12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıt Apellyasiya Məhkəməsinə hakim TƏYİN EDİLİB


 Sumqayıt Apellyasiya Məhkəməsinə hakim TƏYİN EDİLİB
Milli Məclis Bakı, Sumqayıt və Gəncə Apellyasiya Məhkəmələrinə hakimlərin təyin olunmasını qəbul edib.Yeniazərbaycanhəyatı.com məlumat verir ki, bununla bağlı müvafiq sənəd parlamentin bugünkü plenar iclasında müzakirə edilib.Layihəyə əsasən Bakı Apellyasiya Məhkəməsinə Sumqayıt Ağır Cinayətlər Məhkəməsinin hakimi Hümbətov Fəhmin Zaur oğlu, Ağalarov Həmid Azər oğlu, Mədətli Fərid İlham oğlu, Sevdimalıyeva Günel Arif qızı, Qasımov Vidadi Kamal oğlu təyin edilib.Gəncə Apellyasiya Məhkəməsinə isə Qəhrəmanov Əkrəm Sabir oğlu, Məmmədov Tural Nurulla oğlunun namizədliyi irəli sürülüb.Həmçinin Bakı şəhəri Nəsimi Rayon Məhkəməsinin hakimi Ramin Adilxan oğlu Xəlilovun vəzifəsi dəyişdirilərək Sumqayıt Apellyasiya Məhkəməsinin hakimi təyin olunub.Sənədlər müzakirələrdən sonra səsverməyə qoyularaq bir oxunuşda qəbul edilib. 

Tarix: 25-10-2025, 13:10 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
4-06-2025, 10:08 Prezidentin sərəncamı