MARAQLIDI: BU TORPAQLAR GÖRƏSƏN KİMİN ÜÇÜN ALINIB?
Bir vaxtlar Sumayıtın afını bir çox adlarla hallandırırdılar. O qədər adları varıydıki bu gözəl şəhərin, ancaq hamısı da adamın qanını qaraldırdı. Hətta uşaq ölümləri ilə də adı hallanmışdı. Şəhərdə fəaliyyət göstərən zavodlardan çıxan tüstü, ana bətnində olan uşaqların sağlamlığına təsir edir, onların ölümünə sabəb olurdu. 1988-ci ildə başlayan məlum hadisələrdən sonra zavodların fəaliyyəti ara-ara dayanmağa başladı. Müstəqillik əldə ediləndən sonra isə demək olar ki, həmin zavodların hamısının fəaliyyəti dayandırıldı. Xarici ölkələrlə əlaqəsi olan və onlar üçün xammal ixracat edən zavodlara mal verən və ya mal alan olmadığına görə zavodlar ara-ara dayandırıldı və sonralar isə zavodlar elə söküldü, elə dağıldı, elə satıldı ki, həmin zavodların yerində bu gün ağaclar boy atıb. Halbuki həmin zavodlarda minlərlə işmi çalşırdı, on minlərlə gəncin gələcəyinə işıq saçırdı. Peşə məktəbini qurtaran məzunlar həmin an da işlə təmn olunardı. Ali məktəbi bitirən məzunlar da işlə, evlə təmin olunar, onlar üçün lazımı şərait yaradılardı. Adam həmin anları gözlərində canlanhdıranda, elə bilirsən ki, yuxu görmüsən və ya hansısa bir Avropa ölkəsində olan bir şəraiti yaşamısan. Qısacası, bu yuxunun ömrü çox az oldu və ayılıb gördün ki, nə yurd qalıb, nə yuva, nə də yuvanı saxlamağa arı gücü.
Təkcə Qərbi Azərbaycandan qovulanları qoynuna alan Sumqayıt şəhəri daha sonralar da ölkəmizin işğal olunan rayonlarından qaçanları qoynuna aldı. Bağçalar, məktəblər həmin sakinlərlə doldu, həmin sakinlərin evini, ocağını işğal edən ermənilər onların yurdunda gün görməyə başladılar. Yurdundan qovulanlar, qaçanlar isə bağçaları, məktəbləri, tələbə yataqxanalarını işğal etdilər və otuz ildən artıqdır ki, həmin işğal etdikləri yerlərdə məskunlsşıblar. Heç bir şəraiti olmayan yataqxanalarda otuz il yaşamaq doğurdan da qəhrəmanlıqdır. Bu qəhrəmanların hazırda torpaqları işğaldan azad olunub, lakin onlar öz torpaqlarına gedə bilmirlər. Əvvəllər deyirdilər ki, torpaqlar minalardan təmizlənir, dedik ki, lap yaxşı təmizlənsin sonra gedərlər. Lakin aradan bu qədər vaxt keçməsinə baxmayaraq hələ da öz torpağına, dədə-baba yurduna qayıdanlar nə qədər desən azdır. Sumqayıtda isə belə ailələr baqmaqla göstəriləcək qədər azdır. Onların bəziləri də heç o yurda qayıtmaq fikrində belə deyillər.
Nə isə, özləri bilərlər və bir də dövlət bilər. Mənim məqsədim isə başqadır. Sumqayıtda bir çox yataqxanalar var ki, onlar bu otuz ildə yaşanmayacaq hala gəldi. Elə yataqxanalar var ki, onların qəzalı olduğunu bilə-bilə yenə də ordan sakinlər çıxarılmır. Maraqlı burasıdır ki, bu yataqxanalarda məskunlaşan sakinlərin əksəriyyəti qaçqınlardır. "Qaçqın" da deyirəm, artıq bu ölkədə qaçqın yoxdur, bu ölkənin torpaqlarının hamısı azaddır, azad Azərbaycandır. Lakin yenə də bu yataqxanada məskunlaşanları öz yurdlarına göndərən dövlət məmurları tapılmır. Bu acınacaqlı yataqxanalarda yaşayanların əksəriyyəti o torpaqlara həsrətdir, bəs niyə öz dədə-baba yurdlarına göndərilmirlər?! Vallah çox maraqlıdır.
Bilmirəm kimsə yazmışdı ki, Şuşada çay 35 manata satılır. Etirazım yoxdur, satsınlar. Ancaq Şuşaya həsrət qalanlar niyə gedə bilmirlər öz dədə-baba yurdlarına? Belə çıxır ki, o torpaqlar oranın sakinləri üçün alınmayıbsa, bəs onda kimlər üçün alınıb? Beş, on nəfər dövlət məmuru üçünmü? Axı həmin məmurların övladları o torpaq üçün şəhid olmayıblar, o torpaq üçün şəhid olanların yaxınlarının, doğmalarının o torpağa getməyə haqları daha çoxdur, nəinki Şuşaya uzaqdan baxanların.
Şuşa şuşalılarındı, Laçın laçınlılarındı, Kəlbəcər kəlbəcərlilərindir. Gəlin haqları olanların haqqına girməyək. O torpaların əbədi sakinlərini bu yataqxanalardan çıxarıb öz dədə-baba yurdlarına göndərməyin vaxtı çatıb.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər