15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
14:36 / 16-11-2024
MP8GEm8QpYgQYaMo8oM5NQhRBgDGiLZW5Q
14:21 / 16-11-2024
Leysan yağacaq, güclü külək əsəcək - Xəbərdarlıq
14:19 / 16-11-2024
“Vaxtımız azdır, qanunvericiliyi daha da təkmilləşdirməliyik”
14:17 / 16-11-2024
“Brilyant əl”in Annası vəfat etdi - Fotolar
14:12 / 16-11-2024
Yol qəzalarında ölənlərin sayı azalıb - Rəsmi statistika
09:53 / 15-11-2024
Leyla və Arzu Əliyevalar sərgidə - Video - Fotolar
09:52 / 15-11-2024
Məhkəmə zalından azadlığa çıxan Nadir Əliyevin həbsi tələb edilir
09:49 / 15-11-2024
Rayonlara yağış yağıb
11:15 / 14-11-2024
Sənsizliyin necə bir dərd olduğunu ifadə edə bilmirəm ATAM!
13:49 / 11-11-2024
8 noyabr - Zəfər Günüdür
13:42 / 11-11-2024
8 NOYABR
11:47 / 11-11-2024
Sumqayıt-75
10:39 / 11-11-2024
SOCAR-ın zavodunda yanğın olması iddiasına - Rəsmi cavab - Yenilənib
10:33 / 11-11-2024
Bölgələrdən Bakıya gələnlərin nəzərinə!
10:29 / 11-11-2024
Sabah leysan yağacaq
“Həyat yoldaşımla məni oğlu tanış etdi” - Videomüsahibə
Uşaqlığı 2000-lərin əvvəlinə düşənlərin çox sevdiyi bir veriliş var idi - “Bala dili”. Balacalarla canlı efirdə bağlantı yaradaraq onlara hədiyyələr qazandıran layihənin aparıcıları isə Sona və Vəfa bacıları olub. O vaxt çoxsaylı zənglərin əlindən verilişə iştirakçı kimi qatılmaq müşkülə çevrilmişdi. Həmin dövrdə uşaqların sevimlilərinə çevrilən bacılar illər sonra televiziyadan uzaq düşdü...
“Qafqazinfo” bacılardan biri - Sona Rəsulovanı tapıb, onunla həmsöhbət olub:
- Televiziyaya gəlişiniz necə oldu?
- Lap uşaqlıq arzum televiziyada işləmək idi. İlk iş yerim Milli İncəsənət Muzeyi olub. Muzey bir az darıxdırıcı işdir, çünki həmişə sakitliyə riayət olunmalıdır. Bu isə gənc insan üçün çətindir. Daha sonra Musiqili Komediya Teatrında katib vakansiyası rastıma çıxdı. Öz CV-mi verdim, müsahibəni keçdim. Hacıbaba Bağırovun katibəsi oldum. 18 yaşım var idi. O vaxt bütün tanınmışları yaxından görmək mənim üçün sürpriz idi. Bacıma sevincək zəng vururdum ki, yanımda filan aktrisa və ya Afaq Bəşirqızı oturub.
Bir gün rejissor Şamil Nəcəfzadə dayıma dedi ki, ANS telekanalında vakansiya var. O vaxt isə ANS-də Azərbaycan dilinə dublyaj yeni-yeni inkişaf edirdi. Onlara filmi rus dilində izləyib yazan, yəni skript edən adam lazım idi. Birinci bacım getdi. Bacım universitetdə oxuduğu üçün çatdırmırdı, dedi ki, məni bacım əvəz edəcək. Vahid Mustafayevlə dəhlizdə rastlaşdıq. Vəfadan soruşdu ki, bu qız kimdir? O da dedi ki, bacımdır, məni əvəz etməyə gəlib. Vahid müəllim də dedi ki, niyə əvəz etməyə, qoy o da bizdə işləsin. Bu, 2000-ci ilə təsadüf edirdi. Mənim 19, bacımın 17 yaşı var idi.
- Bəs “Tutugildə” və “Bala dili” verilişləri necə yarandı?
