12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtda “Teleqram”da dələduzluqla 22 min manat ələ keçirilib - FOTO



 
Sumqayıt şəhərində dələduzluq hadisəsi baş verib.
 sosial şəbəkə platforması "Teleqram"da tanımadığı səhifələrdən mesajlar alan iki nəfər, onlara onlayn məhsulları bəyənməklə maddi gəlir qazandıqları vədi ilə aldatılıb. Bunun nəticəsində onların bank kartlarındakı pul vəsaitləri ələ keçirilib.

Sumqayıt Şəhər Polis İdarəsinin apardığı əməliyyatla bu kiberdələduzluq cinayətində iştirak edən 25 yaşlı Xəyal Orucov saxlanılıb. İki vətəndaşa ümumilikdə 22 min manatdan çox maddi ziyan dəydiyi bildirilib.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb və araşdırmalar davam edir. X.Orucovla birgə digər şəxslərin də saxlanılması üçün əməliyyat tədbirləri aparılır.

Tarix: 23-03-2025, 13:29 Oxunub: 52


Bölməyə aid digər xəbərlər
7-03-2021, 22:45 Təbrik edirəm!