11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“İşdən çıxarılmağımı iclasda qaldırdılar, direktorun qohumları səs verdi” - Rəsmi cavab
“Yanvarın 28-i dalandar kimi çalışdığım İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta məktəbindən qanunsuz şəkildə 70 “Ç” bəndi ilə işdən çıxarılmışam”.
Onun sözlərinə görə, 2017-ci ildən çalışdığı məktəbdə öz vəzifəsinə məsuliyyətlə yanaşsa da, direktor Ruslan İbayev uzun müddətdir onu işdən çıxarmaqla hədələyib: “Bu günə qədər əməkhaqqımdan 1 manat belə tutulmayıb, şəxsi işimdə nə töhmət, nə xəbərdarlıq var. Yanvarın 28-i arxiv tabellərimə də baxıldı, hamısının qarşısında işə vaxtında gəlib getməyimlə bağlı imzam var. Lakin məktəbin direktoru Ruslan İbayev mənə uzun müddətdir deyirdi ki, ərizəni yaz, işdən çıx. Niyə ərizə yazıb işdən çıxmalı idim? İşə gecikirdimsə, ya xəbərdarlıq edərdi, ya töhmət verərdi, ya da həmin günün maaşından tutulardı.
Mənə söylədi ki, regionalın müdiri Bəhruz müəllim göstəriş verib ki, ərizəni yazıb işdən çıxmalısan. Dedim haradan tanıyır məni? Cavab olaraq isə “çox danışırsan, ərizəni yazıb çıx, çıxmırsansa, səni 70 “Ç” ilə işdən çıxaracağam”, - deyə bildirdi. Yanvarın 28-i məni işdən çıxardı. İki ay bundan əvvəl də bir şəhid qardaşını işdən çıxarmışdı.
İşdən 70 “Ç” ilə çıxarılmağım ədalətsizlikdir. Bundan əvvəl məktəb direktoru Famil İbişov idi. Onun vaxtında da mənim töhmətim olmayıb, hansısa problem də yaşamamışam. Harasa getməliyəmsə, hansısa vacib işim olubsa, rəsmi şəkildə ərizə yazıb, icazə almışam”.
Şikayətçi iddia edir ki, R.İbayev məktəbin ehtiyaclarını bəhanə edərək ondan dəfələrlə pul istəyib: “2022-ci ildə direktor kimi gələndən sonra 4-5 dəfə məndən 40-50 manat pul aldı. Bir dəfə dedi ki, məktəbə mühərrik və su şlanqı alınmalıdır, daha sonra ağac əkilməli və “setka” çəkilməli olduğunu söylədi. Son vaxtlar deyirdi ki, bu pulu artıq daim verməlisən. Mən də etirazımı bildirdim, belə bir şeyi qətiyyən etməyəcəyimi söylədim. İki körpə övladım var, səkkiz saat işləyirəm, 395 manat maaş alıram. Mən hər dəfə ona necə pul verim? Niyə verməliyəm? Özü də əməkhaqqı alır, məktəb üçün nəsə edə bilirsə, etsin, edə bilmirsə, hər ay mən 50 manat verməliyəm? Elə bu məsələnin üstündə çox təkid etdi ki, ərizə yazıb işdən çıx, mən də onun dediyini etmədim. Hətta məktəbin gözətçisindən də pul alıb, ondan minlərlə manat pul tələb edib. Həmin adamın əlində faktlar, direktorun səs yazıları var idi, şikayət etdi. İş də hazırda prokurorluqdadır”.
Yanvarın 28-i Həmkarlar İttifaqının iclasında haqqında müsbət qərar verildiyini deyən İ.Həsənov elə həmin gün direktorun onu işdən azad etdiyini bildirib: “Həmkarlar İttifaqının sədri Gülnar Zeynalovanın iştirakı ilə iclas keçirildi. İclasda məni səsə qoydular. İşçilərin hamısı dedi ki, İmaməddin qalsın, çıxarılmasın. Ruslan İbayevin həyat yoldaşı, rəsmxətt müəllimi Rəmziyə İbayeva, əmisi oğlu, hərbi işlər üzrə direktor müavini Anar İbayev və onun həyat yoldaşı Günay İbayeva əllərini qaldırdı ki, işdən çıxım. Digər müəllimlər də “getməsin, vaxtlı-vaxtında işinə gələn biridir” dedilər. Hətta bir müəllim bildirdi ki, işə gəlmirdisə, maaşından tutardınız, rəsmi xəbərdarlıq edərdiniz: “Töhmət vermədən, rəsmi xəbərdarlıq etmədən aramızda səsə qoyursunuz, bizlik bir şey yoxdur”.