- Bizdən soruşdular ki, uşaq verilişi apara bilərsiniz? Çünki Azərbaycanda müasir uşaq verilişi yox idi. Dedik ki, yoxlaya bilərik, niyə də yox. Bir bölüm çəkildi və qəbul olundu. “Tutugildə” verilişinin ilk efiri 2001-ci il martın 8-də efirə getmişdi və xanımlara həsr olunmuşdu. Daha sonra isə, aprelin 1-dən hər bazar günü axşam 20:30-da efirə getməyə başladı. “Bala dili”nin ilk efiri isə 2002-ci il yanvarın 1-nə təsadüf edir. Veriliş 2008-ci ilədək efirdə olub.
Bəzən olurdu ki, insanlar gəlib soruşurdu ki, bu “Tutugildə”nin studiyası haradadır? Biz də izah edirdik ki, Kanada istehsalı olan “Wimzie's House” televiziya proqramını adaptasiya etmişik. Düşünürəm ki, “Wimzie's House” eyni adla tərcümə edilib verilsəydi, bəlkə də insanlar tərəfindən o qədər də sevilməyəcəkdi. Orada adlar da başqa idi. Məsələn, Tutunun adı Vimzi idi.
Seriyaların birində “Fatmanisə nənə”ni mən dublyaj edirdim. Orada isə bir səhnə var idi, mahnı oxuyurdular. Birdən nənə gəlir. Nənə obrazı orijinalda və rus dilində boşluq idi. Dedim ki, burada oxuyacağam. Həmin hissəni anonsa əlavə etdik. Bu mahnı o vaxtın trendi oldu. Uşaqlar bizi yolda görüb mahnını oxuya-oxuya arxamızca gəlirdilər. Biz də gülürdük.
- Mən “Bala dili”nə nə qədər zəng etsəm də, düşə bilmədim...
- Bəlkə də heç vaxt zəng etməyən dost-tanış, qohum, salam verməyən iş yoldaşı yaxınlaşıb deyirdi ki, "bir uşaq var, sizin verilişə düşə bilmir, ona zəng edə bilərsiniz?" Biz də çalışırdıq ki, bu kimi hallara yol verməyək, çünki zəng edib düşə bilməyən uşaqlara haqsızlıq olardı.
Biz səhər saat 7-də işə gələndə mühafizə xidməti deyirdi ki, bu uşaqlar yatmırlar, saat 4-də, 6-da zəng edib “Bala dili”ni soruşurlar, manyak olublar. Deyirdilər ki, sonra düşməyəcəyik. Hətta o vaxt ANS-in tanınmış müxbirləri nazirliyə və s. yerlərə müsahibəyə gedirdi. Hər dəfə müxbir şirkətə qayıdanda əlinin içində hansısa uşağın adı, yaşı, ev nömrəsi yazılmış balaca kağız olurdu. O qurumlarda çalışanlar həmin uşaqları efirə qoşmağımızı xahiş edirdilər.
Rəhbərlik həmişə deyirdi ki, siz gələcəyin siyasətçisi, deputatı da ola bilərsiniz. Biz də başa düşmürdük ki, necə, niyə. Deyirdilər ki, bu günün uşağı 10 ildən sonra səsvermə hüququna malik olacaq və deputat seçimində on namizəd arasında sizi tanıyıb səs verəcək.
- İllər sonra sizi “Bala dili”nin aparıcısı kimi tanıyanlar olubmu?
