
Qərbi Azərbaycanın Haqqıxlı kəndində doğulmuş tanınmış iş adamı və ictimai xadim Ələsgər Fərrux oğlu Mehdiyev 60 illik yubileyini qeyd edir. “Şinkar Holdinq”in rəhbəri olan Ələsgər Mehdiyev mədəniyyətə və ictimaiyyətə verdiyi töhfələrlə tanınır.
Bu günlərdə Qərbi Azərbaycanın tanınmış simalarından biri, iş dünyasında öz dəsti-xətti ilə seçilən, ictimai və mədəni həyatda fəal mövqe tutan Ələsgər Fərrux oğlu Mehdiyev 60 illik ömür yubileyini qeyd edir.Ələsgər Mehdiyev 1965-ci ildə Qərbi Azərbaycanın Karvansaray (İcevan) rayonunun Haqqıxlı kəndində dünyaya göz açıb. İlk təhsilini də məhz bu qədim və zəngin mədəniyyəti olan kəndin orta məktəbində alıb. Ali təhsilini başa vurduqdan və hərbi xidmətini tamamladıqdan sonra, oradan başlayan həyat yolu onu uğurla iş dünyasına aparıb. Hazırda o, ölkəmizdə tanınmış “Şinkar Holdinq”in rəhbəridir və bu sahədə qazandığı uğurlar onun işgüzarlığının, prinsipiallığının və uzaqgörənliyinin nəticəsidir.
Ələsgər müəllim təkcə iş dünyasında deyil, həm də ictimai, sosial və mədəni həyatımızda fəal iştirakı ilə seçilir. O, xalq musiqisinə olan dərin marağı və sevgisi ilə tanınır. Onun təşəbbüsü və dəstəyi ilə “Dədə Ələsgər Ocağı” İctimai Birliyi formalaşıb və bu istiqamətdə aparılan işlər gənc nəslin milli ruhda tərbiyəsində mühüm rol oynayır.
Ələsgər Mehdiyev sənət adamlarına, yaradıcı gənclərə, kəndinin insanlarına göstərdiyi mənəvi və maddi dəstəklə də fərqlənir. O, xeyirxahlığı, təvazökarlığı və ailəsinə olan bağlılığı ilə də çoxlarına nümunədir.
Xüsusilə qeyd edilməlidir ki, o, Qərbi Azərbaycan İcmasının fəaliyyətində də fəal iştirak edir və bu istiqamətdə görülən işlərə hər zaman dəstək verir. Tariximizin unudulmaması və gələcək nəsillərə doğru şəkildə ötürülməsi istiqamətində Ələsgər Mehdiyevin atdığı addımlar əhəmiyyətlidir.
60 illik ömür yolu – zəhmətlə, dürüstlüklə və vətən sevgisi ilə yoğrulmuş bir həyat yoludur. Bu münasibətlə Ələsgər Fərrux oğlu Mehdiyevi səmimi qəlbdən təbrik edir, ona uzun ömür, can sağlığı və uğurlarla dolu yeni illər arzulayırıq.
Yubileyiniz mübarək, Ələsgər müəllim!
















