09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
VƏTƏNDƏN UZAQLARDA


Doğma yurdumuz Azərbaycan bizim ana vətənimizdir. Vətən torpağı müqəddəsdir. Vətən dəyişmir, satılmır, köhnəlmir, qocalmır, o, əbədi və əzəlidir. Babalarımızın yadigarı olan bu Vətənin səmasında əcdadlarımızın ruhu dolaşır. Azərbaycan bizə əcdadlarımızın əmanətidir. Əmanət olan bu Vətəni qorumaq hər bir vətəndaşın borcudur. Vətəni qorumaq üçün onu sevmək lazımdır. Vətənpərvərlik dərin anlama malik kəlmədir. Vətənpərvərliyin dərin və tarixi kökləri vardır. Vətənpərvərlik ən dərin, ən müqəddəs və ən ülvi hisslərdən, duyğulardan biridir. Hər bir adamın qiyməti onun vətənə, millətə xidməti ilə, əsl insanlıq ləyaqəti isə vətənpərvərlik hissi ilə ölçülür. Vətən sevgisi, Vətənə məhəbbət insanın daxilindən, qanından, genindən gəlir. Vətən sevgisi insana ana südü ilə verilir. Vətənpərvərlik hissi körpə yaşlarda aşılanmalıdır, Vətənə məhəbbət hissi uşağın qanına, canına, ruhuna işləməlidir, “ xəmirimiz” vətənə məhəbbət hissi ilə “yoğrul­malı­dır”. Vətənpərvərlik tərbiyəsi ailədə başlayıb, bağçada, məktəbdə davam etməli , cəmiyyətdə formalaşmalıdır. Vətənpərvərlik tərbiyəsi vətəndaş tərbiyəsinin əsasıdır. Bu sözlərlə başlayırıq Ulduz xanımla söhbətimizə və Qarabağla, Qarabağda şəhid olan cavanlarımızla, igidlərimizlə, qəhrəmanlarımızla söhbətimizi davam etdiririk:-
Vətənimin seyrinə çağırıram elləri,
Sərvət görmək istəyən Azərbaycana gəlsin
Bəzənib başdan-başa şəhərləri, kəndləri,
Cənnət görmək istəyən Azərbaycana gəlsin. 
Bəli, Azərbaycan cənnətdir və bu cənnət­məkanımız neçə illər idi ki, düşmən tapdağı altında qalmızdı. Şükürlər olsun ki, bu gün Azərbaycan azad bir dövlətdir və bu qələbəni bizə yaşadanların qarşısında hörmətlə baş əyirəm. Azərbaycan bu gün çoxəsrlik tarixinin ən Şanlı və qüdrətli dövrünü yaşayır. Zəfər Gününün doğurduğu milli qürur hissindən insanın hansı duyğular keçirdiyini, nə qədər fərəhləndiyini sözlə ifadə etmək olmur. QALİB ölkənin vətəndaşı olmaq olduqca qürur­vericidir.  Bizə bu qürurlu tarixi anları yaşadan ölkə Prezidenti cənab İlham Əliyevin, Müzəffər Azərbaycan Ordusunun böyük Qələbə müjdəsi xalqımızın qəlbində əbədi qəhrəmanlıq dastanına çevrilib. 44 günlük Vətən müharibəsi göstərdi ki, xalqımız nə qədər qüdrətli, mətin, torpağını sevən bir xalqdır. Öz qanları ilə tarix yazan Şəhidlərimiz rahat uyuya bilərlər.  Onların bizə miras qoyub getdiyi Qalib Azərbaycan gündən-günə çiçəklənir, güclənir. Və mən qürur duyuram ki, nə yaxşı ki, mən Azərbaycanlıyam. Düzdür, bir neçə ildir ki, mən vətəndən uzaqda yaşayıram. Lakin ürəyim hər zaman Azərbaycanla döyünür və bir gün yenidən gözəl Bakımızın küçələrində gəzəcəyəm, Qarabağı, Şuşanı ziyarət edəcəyəm.