- Artıq 2014-cü il idi. Sükan arxasında idim, maşın sürürdüm. O vaxt Nərimanov dairəsində qayda hər dəfə dəyişirdi. Birdən məni yol patrulu saxladı və dedi ki, qaydanı pozmuşam. Maşınımda isə xəstə pişik var idi, yoldan götürmüşdüm, onu təcili həkimə aparırdım. Mən də ona deyirəm ki, məni həkim gözləyir, bu pişik yazıqdır, xahiş edirəm, mənə cərimə yazmayın, pulu gedib pişiyə xərcləyim, amma bildim, bu qaydanı pozmayacağam. Dedi ki, xeyr, olmaz xanım. Mən də “Şrek”dəki yazıq pişiyi “qoşdum”. Dedim ki, mən illərimi uşaqlara həsr etmişəm, 10 il “Tutugildə”, “Bala dili” adlı uşaq verilişləri hazırlamışıq. Polis dayandı, vəsiqəmə bir daha baxdı və Sona Rəsulova ad-soyadını oxuyub məni tanıdı. Birdən bu kişi çevrildi oldu bir uşaq. Elə bil keçmişinə səyahət etmiş oldu. Dedi ki, mən o qədər sizin verilişə zəng etmişəm, verilişinizə öz pişiyimlə gəlmək istəyirdim, amma valideynlərim gətirmədi ki, lazım deyil. Ürəyimdə qaldı. Dedi ki, qaydanı pozmayın, gedin, yaxşı yol.
- O veriliş efirdə olduğu dövrdə ailə həyatı da qurdunuz...
- Bu kimi uşaq serialları və verilişləri VVS studiyasında dublyaj olunurdu. O vaxt VVS studiyası "Dəyirman" qrupu ilə əməkdaşlıq edirdi. Biz birlikdə işləyirdik, hətta uşaq verilişini də hazırlayırdıq. Daha sonra belə oldu ki, "Dəyirman" qrupunun bir üzvü ilə ailə qurdum. O vaxt deyirdilər ki, o uşaq verilişinin aparıcılarından birinin həyat yoldaşı "Dəyirman" qrupunun üzvüdür və s. İndiyədək insanların yaddaşında qalıb. Dünyaya bir qızımız gəldi, adını da mən qoydum. Ümumiyyətlə, Azərbaycanda belə bir ad yox idi. Sonel - mən və atasının adlarının ilk iki hərfinin birləşməsindən yaranıb. İstənilən halda ayrılıq olan məqamlarda xoşagəlməz münasibətlər ola bilir. Əsas məsələ budur ki, insan o xoşagəlməz münasibəti uşağa keçirməməlidir, çünki uşaq hər ikinizi çox sevir. Hər iki valideyn uşaq üçün doğmadır.
Fotoda: Vəfa və Sona bacıları. Şəxsi arxivdən.
- 2008-ci ildə “Bala dili” bağlanandan sonra harada çalışdınız?
- Bacımla “Lider” telekanalına getdik, orada “Ala-bula” verilişi hazırladıq. Bizi o vaxt telekanalın baş prodüseri Murad Dadaşov dəvət etmişdi. Veriliş bir mövsüm oldu. 2009-cu ildən isə “Space” telekanalında prodakşn istehsalı olan “Mən böyümüşəm” proqramı ilə efirə çıxdıq. O da iki mövsüm davam etdi. 2012-ci ildə reklam səsləndirdiyim vaxt səsimi eşidən aparıcı Səxavət Nur məni “Araz” radiosuna dəvət etdi. Yanvar ayında efirə çıxdım, iki il “Üçü birində” verilişini apardım. 2014-cü ildə isə yenidən ANS-dən təklif aldım, radiosuna qayıtdım, “Sona kimi” verilişini apardım, sonra radionun baş prodüseri və baş direktoru vəzifələrinə təyin olundum və 2016-cı ilədək, ANS bağlananadək, orada çalışdım. 2018-ci ildən bu günlərədək “Media FM” radiosunda baş prodüser kimi çalışırdım.
- Bəs bacınız?
- O da “Space”dən “Araz” radiosuna gəldi. Sonra ANS radio, daha sonra “Media FM”. Demək olar, hər yerdə birlikdə işləmişik. Ailəlidir, iki övladı var, hazırda işləmir.
- Radio fəaliyyətinizdə ən yaddaqalan hansı efir olub?
