09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
ALLAH ŞƏHİDLƏRİMİZƏ RƏHMƏT ELƏSİN!

Şəhid Eşqin Hüseynov-29.09.2000 ci ildə Bakı şəhərində anadan olub.Əslən Kəlbəcərli olan Şəhid 15.09.2006 ci ildə 1-ci sinifə gedir və orada böyük hörmət qazanır.Riyaziyyat elmi yarışlarında dəfələrlə 1-cilik qazandı.İdmanda (Şaulin,Kng-fu Sanda,kikboks üzrə) nəaliyyətləri var.
1.09.2006-cı ildə Kəlbəcər rayonu tam orta məktəbə başlayır. Daha sonra 15.09.2007-ci ildə N.Nərimanov rayonu Milli Qəhrəman Rafiq Nəsrəddinov adına 39 saylı tam orta məktəbdə təhsilini davam etdirir.Ailəsinə,anasına,atasına,bacısına və ətrafındakı insanlara qarşı böyük hörmətlə,qayğıkeşlə yanaşırdı.15.09.2015-ci ildə Dəmir Yolları QSC litseyinə qəbul olur və daha sonrakı təhsilini(maşinistlik oxuyurdu) davam etdirir.Heç diplomunu özü götürmədən hərbi xidmətə gedir və məzuniyyətə gələndə görür.18 yaşı olmadan ailəsini dolandırmaq üçün Bakı-İstanbul avtobusunda işləyirdi.17 yaşı olanda Məşhəd ziyarətinə getdi.02.10.2018-ci ildə hərbi xidmətə yola düşdü.Hərbi xidmətin ilk 40 günündə gizirlik kursuna daxil olur və kursu başa vurduqdan sonra Astara rayonu Hərbi Hava Qüvvələrində istehkamçı-dizelçi vəzifəsinə təyin edilir.Xidmətinin 5 ci ayında təşəkkürnamə alaraq məzuniyyətə gəlir.Mart ayının 20 si məzuniyyəti bitir və xidmətə geri qayıdır.Yenidən təşəkkürnamə alır.29.07.2019-cu ildə hərbi xidmətdə kəskin leykoz xəstəliyinə tutulur(səbəbi-hərbi xidməti vəzifəsini yerinə yetirərkən elektrik naqillərində qısa qapanma baş verir və əlində benzin olur.Vəzifəsini yerinə yetirmək üçün benzini tullamır-əsgərlərin xəbərdarlıq edib qaçmağını deməyinə baxmayaraq,həmin vaxt qorxur və xəstələnir.)
Müdafiə Naziri General-Polkovnik Zakir Həsənovun kəskin göstərişilə Türkiyənin Ankara şəhər Gülhanə Təhsil və Araşdırma xəstəxanasına götürülür və orada müalicə olur.Həmin vaxtlar anasını üzməmək üçün "Şəhidlərimizdən artıq deyiləm ki,ana 3-4 ay çətinlik çəkəcəksən sonra düzələsən", "Mən Şəhid olacam,Allah bəlamı versin,ana,Çünki Allah sevdiyi bəndəsini görür nəzər yetirir və bəlanı ona verir.Sevmədiyi bəndəsini tanımır görmür" deyirdi.16.06.2020 ci ildə GATA(Gülhanə Askeri Tıp Akademiyasında) dünyasını dəyişir və Şəhidin nəşi Azərbaycana gəlir.Müdafiə Nazirliyinin əməkdaşları(Hərbiçiləri) Tabudu qarşılayaraq son mənzilə yola salır. Və Müdafiə Nazirliyinin tərkibində Şəhidlər(Hərbiçilər) üçün 2-ci Fəxri Xiyabanda dəfn edilir.


Şəhid Eşqin Hüseynov

Səni şəkillərdə anıram hər gün,
Gözümün qarası-ağısan Eşqin.
Od tutub alışıb, yanıram  hərgün,
Qəlbimin sağalmaz dağısan, Eşqin..

Sənli xəyallarım yarımçıq qaldı,
Dərtlər ürəyimdə yurt-yuva saldı,
Allah səni bizdən vədəsiz aldı,
Ömrümün saralan tağısan, Eşqin..

Sənə bəy otağı bəzəyib durdum,
Qəlbimdə həsrətdən bir yuva qurdum,
Hər gün göz yaşımla yaramı sardım,
Ağaran saçımın qarısan, Eşqin..

Gələndə mən sənin məzarın üstə,
Nə olar bir dəfə ay ana səslə!
Dərdi çəkə - çəkə olmuşam xəstə,
Bilirsən sən mənim yarımsan, Eşqin..

Vətənin uğrunda töküldü qanın,
Oğul, mübarəkdir şəhid  məqamın,
Sizinlə fəxr edir, Azərbaycanım,
Qəm üstə köklənmiş tarımsan, Eşqin


Tarix: 10-09-2024, 14:45 Oxunub: 33


Bölməyə aid digər xəbərlər
29-05-2021, 20:00 Allah rəhmət eyləsin