09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Prezident İlham Əliyev xalqın namizədidir


 Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin sərəncamı ilə 2024-cü il 7 fevral tarixində Azərbaycanda növbədənkənar prezident seçkiləri keçiriləcək. Müstəqil Azərbaycanın tarixində ilk dəfə olaraq seçkilər ərazi bütövlüyünü təmin etmiş, suveren dövlətimizin bütün ərazisini əhatə edəcək. Bu baxımdan seçkilər mühüm əhəmiyyət kəsb edir. Xankəndi, Şuşa, Laçın, Kəlbəcər və digər azad edilmiş rayon və kəndlərimizdə yaradılacaq seçki məntəqələrində 20 minədək əhalimiz ilk dəfə olaraq səs verəcək.
Bu fikirləri “İki sahil”ə açıqlamasında Milli Məclisin deputatı Müşfiq Məmmədli deyib.
Deputat bildirib ki, mühüm amil kimi qeyd etmək istərdim ki, ölkədə siyasi sistemin dayanıqlığı üçün bütün addımlar atılmışdır. Siyasi partiyalar haqqında qanun parlamentdə çox geniş müzakirələrdən sonra qəbul olundu. Qanun bilavasitə siyasi mübarizə üçün hər bir siyasi qüvvəyə tam hüquqlu şərait yaratmışdır. Bu da öz növbəsində demokratik dəyərlərə söykənən seçkilərin keçiriləcəyini təmin edir.
Müşfiq Məmmədli qeyd edib ki, dekabrın 15-də Yeni Azərbaycan Partiyası İdarə Heyətinin genişləndirilmiş iclasında partiyamızın Sədri cənab İlham Əliyevin namizədliyi irəli sürüldü. Qarabağın azad edilməsindən sonra Azərbaycanda fərqli siyasi atmosfer yarandı. Bu baxımdan cənab Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev tək partiyamızın deyil, ümumilikdə xalqın namizədi kimi qəbul olunur. Ötən prezidentlik dönəmində qarşıya qoyulmuş vəzifələr tam olaraq yerinə yetirilmiş, növbəti 7 ildə də dövlət olaraq hədəflər bəllidir. Ona görədə növbədənkənar Prezident seçkilərindən sonra daha fərqli Azərbaycanı müşahidə edəcəyimizə əminik.
 


Tarix: 17-12-2023, 13:15 Oxunub: 28


Bölməyə aid digər xəbərlər
2-09-2023, 18:10 AY LAÇIN, CAN, LAÇIN