Bu gün Sumqayıtı dörd tərəfdən əhatə edən gecəö qonduların nə sayı bilinir, nə də heabı. Sənədsiz olan bu evlərin hamısı kasıb xalqa məxsusdur. Kirə pulu verməmək üçün bu kasıb xalq bir daxma tikərək başını soxub. Belə tikilən evlərə sənəd veriləcəyi gündəmdə olsa da, hələ ki, heç bir nəticəsi olmamışdır. Belə özbaşına tikilən tikintiyə də heç bir dövlət qurumu razılığı verməmişdir. Lakin buna baxmayaraq belə evlər 30 ildir ki, tikilib və bu gün də tikilir. Hamıya məlumdur ki, bəzi nəzarətedici qurumlar vətəndaşların sənədi olmasa belə, onlara müəyyən şərtlərlə tikinti aparmağa icazə verir. Həmin tikililər söküldükdə isə zərər ancaq vətəndaşa dəyir. Məsələn, Sumqayış şəhəri Yaşıldərə deyilən ərazidə bələdiyyə balansında olan torpaqlarda işbazlar tərəfindən fərdi evlər tikilib, "bələdiyyə sənədi" ilə vətəndaşlara münasib qiymətə satılır. Məlumatsız vətəndaş düşünmədən əlindəki son pulunu belə, verərək, ev sahibi olmağa çalışır. Amma sonda olan yenə vətəndaşa olur. Həm pulu “batır”, həm də ev sahibi olmaq arzusu “gözündə qalır”. Lakin buna baxmayaraq vətəndaşlar bir tikə torpaqlarının üzərində də ev inşa etməyə çalışırlar. Onların istər sənədi olsun, istərsəsə də olmasın, kiminsə necə deyərlər “bığının altından” keçəndən sonra belə tikintiyə başlayırlar. İllər öncə tikilmiş birmərtəbəli evlərin üzərində də indi ikinci mərtəbəni qaldıranlar var. Bu evin təməlinin necə qoyulduğuna baxmayaraq, ikinci mərtəbəni qaldıranlar nə qədər desən çoxdur. Bir vaxtlar Sovetlər Birliyi dağılmamışdan əvvəl hündürmərtəbəli binalarda nəsə tikinti etmək qəti şəkildə qadağan idi. Sovetlər Birliyi dağılandan sonra Sumqayıtdakı hündürmətbəli binaların hamısında artırmalar əmələ gəldi. Binaların görkəmi tamamilə dəyişdi. Buna razılıq verənlər isə təbii ki, öz haqlarını alandan sonra tikintiyə razılıq verdilər. Belə hallar Sumqayıtın tam mərkəzində olan binalarda daha çoxdur. Binaların demək olar ki, görkəmi əvvəlki vəziyyətini tamamilə itirmiş olur. Nə isə… bu başqa bir məqalənin mövzusudur. Indi keçək əsas məsələyə. Sumqayıt şəhəri deyil, elə paytaxtımız Bakı şəhərini də götürsək demək olar ki, Sumqayıt və Bakı şəhərləri dörd bir yandan gecə qondularla əhatə olunub. Bu gecə qonduların demək olar ki, 90 faizinin sənədi yoxdur. Kim harda bir ovuc torpaq gördüsə oranı evi etməyə çalışıb. Mən elə bilirəm ki, yer kürəsinin heç bir yerində belə annormal hallar yoxdur.
Belə annormal hallardan biri də qədim Corat kəndində baş verib. Bu kənd o qədər qədimdir ki, tarixi hardan baxsaq yüz min illərə dayanır. Xəzərin sahilində yerləşən bu gözəl kənddə evlər bir mərtəbəli, sonradan isə iki və daha çox mərtəbəli evlərlər əhatə olunmağa başladı. Birmərtəbəli evlərin üzərəində indi ikinci mərtəbə də inşa olunmağa başlayır. Buna razılıq verənlərin kim olduğunu deyə bilməsəm də, ev sahibindən halallıq alanlar son dərəcə çoxdur.
Belə ki, Corat qəsəbəsi Xəzri küçəsi 3-cü məhəllədə də belə bir özbaşınalıq edilir. Ev sahibi illərin evi olan birmərtəbəli evin üzərində ikinci mərtəbəni inşa edib, tikdirir, özü də qeydi-qanunu. Sakinlər də bu barədə narazılıq edirlər, eyni zamanda yolun asfalt hissəsinə daşı töküb, asfalta ziyan vururlar. Bu tikiliyə kim razılıq verib sualımıza hara və ya kim lazımdırsa, ora da verib. Belə çıxır ki, bu tikintiyə icazəni Sumqayıt şəhər Memarlıq və şəhərsalma idarəsinin əməkdaşları veriblər. Bir neçə şikayətdən sonra tikinti dayandırılmışdı, lakin sonradan yenidən tikintiyə başlanıldı. Bu yerdə nə deyirlər, vallah bilmərəm...
Məsələylə bağlı adını çəkdiyim təşkilatda olduq. Bizə bildirdilər ki, razılıq olmadan heç kim heç nə tikə də bilməz, heç daşı da daş üztə qoya bilməz. Onda bu qeyri-qanuni evin tikintisinə hansı maddi marağa görə razılıq veriblər?Ev sahibi tikinti üçün lazım olan daşları yola tokmüş, həyətdə olan ağaca zərər vermişdir. Soruşandakı, axı ağaca zərər verirsiniz, belə olmaz. Bizə dedilər ki, ağac özümüzündür, onu da kəsdirəcik.
Bu yerdə Ulu Öndər: "Ağac kəsənlər hesab edin ki, mənim balalarımın başını kəsiblər..." Ulu Öndər Heydər Əliyevin illər öncə ağac kəsənlər barədə dediyi bu sözlər yadıma düşdü.
Belə çıxır ki, bu evin quldur sahibləri elə quldurluq edərək də bu ağacı kəsəcəklər. Nə deyim vallah, inşallah bu özbaşınalığa son qoyan tapılacaqdır. Yaşıllaşdırma idarəsi, Ekologiya idarəsinin rəhbərləri bu barədə bir ölçü götürəcəklər.
Tahirə Həbliyeva
Bölməyə aid digər xəbərlər