09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Çox pisəm, ciyərim sıradan çıxır - Xalq artisti


Xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranıb.
Yeniazərbaycanhəyatı xəbər verir ki, bu barədə Qaynarinfo.az-a aktyorun özü məlumat verib.
Aktyor özünü pis hiss etdiyini bildirib:
“Vəziyyətim çox pisdir. Ciyərim sıradan çıxır. Dünən müayinə üçün yenidən xəstəxanaya getmişdim. Ağrıyıram. İnfarktdan sonra hələ özümə gəlməmişəm. Bu gün yenidən həkimə getməliyəm, günorta analizlərimin cavabı çıxacaq. Görək nə deyəcəklər. Ona görə bayram-zad yadıma düşmür”.
Aktyor Milli Kino Günü ilə bağlı həmkarlarını təbrik edib:
“Bu gün Milli Kino Günüdür, hamı kimi mənim də bayramımdır. Amma kinoda kim qalıb? Kinodakılar getdilər… Bir-iki nəfər qaldıq… Əbdül, Rafiq, Fəxrəddin…”
Qeyd edək ki, bir müddət bundan öncə xalq artisti Ənvər Həsənovun səhhətində problemlər yaranmışdı. Həkimlər aktyora infarkt diaqnozu qoymuşdular.

Tarix: 3-08-2024, 13:26 Oxunub: 19


Bölməyə aid digər xəbərlər