- “Media FM”də yeni işləməyə başladım. O vaxt “Lələgülə” verilişi var idi. O verilişdə ən yaddaqalan məqamlardan biri də Novruz bayramından əvvəl yaşanmışdı. Bunu bir çoxu eşidib. Eşitməyənlər də eşidəndə gülməkdən gözlərindən yaş gəlir. Bir gənc oğlan zəng etmişdi. Dedi ki, 17-18 yaşımadək fındıq yeməmişəm, günlərin bir günü əmim mənə yedizdirdi, gördüm ki, yaxşıdır. Həmkarım Hüseyn də dedi ki, məndə də elədir, qoz yemirəm, məclisə və s. yerə gedəndə deyirəm ki, mənə qoz qoymayın, yeyə bilmərəm. Mən də davam etdim ki, ona qoza qoymayın, çünki Hüseynin allergiyası var. Mənim cümləmdə heç bir qeyri-etik ifadə yoxdur. Elə insanlar var ki, buna neqativ yanaşır. Əsas odur ki, Milli Tele-Radio Şurasının da qayda-qanununu pozmayasan.
- Bu gün Azərbaycanda son gününüzdür. Necə oldu ki, Türkiyəyə köçmək qərarına gəldiniz?
- Azərbaycandan köçməyimin səbəbi ailə qurmağımdır, Türkiyə vətəndaşı ilə ailə qurmuşam. Bəlkə də bundan tez köçərdim, sadəcə olaraq işim və qızımın məktəbi ilə bağlı köçə bilmirdim. 2019-cu ildə tanış olmuşuq, 2020-ci ildə evlənmişik, mən isə indi köçürəm. Təsadüfən tanış olduq, daha doğrusu, tanış etdilər. Bizi həyat yoldaşımın oğlu tanış etdi, eyni hoteldə dincəlirdik. Oğlu şəklimi indiki həyat yoldaşıma göndərdi. Atası evlənmək istəmirdi, amma şəklimi görən kimi mənimlə maraqlandı, dedi ki, gəlirəm. Biz doğum günümdə tanış olduq. 1 aydan sonra "tekne turu"nda mənə evlilik təklif etdi, mən də qəbul etdim.
- Orada işləyəcəksiniz?
- Elə hər kəs məndən soruşur ki, orada nə edəcəksən, nə işləyəcəksən? Açığı, o qədər yorulmuşam ki, bir ara fasilə vermək istəyirəm. Bu, tükənmək deyil, amma güc yığmaq üçün arada fasilə lazımdır.
Çəkilişdə göstərdiyi köməkliyə görə Mərdanov qardaşları, 41/47 ünvanında yerləşən “Friends Baku” kafesinə təşəkkürümüzü bildiririk.
Hüseyn Məmmədsalahov
Foto-Video: Xəyal Vəlizadə
Bizi Telegramda izləyin
Bölməyə aid digər xəbərlər
“Həyat yoldaşımla məni oğlu tanış etdi” - Videomüsahibə
ŞouOxunma sayı: 20075Uşaqlığı 2000-lərin əvvəlinə düşənlərin çox sevdiyi bir veriliş var idi - “Bala dili”. Balacalarla canlı efirdə bağlantı yaradaraq onlara hədiyyələr qazandıran layihənin aparıcıları isə Sona və Vəfa bacıları olub. O vaxt çoxsaylı zənglərin əlindən verilişə iştirakçı kimi qatılmaq müşkülə çevrilmişdi. Həmin dövrdə uşaqların sevimlilərinə çevrilən bacılar illər sonra televiziyadan uzaq düşdü...

Tarix: 13-12-2023, 08:35 Oxunub: 270
Bölməyə aid digər xəbərlər
24-11-2023, 09:50
Sumqayıtda Şəhər Günü qeyd edildi – FOTOLAR
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
20-07-2023, 07:54
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT EYLƏSİN!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
12-09-2020, 10:54
“Ximekspress 2000 Firması”nın gücünə daha kimlər güc verir? - İLGİNC
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 19:42
Deputat: “Dövlət sərhədində törədilən təxribata görə bütün məsuliyyət işğalçı Ermənistanın üzərinə düşür”
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 15:37
İyulun 23-24-də keçiriləcək buraxılış imtahanlarının qrafiki elan edildi
11-07-2020, 10:44
SOCAR tenderlər elan edib - SİYAHI
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 10:42
Koronavirusdan sağalan Şəhla Novruzova: “Boğulurdum və ayaq üstə dayana bilmirdim” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU