12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb


 Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda ötən il iki nəfərin öldüyü partlayış baş verən binada söküntü işlərinə start verilib."Report”un məlumatına görə, Fövqəladə Hallar Nazirliyinin rəyi əsasında 13-cü mikrorayonda yerləşən, 6 blokdan ibarət binanın yaşayış olmayan bir blokunda söküntü işləri aparılır.Bildirilib ki, binanın üç blokunda yaşayış davam edir, digər üç blokda isə artıq altı aydır sakinlər yaşamır. Hazırda həmin üç blokdan birinin söküntüsü həyata keçirilir, digər iki blokda isə vəziyyətə baxış keçirildikdən sonra müvafiq qərar veriləcək.Qeyd edək ki, 2023-cü il dekabrın 3-də adıçəkilən binada baş verən partlayış nəticəsində bir ailənin iki üzvü - 1977-ci il təvəllüdlü Ramin Zakir oğlu Əliyev və onun 2007-ci il təvəllüdlü oğlu Ayxan Ramin oğlu Əliyev həlak olub. Hadisə zamanı 2010-cu il təvəllüdlü Familə Ramin qızı Əliyeva xəsarət alaraq xəstəxanaya yerləşdirilmişdi.Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb
Sumqayıtda iki nəfərin öldüyü partlayış baş verən binanın söküntüsünə başlanılıb

Tarix: 27-06-2025, 12:24 Oxunub: 25


Bölməyə aid digər xəbərlər