12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ailə qəzaya düşdü - Ata öldü, qızı və nəvələri yaralandı

aile-qezaya-dusdu

Neftçala rayonunda minik avtomobili ilə motosiklet toqquşub.
“Qafqazinfo” xəbər verir ki, hadisə Neftçala şəhər M.Ə.Sabir küçəsində baş verib.
2005-ci il təvəllüdlü Əliəkbər Hüseynovun idarə etdiyi “Changan” markalı avtomobillə 1960-cı il təvəllüdlü Ağasəf Mirzəyevin sürdüyü motosiklet toqquşub, nəticədə A. Mirzəyev həlak olub.
Motosikletdə olan sərnişinlər - Ağasəf Mirzəyevin qızı 1986-cı il təvəllüdlü Günel İbrahimova, onun övladları - 2010-cu il təvəllüdlü Natiq, 2010-cu il təvəllüdlü Yəhya və 2008-ci il təvəllüdlü Ləman isə müxtəlif dərəcəli xəsarətlər alıblar.
Yaralılar Neftçala Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Faktla bağlı araşdırma aparılır.


Tarix: 23-11-2024, 11:04 Oxunub: 72


Bölməyə aid digər xəbərlər