Tarixin elə ağrılı-acılı, qanlı-qadalı səhifələri var ki, onların dəhşətləri zaman keçdikcə də unudulmur, yaraları qaysaq bağlasa da, hey göynəyir. XX əsrdə xalqımızın başına gətirilən Xocalı müsibəti kimi! Xocalı qətliamı nəinki Azərbaycan xalqının tarixində, bütövlükdə bəşər tarixində erməni faşistlərinin insan təfəkkürünə sığmayan vəhşiliklərinin qanlı izidir. Azərbaycan tarixinə qanla yazılmış Xocalı soyqırımının törədilməsindən illər keçir. 1992-ci ilin o müdhiş fevral gecəsində Ermənistan silahlı birləşmələri keçmiş sovet ordusundan qalmış 366-cı alayın köməyi və iştirakı ilə Xocalı sakinlərinə qarşı dəhşətli soyqırımı aktı törətdilər, dinc, silahsız xocalılara bir gecənin içində amansız divan tutdular. Soyqırımı nəticəsində yüzlərlə xocalılı qadın, kişi, yaşlı, cavan, körpə qətlə yetirildi, yüzlərlə insan yaralandı, xəsarət aldı, şikəst oldu, əsir düşdü. Ona görə fevralın 26-sı xalqımızın qan yaddaşı, mübarizlik, qəhrəmanlıq, rəşadət tarixidir.
Xocalı soyqırımı bütün tədris müəssisələrində xatırlanır, şagirdlərimizə çəlumat veilir.
Fevralın 26-da Zəbgilan şəhər məktəbində "Xocalı soyqırımı" adlı tədbir keçirildi. Məktəbin direktoru İradə müəllimə Xocalı şəhidlərini göz yaşları ilə yad edib, bu faciəni tərədənlərə nifrətini bildirdi. Sonra şagirdlərimizə bu barədə məlumat verərək dedi:
-Xocalı şəhidlərinin xatirəsini əbədiləşdirmək üçün dövlətimiz tərəfindən bir sıra mühüm tədbirlər həyata keçirilib. Bakıda, respublikamızın bir sıra bölgələrində, həmçinin xaricdəki diasporlarımızın maddi və mənəvi dəstəyi ilə dünyanın əksər ölkələrinin paytaxtlarında Xocalı şəhidlərinin xatirəsinə abidələr ucaldılıb. Vətən bu gün Xocalıda şəhid olanların ruhu qarşısında baş əyir, Xocalı soyqırımında həlak olanlar Azərbaycanın əziz vətəndaşlarıdır. Onlar respublikamızın ərazi bütövlüyü yolunda şəhid olublar, xalqımızın milli azadlıq yolunda apardığı mübarizənin qurbanlarıdır. Bu gün biz qalib ölkəyik, Müzəffər Ali Baş Komandan, Prezident İlham Əliyevin dəmir yumruğu sayəsində, məğrur ordumuzun, igid oğullarımızın qanı, canı bahasına cəmi 44 gün ərzində böyük Zəfərə imza atdıq. Bu gün torpaqlarımız azaddır, bir vaxtlar düşmən tapdağı altında olan şəhərlərimizdə, kəndlərimizdə indi üçrəngli bayrağımız dalğalanır. İndi hər qarış torpağı şəhid qanı ilə sulanan həmin ərazilərdə şəhidlərimizin narahat ruhları rahatlıq tapdı, doğmalarına qovuşdu. Allah cəmi şəhidlərimizə rəhmət eyləsin.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər