11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Nazirliyin çıxardığı rəqəm şişirdilib”
Müdafiə Nazirliyindəki 143 milyonluq mənimsəmə faktı ilə bağlı məhkəmə istintaqı davam edir.
“Yenizərbaycanhəyatı” xəbər verir ki, mühakimə edilən zabitlərdən dördünün-general mayor Nizami Məmmədov, polkovniklər Cəlal Kazımov, Bayram Bayramov və kapitan Vüsal Əlizadənin işi Bakı Hərbi Məhkəməsində hakim Fikrət Əliyevin sədrliyi ilə araşdırılır.
Artıq xeyli müddətdir, iş üzrə ittiham tərəfinin şahidləri dindirilir. Həmin şahidlərdən biri də budəfəki iclasda dindirilib.
Söhbət Dövlət Təhlükəsizliyi Xidməti (DTX) tərəfindən bu yaxınlarda həbs edilən kapitan Vahid Novruzludan gedir. Qanunun tələbinə uyğun olaraq, bu işdə şahid qismində tanınan Novruzlu vəkilinin iştirakı ilə ifadə verib.
Onun ifadəsi ilə məlum olub ki, həbs edilməsinə səbəb istintaq orqanından xəbərsiz xaricə getməsi olub. Novruzlu bu barədə müstəntiqə ölkəyə qayıtdıqdan sonra məlumat verib. İki gündən sonra isə elə müstəntiqin vəsatəti ilə həbs edilib.
Novruzlu məhkəmədə deyib ki, son olaraq N saylı hərbi hissənin maliyyə xidmət rəisi işləyib. Həmin hərbi hissə 2020-ci ilin sonuna kimi korpusa tabe olub, sonradan isə Müdafiə Nazirliyinin tabeliyinə verilib. Maliyyə Nazirliyi tərəfindən aparılan yoxlamalar zamanı hərbi hissədə 848 min manat yeyinti ortaya çıxıb: “Amma mən 848 min manatla razı deyiləm. Çünki verdiyimiz nağd ödənişlər qeydə alınmamışdı. Ezamiyyət, səhra pulları və sair… Nazirliyin çıxardığı rəqəm şişirdilib. Mən nağd ödənişlər barədə yoxlama aparanlara sənədlər də təqdim etdim, amma nəzərə almadılar. Burada təxminən 40-50 min manat məbləğdən söhbət gedir”.
.jpg)
Kapitan Novruzlunun sözlərinə görə, 2020-ci il ərzində mənimsənilən vəsaitdən ona 610 min 538 manat çatıb. Həmin məbləğin 104 min 300 manatını istintaq orqanının depozit hesabına ödəyib. Dediyinə görə, yeyinti kimi onun ayağına yazılan puldan 230 min manatı tabe olduğu korpusun maliyyə xidmət rəisi Süleyman Abbasova verib. O, işlədiyi vaxtda bütün göstərişləri də Abbasovdan aldığını bəyan edib.
Şahid ifadəsinin sonunda onun tərəfindən vurulmuş ziyanı tam ödəmək istədiyini, lakin həbsdə olmasının buna əngəl yaratdığını deyib.
Prosesin davamında müdafiə tərəfinin vəsatəti əsasında təkrar çağırılan iki şahid sualları cavablandırıb. Şahidlər Ramin Qaraxanov və Şirin Şükürov ümumilikdə 2 milyondan çox yeyintidə iştirak ediblər. Amma ziyana münasibətdə depozit hesabına çox az-cəmi 84 min manat ödəniş ediblər.
Hakim Fikrət Əliyev ziyanın ödənilməsinin tezləşdirilməsini şahidlərə tövsiyə ediblər. Həmçinin bundan əvvəl ödəniş etməyənlər haqda həbs qərarı verilməsi də şahidlərin diqqətinə çatdırılıb.
Prosesin axırına yaxın təqsirləndirilən Cəlal Kazımovun vəkili Əli Adıgözəlov iki vəsatət qaldırıb. Bunlardan biri müvəkkilinin işlədiyi dövrdə yoxlama aparan Maliyyə Nazirliyinin əməkdaşlarının məhkəməyə çağırılması, digəri Müdafiə Nazirliyinin Təftiş şöbəsinin rəisi olmuş Rafail Xələfov və təftişçilər-Fariz Nəbiyev, Anar Məmmədov və Füzuli Ələkbərlinin yenidən dindirilməsi barədə olub.
Dövlət ittihamçısı qaldırılan vəsatətin təmini üçün əsas görməyib. Məhkəmə dövlət ittihamçısı ilə razılaşıb.
Nizami Məmmədovun vəkilləri isə iş üzrə bu günə kimi məhkəmədən yayınan şahidlərin dindirilməsinin vacib olduğunu deyiblər.
Məhkəmə həmin məsələnin yenidən müzakirə ediləcəyini deyərək prosesin gələn həftəyə kimi təxirə salındığını elan edib.
Qeyd edək ki, Dövlət Təhlükəsizliyi Xidməti 2022-ci ildə Müdafiə Nazirliyində qanun pozuntuları ilə bağlı əməliyyat keçirib. Əməliyyatla cinayət məsuliyyətinə cəlb edilən zabitlərə qarşı Cinayət Məcəlləsinin 179.4-cü (xüsusilə külli miqdarda mənimsəmə) maddəsi ilə ittiham irəli sürülüb.
Bölməyə aid digər xəbərlər

Tarix: 11-06-2024, 09:29 Oxunub: 53
Bölməyə aid digər xəbərlər
7-06-2024, 07:51
Sumqayıt: Gözəlliklər şəhəri, möhtəşəm quruculuğun ünvanı
26-05-2024, 09:43
İlham Əliyev əfv Sərəncamı imzaladı
19-05-2024, 11:11
Sumqayıt Heydər Əliyevin arzuladığı şəhərə çevrilib
6-04-2024, 09:25
“Yalan danışır, pulu arvadının kartına köçürüb”
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
4-12-2023, 09:17
Generalla polkovnik üzləşdi
9-09-2023, 13:25
Hadrutda səngərdə olan zabitdən Ali Baş Komandana təsirli müraciət
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
26-09-2020, 11:54
Məhkəmə sisteminin daha bir eybəcərliyi... - GİLEY
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
18-08-2020, 09:47
Ucara bir DTX həmləsi yetərlidir ki... - Rayon rəhbərliyinin tamamını dama bassınlar...
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 12:14
Bakıda keçirilən aksiyada ictimai qaydanı pozan bir qrup şəxs həbs olunub - YENİLƏNİB + VİDEO
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO