12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Siqaret qaçaqmalçılığına görə daha 2 nəfər həbs edildi


siqaret-qacaqmalciligina-gore-daha-2-nefer-hebs-edildi 

Ələt limanında siqaret qaçaqmalçılığı ilə bağlı Baş Prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində aparılan istintaq çərçivəsində daha iki nəfər həbs edilib.
  Gürcüstana qaçmış və beynəlxalq axtarışa verilmiş iki şəxs ölkəmizə ekstradisiya edilib.
Belə ki, Əbülfət Həsən oğlu İsmayılzadə və Amal Sarvan oğlu Əzizovun ekstradisiyaları haqqında Baş Prokurorluğun vəsatətləri Gürcüstanın Ədliyyə Nazirliyi tərəfindən təmin edilib.
Həmin şəxslərin Azərbaycan Respublikası Cinayət Məcəlləsinin müvafiq maddələrində nəzərdə tutulmuş cinayət əməllərini törətmələrinə əsaslı şübhələr müəyyən edildiyindən barələrində təqsirləndirilən şəxs qismində cəlbetmə haqqında qərarlar qəbul olunub və istintaqdan qaçıb gizləndiklərinə görə onlar beynəlxalq axtarışa veriliblər.
Qeyd olunan şəxslər Gürcüstan ərazisində saxlanılaraq Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin xüsusi konvoyunun müşayiəti ilə Azərbaycana gətiriliblər.
Xatırladaq ki, cinayət işi üzrə xeyli vəzifəli şəxs həbs edilib və ya işdən çıxarılıb. Onların arasında gömrükçülər, sərhədçilər, dənizçilər və digər şəxslər var.

Tarix: 23-01-2026, 18:25 Oxunub: 8


Bölməyə aid digər xəbərlər
14-06-2023, 18:13 Xəzərin sahilində