12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Şairin şeirləri hüdud tanımır





























Təbriklər, dəyərli insan!

Uzun illərin tanışı olan şair Ədalət Əroğlunun (Qafarovun) şeirlərinin dünyanın hər bir yerinə ayaq açması məni olduqca sevindirdi.  Onun şeirlərinin dünyanın bir çox dillərinə tərcümə olunması həqiqətən də sevindirici haldır. Şairin bütün şeirləri dünya xalqları tərəfindən sevilir və oxunur. Bir çox ölkələrdə işıq üzü görən qəzet və jurnallarda tərcümə olunaraq oxucuların ixtiyarına verilmişdir. Dəfələrlə müxtəlif dillərə tərcümə olunan şair şeirlərinə görə müxtəlif mükafat, fəxri fərman və diplomlara layiq görülmüşdür. Doğurdan da sevindirici haldır ki, Azərbaycan xalqının şair oğlunun şeirləri dünyanın bir çox ölkələrində sevilərək oxunur. Bu münasibətlə şairi ürəkdən təbrik edir, ona yeni yaradıcılıq uğurları arzulayırıq. 

Mahir Hümbətov,
Yeni Azərbaycan Həyatı.com 
informasiya portalının rəhbəri



 AZƏRBAYCANA
(Arxivdən)

Vətənim böyükdür, Uludur-Ulu,

Haqqa gedir, çalışdığı bu yolu,
Bölünüb Arazla, kəsilib qolu,
Təbrizim ürəkdir, Azərbaycana.

Millətim bölünüb param-parçadır,

Arazla bölünüb, kəsik xalçadır,
Qarabağ əsirdir, ürək parçadır,
Əsirlik yaraşmır Azərbaycana,

Bir günəş bəs edir, cümlə-cahana,

Bir söz də bəs edir, onu duyana,
Dəniz də çalxalanır, o yan, bu yana,
Xəzərim yaraşır, Azərbaycana.

Bir dünya yaşayır sənin adında,

Cənnətlə qoşadır sənin adın da,
Sözüm də qalacaq elin yadında,
Ədalət payıdır Azərbaycana.











































      SÜLHƏ GƏLİN 

Sülhə gəlin ey insanlar, 
Silahlar qoy sussun bu gün. 
Yetər xoş söz ürəklərə, 
Qan tökməyək gəlin bu gün. 

Sülhə gəlin ey insanlar, 
Yetər artıq, bu savaşlar. 
Göz yaşları dəniz oldu, 
Ürək dözməz, yavaşlar... 

***  

Sülhə gəlin ey insanlar, 
Torpaq ölüm, qan qoxuyur. 
Dağlar dözmür bu ağrıya, 
İnsanlığa nifrət oxuyur. 

*** 
Sülhə gəlin ey insanlar, 
Bəsdir haqsız tökülən qan, 
Nalə səsi dağlar yarır, 
Haqsız yerə tökülür qan. 

***
Sülhə gəlin ey insanlar, 
Bu nə yazı, bu nə savaş? 
İnsan insanın qənimi, 
Vicdan itir yavaş-yavaş. 

*** 
Sülhə gəlin ey insanlar, 
İnsan insana olub düşmən, 
Bu cahan cəhənnəm deyil, 
Niyə olduq cəllad, düşmən? 

***  

Sülhə gəlin ey insanlar, 
Ana ahı ərşə çıxır, 
Dilləndirir dağı, daşı, 
Dayandırın bu savaşı. 

***
Sülhə gəlin ey insanlar, 
Qan içində dünya batar, 
Bir damla mərhəmət yetər, 
Ədalətlə haqqa çatar !!! 

TYB, AYB və AJB-nin üzvü, Hüquqşünas-şair Qafarov Ədalət İzzət oğlu (ƏROĞLU) 

--------------------------------------------------- 

COME TO PEACE 

Come to peace, people, 
Let the guns fall silent today. 
Good words are enough for hearts, 
Let's not shed blood today. 

*** 
Come to peace, people, 
Enough is enough, these wars. 
Tears have become a sea, 
The heart cannot bear it, it slows down... 

***
 Come to peace, people, 
The soil smells of blood and coffins. 
The mountains cannot bear this pain, 
They sing of hatred for humanity. 

*** 

Come to peace, O people,
Enough of the unjustly shed blood, 
The sound of moaning splits the mountains, 
Blood is spilled unjustly. 

***
 Come to peace, O people, 
What is this summer, what is this war? 
Man is the enemy of man, 
He slowly loses his conscience. 

*** 
Come to peace, O people, 
Man is an enemy to man, 
This world is not hell, 
Why have we become executioner enemies? 

***
 Come to peace, O people, 
The mother's sigh splits the throne, 
The orphan's moan shakes the mountains, 
Stop this war. 

*** 
Come to peace, O people, 
The world is drowning in blood, 
A drop of mercy is enough, 
Justice will achieve truth!!! 

Member of TYB, AYB and AJB, Lawyer-poet Gafarov Adalat Izzet oglu (EROĞLU)


***



      SÜLH OLSUN 

Dünyamıza Salam olsun! 
Silahlar sussun bir anlıq. 
Silinsin yer üzündəki, 
Bu cəhalət, bu qaranlıq. 

*** 

Yetər artıq göz yaşları, 
Tökülən qan, bu fəryadlar. 
Qoy ümüdlər qanadlansın, 
Yazılsın tarixə adlar. 

*** 
Ağ göyərçin qanad açsın, 
Göylər nurla dolsun yenə! 
Gəlsin haqqın gur sədası, 
Ədalət qalib olsun yenə!


       ***

DÜNYAYA SÜLH

Dünya dəyib bir-birinə 
Qalxır yenə qara tufan. 
Haqqın səsi harda qaldı? 
Vicdan susur, əməl yalan. 

***
Dünya dəyib bir-birinə, 
Qardaş qardaşı tanımır. 
Ürəklərdə mərhəmət yox, 
Əl açmır Allaha, tanımır. 

***
Dünya dəyib bir-birinə, 
Qan tökülür yer üzündə. 
Qalxaq deyək, hamı desin: 
Sülh yaşasın yer üzündə! 

***
Dünya dəyib bir-birinə, 
Barış yolu əldə açar. 
Sülh göyərçin qanad açsın, 
Əroğlu da qalmaz naçar. 

***






Göyərçin haqqında əfsanə Bəzi simvollar uzun və zəngin ...






Tarix: 27-03-2026, 10:00 Oxunub: 34


Bölməyə aid digər xəbərlər