10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
Bu, 20 ildən sonra ilk belə haldır


bu-20-ilden-sonra-ilk-bele-haldir 

Slovakiyanın Baş naziri Robert Fitsoya silahlı hücum son 20 ildən artıq müddətdə Avropada ilk hadisədir.
“Qafqazinfo” xəbər verir ki, bu barədə “Bloomberg” məlumat yayıb. “Bu, 2003-cü ilin martından bəri Avropada hökumət başçısının ilk güllələnməsi idi”, - məlumatda bildirilib.
Belə ki, 2003-cü il martın 12-də Serbiyanın Baş naziri Zoran Cinciç Belqradın mərkəzində snayper atəşi ilə öldürülüb.
Qeyd edək ki, ötən gün Slovakiyanın Baş naziri Robert Fitso atışma zamanı yaralanıb. Ona hücuma görə yazıçı və şair, Proqressiv Slovakiya partiyasının tərəfdarı Yuray Çintula saxlanılıb. Y. Çintula “Mən hökumətin siyasəti ilə razı deyiləm” deyərək hadisəni törətdiyini təsdiqləyib.

Tarix: 16-05-2024, 08:56 Oxunub: 26


Bölməyə aid digər xəbərlər