11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Sumqayıtda səki problemi: Obyekt sahibləri piyada hüquqlarını zəbt edir

Sumqayıt şəhərinin bir çox küçələrində piyadaların üzərinə kölgə salan ciddi bir problem gündəmdədir – səkilərin obyektlər tərəfindən zəbt olunması. Qanunvericiliyin açıq şəkildə piyadaların təhlükəsiz və sərbəst hərəkət hüququnu qorumasına baxmayaraq, şəhərin mərkəzi və ətraf ərazilərində yerləşən bəzi ticarət obyektləri, kafe və mağazalar bu hüququ kobud şəkildə pozur.
Xüsusilə 9-cu mikrorayon ərazisində, Səməd Vurğun və Corat küçələrində bir çox obyektlərin səkiləri mal vitrinləri, stendlər, hətta masalarla zəbt etdiyi müşahidə olunur. Bu səbəbdən piyadalar, xüsusilə yaşlı insanlar, analar və uşaq arabası ilə gəzən valideynlər yolu piyada deyil, məcburən avtomobil yolunun kənarından keçməli olurlar. Bu isə təhlükəsizliyi ciddi şəkildə təhdid edir.
Xeberle.com-un əməkdaşı şəhərin müxtəlif ərazilərində olub və problemlə bağlı sakinlərlə hömsöhbət olub. Sakinlər səkilərin zəbt edilməsindən və bunun həllini tapmamasından narazıdır. 63 yaşlı Sumqayıt sakini Vəfa xanım deyir: "Gündəlik çörək almağa gedəndə səki ilə yox, maşın yolunun kənarı ilə gedirəm. Çünki hər tərəf mal yığılıb. Heç kim düşünmür ki, biz haradan keçəcəyik."Digər bir sakin, tələbə Anar isə bildirir: "Əlil arabasında olan insan bu səkidən keçə bilməz. Şəhərin mərkəzində belə problem varsa, kənar yerlərdə vəziyyəti siz təsəvvür edin."Bəs qanun nə deyir?
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsinin 398-ci maddəsinə əsasən, ictimai yollarda maneə yaratmaq qanunsuzdur və buna görə cərimələr nəzərdə tutulur. Bələdiyyələr və icra hakimiyyəti orqanları piyadaların hüquqlarını qorumaq üçün məsuliyyət daşıyır.Lakin reallıqda bu nəzarət və cərimələmə halları ya çox azdır, ya da ümumiyyətlə tətbiq olunmur.
Sumqayıt Şəhər İcra Hakimiyyətinə bu məsələ ilə bağlı sorğu göndərsək də, cavab almaq hələ mümkün olmayıb. Şəhərsalma və Arxitektura İdarəsi isə daha əvvəl verdiyi açıqlamada piyadaların hərəkət zolağının zəbt edilməsinin qanunsuz olduğunu bildirmişdi və vətəndaşları bu cür halları müvafiq qurumlara bildirməyə çağırmışdı.
Mütəxəssislər bildirirlər ki, bu problemin həlli üçün səkiyə çıxan obyektlərə qarşı cərimələrin sərtləşdirilməsi, monitorinq və reydlərin intensivləşdirilməsi vacibdir.Sumqayıt kimi inkişaf etməkdə olan şəhərdə, müasir görünüş və infrastruktur yalnız binalarla deyil, insanlara yaradılan şəraitlə ölçülür. Səkilərin zəbt olunması təkcə piyadaların narahatlığı deyil, həm də şəhər mədəniyyətinə vurulan zərbədir. Vətəndaş məsuliyyəti və yerli idarəetmənin effektivliyi bu problemin aradan qaldırılmasında həlledici rol oynayacaq.
Bölməyə aid digər xəbərlər

Tarix: 2-10-2025, 11:25 Oxunub: 16
Bölməyə aid digər xəbərlər
9-05-2025, 11:54
İlham Əliyevin Sumqayıt səfərindən – FOTOLAR
31-01-2025, 13:03
15 yaşlı nəvəsinin öldüyü gün intihar etdi - Foto
25-11-2024, 10:23
75 yaşlı Sumqayıt: Son 10 ildə reallaşan 75 YENİLİK
21-09-2024, 08:17
14 noyabr 2023-cü il tarixdə 29 yaşı qeyd olunan Şəhidimiz Cavid Mirzəyevin həyat hekayəsi...
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
29-05-2024, 09:46
Prezidentlə xanımı xocalılılarla... - Yenilənib
27-05-2024, 11:38
Pulsuz qaldığım şəhərdə pendirə 88 manat verdim - Fotolar
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
24-09-2020, 17:53
“Binə” və “Sədərək”də total yoxlamalar – böyük mənimsəmə iddiası
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI