Bu gün cəmiyyətimizdə psixoloq xidmətindən istifadə mədəniyyəti günbəgün artmaqdadır. Əslində mənəvi sakitlik, fikir aydınlığı, gündəlik qayğıların yükündən yaxa qurtarmaq və başqa bu kimi hallarda üçün üz tutulan psixoloqlar, pasientlərin nə istədiklıərini aydınlaşdırmaq üçün onlara söhbət etməkdən başqa, demək olar ki, heç nə etmirlər.
Osmanova Könül Mehman qızı 1979-cu ildə Bakı şəhərində anadan olmuşdur. Uşaq yaşlarımdan öyrətməyə və öyrənməyə böyük marağı olub. Məhz buna görə də ilk təhsilini müəllimlik üzrə almışdır. Müəllimə kimi fəaliyyət göstərdiyi illərdə uşaqlarla işləməkdən mənəvi zövq almışdır. Hər gün uşaqlarla ünsiyyətdə olaraq, onların psixoloji qarşılaşdığı çətinlikləridə maraqlanmaq, bu ona loqoped psixoloq sahəsinə keçid etməyinə bir təkan oldu.
Müxtəlif kurslar, seminarlarda iştirak edərək həm nəzəri, həm praktiki cəhətdən bu sahənin dərinliklərinə yiyələnmişdir. Son 5 il ərzində yüzlərlə uşağın hər birinə özəl mərkəzlərdə xüsusi yanaşma ilə loqopedik və psixoloji seanslar keçərək problemlərindən azad etmişdir.
Hal-hazırda Sumqayıtda təhsil mərkəzində loqoped psixopedaqoq kimi fəaliyyət göstərir. Məqsədi xüsusi qayğıya ehtiyacı olan, nitq ləngiməsi yaşayan uşaqlara kömək olmaqdır. Bu barədə Könül xanımın özünü dinləyək:
-Mənim fikrim mənə müraciət edən uşaqlara kömək etməkdən ibarətdir. Bəzən görürəm ki, mənə müraciət edən valideynlər daha pis vəziyyətdədir. Mən onlara kömək edirəm. Mən heç vaxt gələn valideynlərə demirəm ki, bu müalicə 3 ya 5 günə qurtaracaq. Mən onlara hər zaman həqiqəti deyirəm. Deyirəm ki, 3 ay ərzində mütləq nəticəsini görəcəksiniz. Mütləq üç aya nəticə görəcəklər. Əsas bu sahədə nəvaziş, rəftar daha çox rol oynayır. Körpələrlə xüsusi qayğıya ehtiyacı olan uşaqlar mənim aləmimdə ağ vərəqdirlər, onlar heç nə hiss eləmirlər. Onları bizim mühitə öyrəşdirmək üçün çox əziyyət çəkirik. Ancaq vacibdir ki, həmin uşaqları bu mühitə kim uyğunlaşdırır?
Misal üçün deyim ki, sən psixoloqa getmisən, böyük problemin var, gecə yatmamısan. Müraciət etdiyin psixoloqun kimliyi çox vacibdir, onun insanlarla rəftarı çox vacibdir. Nə olsun ki, qapının üzərinə Psixoloq yazılıb, əsas odur ki, psixoloji problemləri olan insanlarla necə rəftar edir. Psixoloq olan insan mütləq insanpərvər olmalıdır, xeyirxah olmalıdır, qabağındakı insanı özündən çox düşünməlidir. Xəstəyə doğru yol göstərməlidir, doğru qərar verməlidir. Mən düşünürəm ki, bir sahəninin sahibi olub hansısa sahəyə yiyələnmək kitab-dəftərə dayanmır. O insanın bacarığına dayanır, heç bir diplom, sertifikat insanlığı əvəz edə bilməz.
Rusların bir sözü var və mənim o sözdən çox xoşum gəlir “dobrıy”. İnsan əgər “dobrıy” deyilsə, mənası yoxdur, neyləyirsən elə, xeyri yoxdur. Əgər mənim qarşımda bir nəfər səhv edirsə, mənim elə insanlara mənim ürəyim ağrıyır. Düşünürəm ki, kaş insan özünə kənardan baxa biləydi. Amma mən yenə də elə insanları dəyişdirməyə çalışıram. Mən ona göstərməyə çalışıram ki, bu, elə belə olmalıdır. Mən bu qənaətə həyat praktikamdan gəlmişəm. Mən bu sahəyə insanlara kömək etmək üçün gəlmişəm. Tibb baçısıyam, müəlliməyəm, elə ona görə də mən insanlara hər sahədə yanaşmağı bacarıram. Həmçinin mərkəzdə fəaliyyət göstərən xidmətləri bunlardır:
· Fonoloji pozulmalar (səs)· Kəkələmə· Taxilaliya (həddindən artıq sürətli danışma)· Eşitmə ilə bağlı nitq qüsurları· Rinolaliya (tıntınlı nitq)· Dizartriya· NİL ( Nitq İnkişaf Ləngiməsi)· Disleksiya· Disqrafiya· Alaliya· Afaziya· Autizm Spektri PozuntusuPsixoloqun əsas vəzifəsi – pasiyentə düşdüyü çətin situasiyanı anlatmaq və çıxış yolu nədən ibarətdir, bu istiqamətdə analiz aparmaqdan ibarətdir.
Məsələ burasındadır ki, psixika maşın mexanizmi deyil, nə isə dəyişdirilsin, nə isə burulsun və mexanizm tez bir zamanda fəaliyyətinə davam etsin. Psixika çox incə bir şeydir və psixoloq travma verməmək və işləyən mexanizmə mane olmamaq üçün ehtiyatla, incə bir şəkildə işləmək məcburiyyətindədir. Təsəvvür edin, bir dəfəyə pasiyentdə özünüqiymətləndirmə dəyişəcək, bəs onun digər vərdişləri, ətrafla münasibət, ətrafın ona olan münasibəti necə olsun? Onlar da dəyişməlidir. Davranışın vərdiş olunmuş digər strategiyaları necə olsun? Bütün bunları bir gündə etmək real deyil axı. Özümüzə yenidən yanaşmağa zaman gərəkir. Bunu özümüzə tanımağı bacaraq.
TAHİRƏ HƏBLİYEVA
Bölməyə aid digər xəbərlər