12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
O da atası kimi adını villasına həkk etdirib - FOTO


 
O da atası kimi adını villasına həkk etdirib - FOTO
Günlərdir Prezident Administrasiyasının sabiq rəhbəri Ramiz Mehdiyevin 4 aylıq ev dustaqlığı cəzasını harada çəkməsi müzakirə olunur.

ƏtraflıAds by 0Reklamınızı SmartBee ilə effektiv edin.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, Ramiz Mehdiyev villalarının darvazalarının üzərinə “RM”, yəni ad-soyadının baş hərflərini həkk etdirib. Sabiq PA rəhbərinin ev dustaqlığını keçirdiyi Nəsimi rayonu ərazisindəki (“Avropa” hotelinin yanında, Tbilisi prospektində) malikanəsinin qonşuluğunda yerləşən və qızı Kamilə Əliyevaya məxsus olan villada da bu element mövcuddur.Mehdiyevin qızının yaşadığı tikilinin üzərinə “İKƏ” hərflərinin (Kamilə Əliyevanın və həyat yoldaşı, sabiq deputat İlham Əliyevin ad-soyadlarının baş hərfləri) daşoyma yolu ilə həkk etdirilməsi ailənin “tarixdə qalmaq və öz irslərini gələcək nəsillərə ötürmək niyyəti”ndən xəbər verir.
Qeyd edək ki, ev dustağı edilmiş Ramiz Mehdiyevin ailə üzvlərinin ölkədən çıxışına da qadağa qoyulub.
 

Tarix: 18-10-2025, 12:16 Oxunub: 17


Bölməyə aid digər xəbərlər
26-07-2020, 09:37 Polad Generalımız - VİDEO