AD GÜNÜN MÜBARƏK!
Bəzən düşünürəm ki, insanın bəxti, taleyi onun həyat yoldaşından bəlli olur. Ömür gün yoldaşın yaxşı olanda, dəyərli olanda, sənin də hörmətin izzətin sonsuz olur, dəyərli olur. Bilmirəm mən dünyaya gələndə hansı vaxta təsadüf etmişəm ki, mənim ömrümə sən yazıldın. Bunun üçün nə qədər tanrıya şükürlər etsəm də azdı. Çox sevinirəm ki ömrümdə sən varsan, çox sevinirəm ki, mənim taleyimə Tanrı səni yazıb.
Ömür-gün yöldaşım Mustafa bəy, sənin bu gün 50 yaşın TAMAM OLUR.
Bu gözəl gün münasibəti ilə ürəyimdən keçən 5, 10 kəlmə ilə səni təbrik etmək istəyirəm.
Həyat bəzən insanı özü də bilmədən göyün yeddinci qatına çıxardır. Bu göyün yeddinci qatında ömrünün sonuna kimi qalmaq isə hər qadına nəsib olmur. Şükürlər olsun ki sən məni və övladlarını göyün yeddinci qatında yaşadırsan. Elə buna görə də sənə sonsuz minnətdaram Allah səni hər zaman nəzərində saxlasın. Mən elə bilirəm ki, SƏN OLMASAYDIN... Taleyin hökmündən, razı qalmazdım...
Təbrik üçün əzizinə, yaxınına söz demək o qədər çox çətindir ki, təsəvvür edə bilməzsiz. Qorxursan ki, ürəyindən keçənləri kəlimələrə tökə bilməyəsən, ürəyindən keçən ən gözəl sözləri deyə bilməyəsən. Elə mən də elə bu dəqiqə həmin qorxunu yaşayıram. Sən bu dünyadakı ən gözəl sözə, kəliməyə layiq insansan. Sən həyatın boyu özündən çox, övladlarını düşünən atasan. Sən sözün əsl mənasında, gözəl ailə başçısı, gözəl insansan. Sənin insanlıqməziyyətlərin kitaba, dəftərə sığmaz. Sənə bizə yaşatdığın xoşbəxt günlər üçün ayrıca minnətdaram. Yaxşı ki, varsan, yaxşı ki, mənim övladlarımın atasısan. Yaxşı ki...
Bəli, qadın o zaman xoşbəxt olur ki, onu qoruyan, ona arxa dayaq duran bir ömür-gün yoldaşı olsun. Sən mənim və övladlarının xoşbəxtlik kəliməsisən. Səni uca Tanrı heç bir zaman bizdən ayrı salmasın.
Mustafa bəy, sənin bu gözəl günündə təbrik etmək üçün kəlimələr acizdir. Sənə nə deyim nə arzulayım bilmirəm ki!
Ürəyim titrəyə titrəyə səni təbrik edirəm. Bir yarım əsr də yaşamağını arzulayıram.
Bir daha ad günün, doğum günün mübarək əziz ömür-gün yoldaşım! Bir şeir parçasıyla bu təbrikimi yekunlaşdırmaq istəyirəm.
Ömrünün yazını bəxş edib mənə,
Ömrünün qışından uzaq saxladın.
Ürəyim düşəndə qüssəyə-qəmə,
Dərdə sinə gərdin,dərdi tapdadın.
Qabarlı əllərin saçımda gəzdi,
Hicran daşımadım, qəm daşımadım
Bəlkə də yorğunluq ruhunu əzdi,
Mənə yaşatmadın,mən yaşamadım.
Cənnəti gətirdin hər gün evinə,
Xoşbəxtlik torunu evinə çəkdin.
İstədin hər zaman qəlbim sevinə,
Könlundən, könlümə çiçəklər əkdin.
Sən məndən sevgini əsirgəmədin,
Qoymadın həsədi tapım,dostlaşım.
Gözümdən gözünü əskik etmədin,
Təşəkkür edirəm, ömür yoldaşım.
Səni sevənlər adından: qızın Aysu, oğlanların Cavanşir və Cavid və bir də ömür -gün yoldaşın Ayşə.
Bölməyə aid digər xəbərlər