartlara uyğunlaşdırılmasına xidmət edir. Son bir ildə artıq 360-dək standart hazırlanaraq təsdiqlənib, bu ilin sonuna qədər həmin göstəricinin 1000-ə çatdırılması nəzərdə tutulur.
- Artıq iki ilə yaxındır ki, dünya COVİD-19 pandemiyası ilə mübarizə aparır. Pandemiya dövrü əmək bazarına hansı dəyişikliklər gətirdi?
- Dünyada baş verən bir çox çağırışlar, kataklizmalar, xüsusilə COVİD-in yaratdığı pandemiya şəraiti əmək bazarını tamamilə fərqli formata keçirdi. Daha çox distant, onlayn, kənardan idarə olunan istiqamətlər formalaşıb. Bu da qarşımızda böyük çağırışdır.
Beynəlxalq Əmək Təşkilatının (ILO) hesabatında 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 2020-ci il ərzində iş vaxtı itkisinin8,8 faizə bərabər olması və nəticədə 255 milyon iş yerinin itirilməsi qeyd olunur. Bura pandemiya şəraitində çalışanların iş vaxtının qısaldılması və işsizliklə bağlı itkilər daxildir.
Beynəlxalq Valyuta Fondunun (IMF) proqnozlarına əsaslanan ssenariyə görə isə, 2021-ci ildə iş saatları 2019-cu ilin dördüncü rübü ilə müqayisədə 3 faiz azalacaq.
Bildiyiniz kimi, dövlətpandemiya ilə əlaqədar olaraq bir sıra sosial dəstək tədbirləri həyata keçirdi. Dövlət sektorunda 900 minədək işçidən karantin dövründə təxminən 80%-i işə çıxmasa da, əməkhaqqı ödənildi. Özəl sektor üzrə 760 min nəfərin işsizlik riskinin qarşısı alınıb. Bu sektorda pandemiyadan zərər çəkmiş sahələrdə işləyən 600 min nəfərə dövlət dəstəyi göstərilib.
Görülən tədbirlər nəinki əmək müqavilələrinin sayının azalmasına imkan verməyib, hətta, müqavilələrin sayında ciddi artım özünü göstərib. 2020-ci ilin əvvəli ilə müqayisədə müqavilələrin sayında 24% (və ya 154 min) artım qeydə alınıb.
Əmək haqqı fondunda 12% artım olub, o cümlədən özəl sektorda 19% , dövlət sektorunda 5% artım qeydə alınıb. Ümumən son 3 ildə əmək müqavilələrinin sayı 30% və ya 400 min (300 min özəl, 100 min dövlət) artıb. İşsiz və xüsusi karantin rejimi dövründə gəlirini itirmiş qeyri-formal məşğul şəxslərdən ibarət aztəminatlı 600 min şəxsin yaşayış minimumu (190 manat) həcmində birdəfəlik ödəmə ilə təminatı proqramı icra olunub (2020-ci ilin aprel-may aylarında bütün ölkə üzrə 600 min şəxs, sonralar sərtləşdirilmiş karantin rejimi tətbiq olunan bölgələr üzrə 3 dəfə ödəmə, dekabr ayında yenidən bütün ölkə üzrə ödəmə). Bu istiqamətdə ümumilikdə 450 mln. manat vəsait xərclənib.
İctimai işlər proqramı genişləndirilib, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb.
İşsiz şəxslərə işsizlikdən sığorta ödənişinin, peşə hazırlığı prosesində fasilə yaranmış kursların müdavimlərinə təqaüdün verilməsi müddətləri də uzadılıb.
Dünya İqtisadi Forumunun (WEF) 2020-ci il üçün hesabatında işəgötürənlər üçün 2025-ci ilədək məntiqi təfəkkür və yeniliyə açıqlıq, tədqiqatçılıq, texnologiyadan istifadə, monitorinq və nəzarət, Texnoloji dizayn və proqramlaşdırma kimi bacarıqların əsas olacağı proqnoz edilir.Beləliklə, pandemiyanın uzunmüddətli təsirləri avtomatlaşdırma prosesinin sürətləndirilməsini şərtləndirir.