Qələm əhli olmaz çox çətindir bunu qələm ahli olanlar yaxşı bilir. Çünki sevincini və ya kədərini kəlimələrə tökmək dilə gətirmək qədər asan deyildir. Yazmaqla danışmağın arasında dünyalar qədər fərq var. Bu yaxınlarda “Maral” adlı bir romanım dərc olundu. Elə bilirəm ki, bir körpəm dünyaya gəldi. Kitablarım mənim övladlarım qədər əzizdir. Və mən bu sevinci yaşadığıma görə çox xoşbəxtəm. Mən çox istəyirəm ki, növbəti kitabımı gözəl Şuşamızdan yazım, Qarabağımızdan yazım, bizə bu gözəl qələbəni yaşadan Milli Ordumuzdan, şəhidlərimizdən yazım. İnşallah buna da nail olacağam. Yenə deyirəm, mən vətəndən uzaqda yaşasam da, qəlbim vətən üçün döyünür. 
Yeri gəlmişkən onu da deyim ki, bu gün Ulduz xanımın doğum günüdür. Bu münasibətlə gözəl şairəmizi təbrik edir, yeni-yeni yaradıcılıq uğurları arzulayırıq. Əslində bu gözəl gün münasibəti ilə bir neçə kəlimə demək istəyirdim. Lakin Ulduz xanımın səhifəsində xanım haqqında yazılan bu təbrik diqqətimi çəkdi və mən həmin təbriki olduğu kimi dərc etməyi özümə borc bildim. Bir də ki, ən gözəl təbrik dost təbrikidir. Bir daha gözəl xanımı ad günü münasibəti ilə təbrik edirik. Uzun ömür, sağıam can ilə Vətəndə görüşənədək deyirəm.
Bu gün Ulduz xanımın günüdür..
Yazıçı Ulduz Qasım Azərbaycanın taleyi, bütövlükdə insanın, varlığın taleyilə səsləşən çoxsaylı əsərlərin müəllifidir. Yazıçı humanizm ideallarına söykənən qələmilə insanlığın min illərdir arzusunda olduğu bir mənəviyyat yolu çəkməkdə. Bu getgəllər bazarı dünyada yaxşı bir ad , sağlam bir iz qoymaq insandan istedadla yanaşı, mərdlik və hünər də istəyir. Ulduz xanım bu mərdliyi, bu hünəri qələmində tapıb. Əslində hər bir insanın həyatı bir səngərdir, amma baxır kim nəyin uğrunda döyüşür. Yazıçının missiyası insanlığı hifz edən əqidə və ideallar uğrunda döyüşməkdir. Bu mənada Ulduz xanım məharətli və təcrübəli döyüşçüdür, onun qələbəsi cəmiyyətə təqdim etdiyi əsərləri, kitablarıdır. Yadıma adı az qala unudulmuş, lakin şeirləri mənəvi yaddaşlarda yaşayan Rasim Kərimlinin misraları düşür :
Zülmət gecələrdə yanmayan çıraq
Günəşli gündüzdə yandı nə fayda.
Elinə - gününə yanmayan bir kəs
Tutaq ki, sultandı, xandı nə fayda..


Ulduz Qasım elinə - gününə yanan bir çıraq təsiri bağışlayır, elə adı kimi sönməyən bir ulduz. .
Yaşadığı uzaq diyardan cəmiyyətin, həm də Azərbaycan cəmiyyətinin yaralarına məlhəm qoymaq - taleyini, həyatını bu işə fədakarcasına həsr edən yazıçıya, ruhumuzun doğma adamına təbriklərimizi göndərir, ona yeni sevgi, fərəh dolu fəsillər arzulayırıq.


                                 Xalidə Səməd qızı



Tarix: 16-08-2023, 17:15 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
7-03-2021, 22:45 Təbrik edirəm!