12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Həkimlik anddır, vicdandır, müqəddəsdir


2020-ci il may ayının 1-də Sumqayıtın ən böyük özəl klinikası olan “Sumqayıt Hospital” fəaliyyətə başladı. Sumqayıt Hospital fəaliyyət göstərdiyi bir ilə yaxın müddətdə qarşısına qoyulan vəzifələri ləyaqətlə yerinə yetirmiş və bu istiqamətdə fəaliyyətimiz davam etməkdədir. Klinikamızın fəaliyyətə başlaması qısa müddət olmasına baxmayaraq, vətəndaşlarımıza ən müasir tibbi xidmətlər, o cümlədən müasir tibbi cihazlarla (KT,MRT,PCR) son dərəcə dəqiq diaqnozlar qoymağa, laborator analizlər aparmağa, angiografiya, eyni zamanda səhiyyəmizi ən məsuliyyətli sahələrindən olan doğuş və doğuşa yardım, neyrocərrahiyyə əməliyyatları və s. kimi əməliyyatların həyata keçirilməsinə imkan vermişdir. Eyni zamanda nəinki öz vətəndaşlarımız, hətta xarici ölkə vətəndaşları da, nüfuzlu xarici şirkətlərin əməkdaşları da xəstəxanada göstərilən tibbi xidmətlərdən istifadə edir, öz sağlamlıqlarını onlara etibar edirlər. 
Azərbaycanın öndə gələn yüksək keyfiyyətli, ən son tibbi avadanlıqlara sahip, modern səhiyyə ocaqlarından olan Sumqayıt Hospital  həyat keyfiyyətinizi artırmaq üçün hər an yanınızda olan, sahəsində təcrübəli həkimlərlə dayanmadan çalışır. “Əvvəlcə İnsan” düşüncəsi ilə xaricdə təhsil almış mütəxəssiz həkim heyəti ilə ümumi keyfiyyəti hər keçən gün artıraraq, inkişaf edərək xəstələrə daha yaxşı xidmət verə bilməyin yolunda əmin addımlarla irəliləyir.
 Həkimlik olduqca çətin, həssas və bütün bunlara bərabər səviyyədə maraqlı peşədir. Bu peşənin sahibləri birbaşa insan sağlamlığının qarantı rolunda çıxış edirlər. İnsan taleyinin asılı olduğu bu sahənin adamlarının vicdanlı olması birmənalıdır və müzakirə predmeti ola bilməz. Vicdan anlayışı əhatəli olduğundan, bu peşə adamlarına bu konteksdə daha çox lazım olan keyfiyyətləri sadalamağda fayda var: Savad, bacarıq, insanlıq, ümumilikdə peşəkarlıq…  

Sumqayıt Hospitalının baş həkimi Rəşad həkim təkcə Sumqayıtda deyil, respublikamızın hər yerində tanınır və sevilir.Onun insani keyfiyyətlərini sadalamaqla butməz. Mehriban və səmimi davranışı ilə xəstələrinin qəlbində taxt  qurmuşdur. Dəfələrlə şahidi olmuşam. Rəşad həkim xəstələrini gülər üzlə qarşılayar, gülər üzlə də yola salar. Onun haqqında son vaxtlar yazılan böhtan xarakterli yazılar həqiqəti əks etdirmir. Mən dəfələrlə bu sağlamlıq ocağında olmuşam və həkimlərin qayğısının da hər zaman şahidi olmuşam. Rəşad həkim peşəsi barədə ürəklə danışar və dəyərdi ki, yaşı cəmiyyətin yaşı qədər olan həkimlik nəcib və məsuliyyətli peşələrdən biridir. İnsanların sağlamlığının keşiyində dayanmağı özünə həyat amalı seçənlər yaddaşlarda əbədi yaşayırlar.
Məşhur rus yazıçısı, həkim A.P.Çexov həkimlik sənəti haqqında demişdir: "Həkimlik sənəti qəhrəmanlıqdır, hünər deməkdir. Bu peşə adamdan fədakarlıq, pak niyyət tələb edir. Hər kəs buna qadir ola bilməz. Bunun üçün həkimin fikri aydın, qəlbi təmiz olmalıdır". Həqiqətən də, belədir. 

 Həkimlik sənəti eyni zamanda çox məsuliyyətli bir sənətdir. Yəni insan həyatı sənə etibar edilir, gərək sən də bu etibarı layiqincə doğrulda biləsən.
    Xalqımız tarixən həkimlik sənətinə ən ülvi bir peşə, həkimə müqəddəs bir şəxs kimi baxmışdır. Sənətini yaxşı bilən, xalqın sağlamlığı keşiyində ləyaqətlə dayanan həkimlərə "el anası” demişlər. 

Bir xəstənin dediklərindən:
-Bir gün ürəyimin ağrıdığını hiss edərək Sumqayıt Hospitalına üz tutdum. 
Xəstəxanada olduqca çox adam – xəstə var idi.  Məni diqqətlə, səbrlə və həkim üçün son dərəcə vacib olan mədəniyyətlə dinləyəndən sonra  KT, ürək müayinəsindən və analizlərdən keçməyi məsləhət gördülər. Burada da son dərəcə fədakarlıq göstərən və öz işlərini sevən qeydiyyatçılarla  rastlaşdıq.  Xeyli növbə olmasına baxmayaraq  qeydiyyatçılar onlara müraciət edən hər kəsi səbrlə, təmkinlə dinləyir, lazımi prodessurları xüsusi zövqlə yerinə yetirirdilər. Onların xəstələri bu cür qarşılamaları hər bir xəstədə məmnunluq doğururdu. 
   Bəli, təxminən 3-4 saatlıq müayinə zamanı həqiqətən öz işini dərindən bilən, onlara müraciət edən hər kəsə xüsusi qayğı və ehtiramla yanaşan  peşəkar işçilərlə rastlaşdıq. Hiss etdik ki, onlar xəstəni müayinə və müalicə edərkən "Hippokrat” andına sədaqət prinsipini həmişə rəhbər tuturlar. Yeri gəlmişkən Hospitalın direktoru Rəşad həkimə və bütün tibb kollektivinə dərin təşəkkür və minnətdarlığımı bildirirəm.

Bəli, bu tibb ocağının baş həkimi Rəşad həkim hər zaman xəstələrinin xeyir-duasını alaraq hər bir insanın sağlamlığı üçün əlindən gələni edir. Təbii ki, onu gözü götürməyənlər də az deyildir. Lakin el arasında bir söz vardır: qızıl elə qızıldır, dəyərini heç bir zaman itirməz. Rəşad həkim  də elə dəyərini itirməyən qızıla bərabərdir. Allah onu heç bir zaman xəstələrinin duasından əskik qoymasın.



Natiq Zabitoğlu






 
   

Tarix: 12-03-2026, 19:46 Oxunub: 28


Bölməyə aid digər xəbərlər
11-11-2024, 11:47 Sumqayıt-75
28-10-2024, 14:13 Sumqayıt-75