COVID-19xüsusilə fiziki yaxınlığı yüksək olan iş sahələrində avtomatlaşdırma və süni zəkanın daha sürətli qəbul olunması və tətbiqinə təkan verdi. Pandemiya bir çox sahələrdə məsafəli işi zəruri etdi. Müxtəlif iş yerlərində isə məsafəli işin başlaması və görülən işlərin daha səmərəli və məhsuldar ola bilməsi üçün həmin sahələrdə avtomatlaşdırmavə rəqəmsal texnologiyaların tətbiqivə xüsusən də keyfiyyətli tətbiqi üçün ciddi zəmin yaratdı. Pandemiya səbəbindən iqtisadiyyatımızın və həyatımızın rəqəmsallaşmasının sürətləndirilməsi bir çox faydaları özündə birləşdirə bilər. Daha keyfiyyətli bir rəqəmsal infrastruktura investisiya qoymaq hər şeyi əhatə edən daha yaxşı imkanlar ekosistemi yaratmağa kömək edə bilər. İnsan kapitalımızı rəqəmsal bacarıqlara sahib edərək inkişaf etdirmək işlə təminatda yeni imkanlara üfüqaça bilər.
- Dövlət məşğulluq xidmətlərinin rəqəmsal müstəviyə keçidi istiqamətində hansı yeniliklər var?
- Rəqəmsallaşmaya tam keçid artıq iş dünyasında müzakirə olunan əsas mövzulardan biridir. Əlbəttə ki, gözlənilmədən baş verən COVID-19 pandemiyasının bu mövzuda böyük rolu var.
Dövlət Məşğulluq Agentliyi olaraq biz də tam yeni, müasir və təkmil bir quruma çevrilmək məqsədi ilə rəqəmsal məşğulluğa keçidi, xidmətlərin rəqəmsallaşdırılmasını əsas prioritet istiqamət kimi müəyyən etmişik.
Artıq əmək münasibətləri və məşğulluq altsistemi - ƏMAS adlı vahid əmək münasibətləri platforması, ölkənin məşğulluq xəritəsi, məşğul şəxslərin ölkə üzrə reyestri, qeyri-formal məşğulluğa nəzarət informasiya ehtiyatı, səyyar yoxlama və monitorinq sistemi, elektron əmək birjası,yarmarkası və ictimai işlər portalı (works.gov.az) üzrə işlər aparılır. Yaxın zamanlarda ölkənin məşğulluq xəritəsi artıq təqdim olunacaq. Məşğul şəxslərin ölkə üzrə reyestri də yaxın zamanlarda hazır olacaq. Ümumiyyətlə, bu ilin sonuna qədər rəqəmsal müstəviyə keçidlə bağlı işlərin yekunlaşdırılması nəzərdə tutulub.
Foto

Bölməyə aid digər xəbərlər
Mustafa Abbasbəyli: “Yaxın zamanlarda ölkənin məşğulluq xəritəsi təqdim olunacaq” – MÜSAHİBƏ
© APA | Mustafa Abbasbəyli14:486 may 2021
Dövlət Məşğulluq Agentliyinin sədri Mustafa Abbasbəylinin APA-yamüsahibəsi:
- Mustafa müəllim, postmüharibə dövründə şəhid ailələri, müharibə iştirakçıları ilə bağlı geniş miqyas alan sosial dəstək tədbirlərinin bir istiqaməti də onların aktiv məşğulluq proqramları ilə əhatə olunmasıdır. Bu istiqamətdə hansı işlər aparılır?
- Zabrat yolundakı iki piyada keçidində işıqfor quraşdırılıb
- Deputat: “İnsan alveri ilə məşğul olanlar sosial şəbəkələrin imkanlarından istifadə edirlər”
- Azərbaycanda bir gündə 1224 nəfər COVID-19-dan sağalıb

Tarix: 6-05-2021, 14:50 Oxunub: 101
Bölməyə aid digər xəbərlər
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
19-04-2021, 09:00
Maqsud Maqsudov - 80
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
21-09-2020, 12:38
“Siyasi fəaliyyətimizi donduracaq, Ali Baş Komandanı dəstəkləyəcəyik” - Müxalifətin müharibə planı
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
5-08-2020, 18:01
"Hətta xaricdə yaşayanlar da məsuliyyətə cəlb oluna bilərlər"
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 12:03
İnsan alveri qurbanlarının sosial müdafiəsi gücləndiriləcək və reabilitasiyası mümkün olacaq
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
15-07-2020, 10:40
Bakıda möhtəşəm Orduya dəstək yürüşü və... arzuolunmaz sonluq
9-07-2020, 18:22
“Microsoft” şirkəti Azərbaycan təcrübəsi haqqında yazdı
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU