11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Əlcəzair zindanındakı Cəmiləyə Bakıdan gedən heyva payı...
“Ürəyi sınmasın deyə
Heyva payı aparıram Cəmilədən Cəmiləyə...”
Bu misralar təkcə poetikasına görə yox, həm də yaratdığı vizual kompozisiyasına görə də cazibədardır. Misraların yer aldığı “Ərəb qızı Cəmilə” şeiri nə qədər qəribə səslənsə də, tanınmış hüquqşünas İkram Kərimovun cinayət işləri və xatirələrinin toplandığı “Zirvədən zirvəyə” kitabındadır - şeirin müəllifi də Əfrayıl Məhərrəmov...
Bəzən düşünürəm ki, İkram Kərimov əslində yazıçı olmalı idi... Bəlkə də elə yazıçıdır. Çünki kitablarındakı xatirələri sadəcə bir hüquqşünasın memuarları, müstəntiqin istintaq zamanı başına gələnlər barədə qeydlər hesab etmək olmaz. Məsələn, onun kitabında qəribə itlər, ilanlar haqqında da əlavə məqalələr var... Əslində, əsl müstəntiq elə yazıçıdır. O, hər naməlum cinayətin izinə düşə bilmək üçün mütləq həmin hadisəni beynində uydurmalıdır, ssenari qurmalıdır. Hətta hər hadisə haqqında bir yox, bir neçə hekayə yazmalıdır ki, biri səhv çıxdıqda kitabı yarımçıq qalmasın...
Əfrayıl Məhərrəmov adlı unudulmuş şairi də hüquqşünas İkram Kərimovun kitabında tapmaq, əslində, təsadüf deyil. Ancaq qəribəsi budur ki, ədəbiyyat kitabında, bədii toplularda adı olmalı adam kriminal kitabda qarşımıza çıxır. Əfrayıl Məhərrəmovun adını internet resurslarında dəfələrlə axtarsam da, onun bir dənə də olsun şeirini tapa bilmədim. İnternetdə adına da yalnız bir müəllifin - Allahverdi Eminovun məqaləsində rast gəlirik - həmin dövrün bir neçə digər şair və yazıçıları ilə paralel... Sadəcə adı çəkilir, başqa heç nə... Gənc ölməsinin səbəbi, başqa hansı şeir və mətnlərin müəllifi olması barədə heç yerdə məlumat yoxdur.
“Ərəb qızı Cəmilə” isə 1961-ci ildə yazılıb. Təkcə bu şeirindən bilmək olur ki, şair peşəkar qələm sahibi olub. Nakam həyatına rəğmən artıq püxtə bir imza kimi diqqət çəkir, bir şeir içində bir poemanı sığışdıra bilir. Bu şeir yazılanda Əlcəzair müstəqillik uğrunda savaşda idi. Fransızlar bu ərəb ölkəsinin müstəmləkəçilikdən qurtulmasına razı deyildi. 1954-cü ilin noyabrın 1-i “ərəb son baharı” başlayır...
Əlcəzair ərəbləri azadlıq uğrunda 8 il mübarizə aparır və 1962-ci ildə Fransa Prezidenti Şarl de Qoll Əlcəzairin müstəqilliyini tanıyır...
Əlcəzairin müstəqillik davası apardığı illərdə azadlıq mübarizi olan Cəmilə adlı ərəb qızı həbs edilir. Ərəblərin azadlıq simvoluna çevrilən Cəmilənin həbsinə qarşı ilk üsyan edən qələm adamları olur. Məğrur Cəmilənin acı taleyi Əlcəzairdən 7 üfüq bu tayda, Azərbaycanda cavan bir oğlanı sarsıdır. Bu dünyada qazana bildiyi yeganə ad “gənc şair” olan, elə gənc şair kimi də dünyadan köçən Əfrayıl Cəmilənin taleyini öz ailəsinin faciəsi kimi qələmə alır. Cəmiləni “zindandan çıxarıb” anasının və bacısının yaşadığı damın altına gətirir. Ondan anası və Cəmilənin adaşı olan bacısı ilə bir ailənin içində söz açır.
Az sonra təqdim edəcəyim şeirdən də bəlli olur ki, Əfrayıl özü Cəmilədən anasına o qədər danışıb ki, artıq bu ərəb qızı anası üçün də vazkeçilməz bir ailə üzvünə çevrilib. 1961-ci ilin aprelində Azərbaycan jurnalının 4-cü sayında çap olunan Əfrayıl Məhərrəmovun həmin şeiri bu gün də aktualdır. Çünki bu gün də müsəlman dünyası salamat deyil. Yenə cəmilələr ya edam edilir, ya zindandadır, ya da evinin 4 divarını özünə zindan edərək qorxudan çölə çıxa bilmir. Əlcəzair müstəqillik qazansa da, Cəmilələr hələ də xoşbəxt deyil...
Nə zamandır institutdan evimizə qayıtmışam,
Sona yetdi tətil vaxtı, getməliyəm mən bu axşam.
Dönə-dönə
sual verir anam mənə,
Cavabımdan şair kimi fikrə gedir o bir qədər,
Yorur onu düşüncələr...
O, hal-əhval tutur yenə ərəb qızı Cəmilədən,
Elə bil ki, bir sinifdə oxuyuram o qızla mən
Elə bil ki, kədərindən, qəzəbindən yanasıdır,
Elə bil ki, Cəmilənin anasıdır.
O danışır yana-yana:
- Oturmuşuq yaraşıqlı evimizdə oğul, ana.
Çarpayısız yatmaq olmur bircə anda,
Eh, görəsən o qız necə yatır daş zindanda?!
Kiçik bacım Cəmilə də yaxın gəlir mənə sarı,
Qoyur mənim bağlamama gətirdiyi heyvaları.
- O qıza pay apar - deyə.
(O qızın kim olduğunu deməmişəm Cəmiləyə)
- Qayıdanda evimizə,
O qızı da gətir bizə.
Bəs o bizə gəlməyəcək?
Fikrim onda ola-ola
Düşdüm yola.
Ürəyi sınmasın deyə
Heyva payı aparıram Cəmilədən Cəmiləyə...
Ötdü payız...
Gəldi bahar.
Fikirlərim yad ellərdə Cəmiləni gəzə-gəzə
Başa vurub təhsilimi qayıdıram evimizə...
Qatar gedir, xəyal məni hey aparır uzaqlara,
Bizdən uzaq bir diyara...
Cəmiləyə necə deyim Cəmilə bir məhbəsdədir?
Qəfəsdədir.
Necə deyim Cəmiləyə qəfəs nədir? Məhbəs nədir?
Desəm onun vətənində, körpə bacım, dava gedir,
Gərək başa salam onu qırğın nədir, dava nədir.
Qatar gedir, düşündükcə ocaq kimi yanır sinəm,
Cəmilədən Cəmiləyə, görəsən, nə deyəcəyəm?
Sərdar Amin
Xüsusi olaraq “Qafqazinfo” üçün
Fotoda: Əfrayıl Məhərrəmov

Fotoda: İkram Kərimov
.jpg)

Bölməyə aid digər xəbərlər

Tarix: 16-04-2026, 11:57 Oxunub: 7
Bölməyə aid digər xəbərlər
24-12-2025, 20:05
Prezident və xanımı Ağdam sakinləri ilə bir arada - Fotolar - Yenilənib
31-01-2025, 13:03
15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi - Foto
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
27-05-2024, 11:38
Pulsuz qaldığım şəhərdə pendirə 88 manat verdim - Fotolar
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-09-2020, 11:54
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
14-08-2020, 12:29
Sabiq təhsil nazirindən yeni təhsil nazirinin müraciətinə cavab - Məktəb, yoxsa ev?
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 14:24
Qurban Qurbanov: “Rəşadın gedişi ən istəmədiyim ayrılıq idi”
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU