KİVDF-nin sabiq icraçı direktoru Vüqar Səfərli ilə bağlı yeni iddia ortaya atılıb.
Yenicag.az xəbər verir ki, araşdırmaçı jurnalist Samir Feyruzov V.Səfərliyə qarşı ağır ittiham irəli sürüb.
Həmin iddianı olduğu kimi təqdim edirik:
“2020-ci il may ayının 11-də Maliyyə Nazirliyinin Dövlət Xəzinədarlığı Agentliyinin sektor müdiri Mehman Talıbovla KİVDF-nin keçmiş İcraçı direktoru Vüqar Səfərli arasında gizli görüş olub. Görüş V.Səfərlinin bağ evində baş tutub.
Cəmi bir gün sonra, may ayının 12-də M.Talıbov qəfil vəfat edib.
Bu həmin vaxt idi ki, KİVDF-yə ayrılan pullar müzakirə olunurdu, V.Səfərlinin jurnalistlər binasındakı maxinasiyaları, korrupsiya əməlləri ilə bağlı məsələ gündəmin əsas vitrin mövzusuna çevrilmişdi.
Bu hadisədən bir ay sonra – iyun ayının 11-də açıqlandı ki, V.Səfərli dövlətə vurduğu maddi ziyanın 100 min manatını ödəyib.
Etibarlı mənbələr bildirir ki, V.Səfərlinin bağ evində baş tutan görüş M.Talıbovun ölümünə səbəb olub. Ehtimal olunur ki, V.Səfərli dövlətə vurduğu ziyanın ödənilməsini nazirliyin sektor müdirinin üzərinə yükləyib.
Hüquq-mühafizə orqanları məsələni araşdırmalıdır. KİVDF-ni mafiya qanunları ilə idarə edən V.Səfərlinin M.Talıbovu şantaj etdiyi və M.Talıbovun məhz bu səbəbdən qəfil vəfat etdiyi bildirilir”.
Bölməyə aid digər xəbərlər