Keçmiş səhiyyə naziri, uzun müddət məhbus həyatı yaşayan Əli İnsanov həbsxanadan çıxan kimi od püskürməyə başladı və qısa müddət sonra özünün sədr olduğu HAQQ və ƏDALƏT partiyasını yaratdı. Çoxdan “sroku” keçmiş cəbhəçiləri başına yığaraq çayxana aşığı kimi haqdan-ədalətdən danışır. Görəsən, Əli doxtura bir sual verən yoxdur ki, nazir olduğun zaman nə qədər xəstəxananın ərazisi yüz minlərə satıldı, qaçqınlar üçün beynəlxalq təşkilatların humanitar yardım kimi göndərdiyi dərmanları satıb cibinə qoyurdun. Bəs o zaman niyə haqq və ədalaətdən danışmırdın ? İndi deyəcəksən ki, onlar keçmişdə qalıb. Əli doxtur biri sənin kimi Həccə gedib qayıdır, dindən, imandan basıb bağlayır. Bir nəfər deyir ki, Hacı, 2 əvvəl sənin bağında işlədim pulumu vermədin, indi Hacı olmusan, pulumu ver. Hacı deyir, o pul Həccdən qabaq olub, o hesaba daxil olmur. İndi sən Əli doxtur 90-cı illərdə nə qədər sərvət mənimsəmisən. Yaxşı bunu yazdıq həmin dövrün ayağına. Ayy, doktur, qardaşın oğlu İnsanov Mehman Lətif oğluna denən ki, türk iş adamı Yağçı Yavuz Cabbar oğluna atdığı 100 minləri qaytarsın. Məlumat üçün qeyd edək ki, 1968-ci ildə Ermənistanın Noyemberyan rayonunda anadan olmuş Mehman İnsanov qabaqcadan əlbir olan bir qrup şəxs halında, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirib külli miqdarda ziyan vurub. Sadəcə, sabiq Baş prokurir Zakir Qaralov İnsanovu müdafiə etdiyi üçün uzun müddət cəzasız qalıb. //gundelik-baku.com//
Bölməyə aid digər xəbərlər