09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Peşə bayramınız mübarək, əziz Polislərimiz!

2 İyul Azərbaycan Polisi Günüdür. Çətin və şərəfli peşə sahibi olan  Azərbaycan polisləri peşə bayramınız mübarək » AzadMedia.az


Dünən polis işçilərinin peşə bayramı günü idi


 Müstəqil dövlətimizin ən mühüm atributlarından, əsas sütunlarından olan Azərbaycan polisinin 96 yaşı tamam olur.
  Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Azərbaycan Xalq Cümhuriyyəti dövründə cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək məqsədilə yaradılıb.
Azərbaycan polisinin fəaliyyəti taximizin xanlıqlar dövründə görünməyə başlayıb.Həmin vaxtlar xanlıqlarda xüsusi səlahiyyətlərlə fəaliyyət göstərən darğalar müəyyən polismeyster idarələri;-Bakı Şəhər upravasının polisi;-Bakı xüsusi Vergi polisi;-xəfiyyə polisi;-Gəncə, Zəngəzur, Şuşa, Cavad və.s qəzaların polis idarələri.1920-ci ilin aprelində bolşevik Rusiyası ölkəmizi işğal edir və Azərbaycanda sovet hakimiyyəti qurulur. Sovet Azərbaycanının ilk daxili işlər naziri Həmid Sultanov təyin edilir.
Pristavları komissarlar əvəzləyir, polisin adı dəyişdirilərək milis adlandırılır. Azərbaycanın ilk polis bölüyü 1918-ci il iyulun 2-də Xalq Cümhuriyyəti dövründə yaradılıb. Məqsəd cinayətkarlıqla mübarizə aparmaq və ictimai təhlükəsizliyi təmin etmək olub. 1998-ci ildən isə iyulun 2-si prezident Heydər Əliyevin fərmanı ilə Azərbaycan daxili işlər orqanları əməkdaşlarının peşə bayramı günü kimi qeyd olunur. 
2 iyulda Azərbaycan Polisinin peşə bayramı qeyd olunur.
Sabitlik olan yerdə uğur və inkişaf olur - deyirlər. 2024-cü ilin noyabr ayının ilk dekadasında Bakının Olimpiya stadionunda ev sahibliyi edəcəyi COP 29 rezonans doğuracaq dünya əhəmiyyətli bir tədbirdir. 80 mindən çox əcnəbi qonağının bu tədbirdə iştirak etməsi, ilk öncə ölkədəki davamlı sabitliyin və vətəndaşların təhlükəsizliyinin təmin olunmasının əyani sübutudur. Sabitlik olmasaydı Qərb və Avropa, daha çox ABŞ bu beynəlxalq tədbirin Bakıda keçirilməsinə əsla razılıq verilməzdi. Burada Azərbaycan polisinin narahat gecələrinin ölçüyə gəlməz payı və danılmaz rolu var! Milyonlarla vətəndaşların təhlükəsizliyinin təmini, insan hüquq və azadlıqlarının qorunması Daxili İşlər Orqanları əməkdaşlarının səyi nəticəsində baş verir . Bu mənada, əziz həmvətənlər! 2 iyul 2024-cü ildə Azərbaycan polisinin 106 yaşı tamam olur. Təqvimin bu xoş günü-polislərin peşə bayramı münasibətilə hər kəsi təbrik edir, özünəxas xidmət sahiblərinə çətin bir missiyanın əzm və fədakarlıqla yerinə yetirməsində uğurlar diləyir, müqəddəs fəaliyyətlərindən məmnunluğumuzu ifadə edirik. Cinayətkarlıqla mübarizə hər bir polis əməkdaşının özünə və etibar edilən vəzifə funksiyalarına inamın, xalqımızın əsrlər boyu sadiq qaldığı milli-mənəvi dəyərlərin cani-dildən qorunmasının bariz təzahürüdür. Əziz polislər! Tanrı müqəddəs xidmətinizi Öz nuru ilə aydınlığa qərq etsin, çətinliklər və təhlükələr sizlərdən uzaq olsun! Həyatınız uğurlu, rifahınız yüksək olsun! Ümumi rahatlığa və əmin-amanlığa, davamlı sabitliyə qarşı ola biləcək maneələrə qarşı həmişə olduğu kimi barışmaz və sərt olun,günün qəhrəmanına çevrilin! Zatən Siz Qəhramansınız! Əlamətdar və bayram, habelə istirahət günlərində öz rahatlığını xalqın əmniyyətinə yalnız qəhrəmanlar qurban verə bilər! Məvacibiniz digər hüquq-mühafizə orqanları əməkdaşlarının məvacibindən iki dəfə, seçdiyiniz millət vəkillərinin əmək haqqından üç dəfə az olsa da, səbr edin. Haqq nazilər, amma üzülməz. Müvəffəqiyyətə doğru uzanan mürəkkəb fəaliyyətinizə Allahın əzəmət və qüdrətini təcəlla edən Günəş şəfəq saçsın, göydəki ulduzlar çiyninizdə daşıdığınız zərli paqonları bəzəsin. Cəmiyyətin təhlükəsizliyini təmin edən çətin əməyinizin dəyəri ölçüyə gəlməz. Sizi də, bayram gecələrində süfrə ətrafında gözləyənlər, sevənlər var . Ailənizə layiqli həyat səviyyəsi, rifah halının yaxşılaşmasını arzulayırıq. Yüksək xidmətinizə görə hər birinizə dərin və kübar təşəkkürlər ərməğan edirik! Tanrı sadə sayılmayan xidmətinizdə hər birinizə uğurlar bəxş etsin,əməyinizi dərəcəyə çatdırsın! Qoy, Sizi sevsinlər, əzizləsinlər! Xalqımızın təhlükəsiz keçən hər günü məsuliyyət hissinizdən aslıdır! Sizinlə qürur duyuruq!


Mahir Hümbətov,
Yeniazrəbaycanhəyatı informasiya
 portalının rəhbəri



Tarix: 3-07-2024, 08:54 Oxunub: 31


Bölməyə aid digər xəbərlər
3-07-2023, 16:37 Polis günü
28-05-2022, 12:08 Respublika günü