Bu fikirləri millət vəkili Müşfiq Məmmədli səsləndirib.
Müşfiq Məmmədli qeyd edib ki, iki ölkə arasındakı dostluq və əməkdaşlıq əlaqələri qədim tarixdən gələn dərin köklərə sahibdir və bu gün ən yüksək səviyyəyə çatıb: “Gələcəkdə bu münasibətlərin daha da möhkəmlənəcəyinə, qarşılıqlı hörmət və dəstəyə əsaslanan əməkdaşlığın yeni imkanlar yaradacağına əminik. Prezident İlham Əliyevin vurğuladığı kimi, İran-Azərbaycan dostluğu, bölgənin sabitliyi və təhlükəsizliyinin təmin edilməsi üçün vacib bir amildir. Şimal-Cənub Nəqliyyat Dəhlizinin inkişafı, yükdaşımaların artması və nəqliyyat infrastrukturunun modernləşdirilməsi bu əlaqələrin konkret nəticələridir. Bu, yalnız Azərbaycan və İran üçün deyil, daha geniş bir coğrafiya üçün də böyük əhəmiyyət daşıyır. Gələcəkdə də bu birliyin və əməkdaşlığın davam etməsi, hər iki ölkənin ortaq maraqlarını gücləndirəcək və bölgənin inkişafına töhfə verəcək”.
Bölməyə aid digər xəbərlər