09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilov haqqında səslənən iddialara aydınlıq gətirib

“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilov haqqında səslənən iddialara aydınlıq gətirib

“Şəmkir işi”ndə adı hallanan Famil Xəlilov haqqında səslənən iddialara aydınlıq gətirib
  • Clock-gray09:30
  • calendar-gray30 Aprel 2021
  • A-
  • A+
Şəmkirin həbs edilən icra başçısı Alimpaşa Məmmədovun qanunsuz tikinti fəaliyyəti ilə bağlı adı hallanan iş adamı Famil Xəlilov yayılan məlumatlara münasibət bildirib.
“Park Kolizey” MTK şirkətinin rəhbəri Famil Xəlilov APA-ya açıqlamasında bildirib ki, iki il əvvəl Şəmkir şəhərində bərbad vəziyyətdə olan bir parkı abadlaşdırmaq və orada köhnə binanın yerində yeni hündürmərtəbəli bina tikmək qərarına gəlib: “Bunun üçün icra hakimiyyəti ilə danışıqlar aparanda həmin binanın icra hakimiyyətinin deyil, Daşınmaz Əmlakın Dövlət Reyestr Xidmətinin Şəmkir Ərazi İdarəsinin balansında olduğunu bildirdilər. İcra hakimiyyətindən bizə heç bir kömək edə bilməyəcəklərini söylədilər. Biz də qanunlara uyğun olaraq həmin ərazini özəlləşdirdik və Dövlət Şəhərsalma və Arxitektura Komitəsindən lazım olan bütün sənədləri toplayaraq tikintiyə başladıq”.
F.Xəlilov qeyd edib ki, Şəmkir şəhərində yaşayış binaları əsasən “Park Kolizey” MTK tikinti şirkəti tərəfindən aparıldığından ittihamlar eyni zamanda onun ünvanına səslənib: “Şəmkir rayonu İcra Hakimiyyətinə məxsus olmayan bir ərazi üçün hər hansı rüşvətin verilməsi məntiqsizdir. Haqqımda bu xəbəri yaydıranlar və yayanlara bildirmək istəyirəm ki, sizlər bizi istəməyən və Şəmkirimizin gözəlləşməsini, abadlaşmasını istəməyən adamlarsız. İddia edilənlərin əsası yoxdur və heç kəsə rüşvət verməmişəm. Bundan sonra da belə hallar təkrarlanarsa, məhkəməyə müraciət edəcəyəm”.

Tarix: 30-04-2021, 09:58 Oxunub: 38


Bölməyə aid digər xəbərlər
29-04-2021, 10:30 məlumat
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80