Daha sonra Gülnar Zeynalova da dedi ki, arxiv tabelinə baxıb, belə işçinin səsverməyə çıxarılması da gülüncdür. Orada mənim xeyirimə qərar verildi, bildirildi ki, 3 nəfərin iddiası haqsızdır. Amma axşamüstü İmişli rayonunun sektor müdiri Elşad müəllimlə məktəbin direktoru Ruslan müəllim dedi ki, ya ərizəni yaz, ya da səni məcbur biz çıxaracağıq. Video da var əlimdə. Özlərinə də onları məhkəməyə verəcəyimi, Əmək Müfəttişliyinə şikayətimi bildirəcəyimi söylədim. Dediyim kimi, müraciət etdim, məsələnin 15-30 gün ərzində araşdırılacağını, araşdırma müsbət nəticə verərsə, işimə bərpa olunacağamı, direktorun isə cərimə ediləcəyini bildirdilər”.
Fotoda Ruslan İbayev

İmaməddin Həsənovun iddiasına görə, direktorun onunla qalmaqallı münasibətinə başqa səbəb də var: “Direktor Gülnar Zeynalovanın işdən çıxarılması barədə olan sənədə bütün işçilərin adını salıb və saxta imza çəkib. Regiondan yoxlama gəldi, izahat alındı, dedim ki, həmin sənəddə adıma olan imzadan xəbərim yoxdur, ekspertizaya verib araşdırın, görün bunu kim edib? Həmkarlar tərəfindən bayramlarda iki dəfə maaş kartıma 50 AZN pul köçürülüb, hər il bir dəfə istirahət üçün göndərişimi götürürəm. Həmin qurumdan heç bir narazılığım yoxdur. Sonra direktor mənə dedi ki, sən nahaq bu işi gördün.
Bildirdim ki, mənim adımdan niyə qeyri-qanuni iş görülməlidir ki? Mənim xəbərim olmadan adım oraya salınıb, üstəlik mənim imzamın oxşarı kimi qol çəkilib. Bu, düzgün deyil. O da dedi ki, mən belə məsləhət görmüşəm. Bu hadisədən sonra dedi ki, səni işdən çıxaracağam. Hətta dəfələrlə atama da zəng edib onu narahat edirdi ki, oğlun işdən çıxsın”.
Səsləndirilən iddialarla bağlı Mil-Muğan Regional Təhsil İdarəsinə sorğu ünvanladıq. Cavab olaraq bildirildi ki, idarə tərəfindən təhsil müəssisələrində fəaliyyətin səmərəliliyinin artırılması, əmək intizamına riayət olunması və tədris prosesinin keyfiyyətinin yüksəldilməsi məqsədilə mütəmadi olaraq monitorinqlər həyata keçirilir: “İmişli rayonu Qoşqar Tarverdiyev adına Hacıalmuradlı kənd tam orta məktəbində keçirilmiş monitorinq zamanı dalandar vəzifəsində çalışan Həsənov İmaməddin Əşrəf oğlunun əmək müqaviləsi üzrə öhdəliklərini yerinə yetirmədiyi, fəaliyyəti zamanı nöqsanlara yol verdiyi aşkar edilib. Qanunvericiliklə nəzərdə tutulmuş əmək funksiyalarını yerinə yetirmədiyinə görə onunla bağlanmış əmək müqaviləsinə xitam verilib”.
Məsələ ilə əlaqədar Dövlət Əmək Müfəttişliyi Xidmətinin də mövqeyini öyrəndik. Saytımıza bildirildi ki, qurum tərəfindən araşdırma aparılır: “Araşdırmanın nəticələri barədə əlavə məlumat veriləcək”.
Xatırladaq ki, ötən həftə sözügedən məktəb direktorunun şagirdlərdən birini döydüyü iddia olunaraq bununla bağlı videogörüntülər yayılmışdı. Məsələ ilə bağlı Mil-Muğan Regional Təhsil İdarəsindən isə bildirilmişdi ki, hazırda məsələ ilə bağlı araşdırma aparılır, şagirdə qarşı uyğunsuz davranışa yola verən şəxsin İmişli rayonu Hacıalmuradlı kənd tam orta ümumtəhsil məktəbinin direktoru olması ilə bağlı yayılan iddiaların həqiqəti əks etdirib-etdirmədiyi nəzarətə götürülüb.
Mədinə Useynova
Bölməyə aid digər xəbərlər

Tarix: 4-02-2026, 15:45 Oxunub: 48
Bölməyə aid digər xəbərlər
31-12-2025, 13:34
Elxan İbrahimovun işdən çıxardığı müavin: “... gecə çağırıb deyir ki, ərizəni yaz çıx”
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 09:55
Bank müştəridən pulun mənbəyini niyə soruşur? – Təzyiq!
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
29-07-2020, 23:19
SAHİL BABAYEV SƏLİM MÜSLÜMOVUN RÜŞVƏTXORLUĞA GÖRƏ QOVDUĞU BEYLƏQAN RAYON MƏŞĞULLUQ MƏRKƏZİNİN MÜDİRİNƏ YENİDƏN YÜKSƏK VƏZİFƏ VERDİ!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi