11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Hələ də anlamıram ki, o necə gəlib nazir olub?”
Siyasətdə ən ağır iş qeyri-adekvat, rabitəsiz, sistemsiz rəqiblə (düşmənlə) mübarizə aparmaqdır. Çünki belələrinin strategiyası, məramı, yekdil fikri olmur. Onlar ancaq zaman manevrinə köklənirlər, “taran” fəlsəfəsinə uyurlar, “urra” prinsipi ilə hərəkət edirlər. Naharda düşündükləri artıq şam yeməyində keçərli olmur. Gecə danışdıqlarını səhər unudurlar.
Eynən Nikol Paşinyan kimi!
Gerçəkdən də...əgər bu adam Xocalı soyqırımının ildönümünə 1 gün qalmış belə hansısa təhlükəsizlikdən dəm vurursa, Xocalıdan çıxmaq istəyən və mühasirə vəziyyətində amansızca öldürülən insanlarla Xankəndini rahat-rahat tərk edən əhalinin fərqini görə bilmirsə, 3 il əvvəl şəxsən boynuna götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda 1991-ci ildə imzalanan Almatı Bəyannaməsinin bəndlərinin pozulmasından narahatlıq ifadə edirsə...demək ki, artıq sözün də, hüququn da, haqqın da bitdiyi yerdəyik!
***
İndi də bashabasla Zelenskini gözləyir. Mart ayında görüşdür. İkitərəfli.
Olsun. Görüşsünlər. Öz daxili işləri, şəxsi məsələləridir. Hətta düşünürəm ki, 1 ay sonra Zelenski ona Qərbin, Avropanın “töhfə”ləri, kiməsə güvənməyin “fayda”ları, xalqı, dövləti “ağ günə” çıxarmağın rahat yolları haqda daha geniş informasiya verə biləcək.
Və mövzu Zelenskiyə gəlmişkən bir haşiyə çıxım: Dostumuz dünən Kiyevdən qayıdıb. Deyir, “Axşam səkkizdən səhər altıya qədər minimum 3-4 SOS xəbərdarlığı olurdu. Dərhal hamımızı hotelin zirzəmisinə düşürdürdülər. Fəqət, sonradan öyrəşdik. Qorxuya, faciəyə, bomba səslərinə, yanğın görüntülərinə öyrəşdik. Kiyevin səssiz, boş, insan üzünə həsrət qalan küçələri ölüm qoxusuna, ölmək rahatlığına necə öyrəşibsə, biz də eləcə öyrəşdik...”
NATO-nun Baş Katibi Stoltenberq isə dünən bəyanatla çıxış edərək bildirib ki, Ukrayna indi bizə daha yaxındır.
Yəni, söhbət hələ təşkilata daxil olmağın ayından, günündən, saatından getmir ha. Sadəcə yaxınlıq. Vəssalam!
Müharibə isə elə məhz NATO ucbatından başlayıb. Və dünən iki ili tamam oldu.
***
Qayıdaq Ermənistana.
Bir məqam yəqin sizlərin də diqqətini çəkib: Paşinyan Rusiyanın əleyhinə nə qədər ittihamedici bəyanatlar versə də, ağır ifadələr işlətsə də, qarşı tərəfdən heç bir adekvat reaksiya yoxdur. Hətta ən xırda qıcıq belə hiss edilmir.
Bilirsinizmi niyə? Çünki ciddiyə almırlar. Gülüb keçirlər. Üstəlik, başa düşürlər və anlayırlar ki, Paşinyandır da. Çıxdığı dünya turnesi bitən kimi öz yuvasına, öz çuxuruna qayıdacaq. Yenə eyni qanadın altına girəcək. Üzr istəyib, əl uzadıb kirimişcə oturacaq. Ya da oturdulacaq.
ƏtraflıAds by
0Reklamınızı SmartBee ilə effektiv edin.Ads by
5Reklamınızı SmartBee ilə effektiv edin.
Hələ bəzi “ağıllı”lar və politoloq qiyafəlilər arada buyururlar ki, Rusiyanın susqunluq səbəbi Paşinyanın onları Avropa ilə qorxutmasıdır. Heyhat! Rusiya və qorxmaq?! Nəsə qulağa yad səsdir. Qorxsaydı Ukrayna ilə qorxudardılar da...
Ayrıca. Mən niyəsə indiki Paşinyan hakimiyyəti ilə Azərbaycanın 1992-93-cü il hakimiyyəti arasında oxşarlıq görürəm. Və ya, Paşinyan hazırda Rusiya ilə necə davranırsa, “bizimkilər” də o zaman təxminən eyni şeyləri edirdi. Məsələn, Yeltsinə telefonda ünvanlanan icmarıcı nümunə kimi göstərə bilərəm: “Hərbi əməkdaşlıq istəyirsənsə, o zaman sənin də Monqolustanla sərhəddində bizim adamlar dayansın”.
“Bizim adamlar e...” Hansı adamlar?
Büdcəsində bir qara qəpik olmayan, qızıl fondundakı rezervlər son külçəsinə qədər dağıdılan, ordusu riyaziyyatçı Rəhim Qazıyevə, diplomatiyası fizik Tofiq Qasımova əmənət edilən ölkənin rəhbəri görəsən nə deyib belə danışırdı? Niyə belə danışırdı? Hansı gücə və kəramətə güvənərək belə danışırdı?
Əlbət, müstəqilliyimiz prioritetdir. Prioritet idi. Prioritet olmalı idi. Elə rus qoşunlarının ölkədən çıxması, çıxardılması da...Amma və lakin! Elə danışıqlar, elə diplomatik yanlışlıqlar var ki, sən onunla qaş düzəltmək istədiyin yerdə vurub göz çıxarırsan. Müstəqilliyi qorumaq istədiyin yerdə həmin müstəqilliyə ən böyük zərbəni vurursan!
Bax Rusiya onda da susqun idi. Danışmırdı. Fəqət, üzdə. Sadəcə və sadəcə üzdə!
Əvəzində isə Qarabağ getdi və indiki hakimiyyətin üzərində bu nəhənglikdə yük qaldı!
Və ya: Bəzən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına nəzər yetirirəm. Eynilə (indicə adını çəkdiyim) Tofiq Qasımovdur. Gah nala vurur, gah mıxa. Günorta silah tədarükündən danışır, axşam delimitasiyadan.
Mənə hələ də aydın deyil ki, bu adam necə gəlib nazir olub. Çünki tarixçidir, son təyinatına qədər bir gün belə diplomatik işdə çalışmayıb, diplomatik protokolun nə olduğundan xəbərsizdir, “diplomat” anlayışını Cozef Borellə, Stefan Sejurne ilə görüşə gedərkən özü ilə apardığı əl çantasından (diplomatdan) fərqləndirəcək zehniyyətə sahib deyil...
Və...dünya elə belələrinin ucbatından dağılır. Dünya - dağılmağa məhkum olduğu üçün dağılır. Dünya Makron kimi avropalıların, Paşinyan kimi hərdəmxəyalların, Avropa Şurası kimi “əl buyruğu” funksiyasını yerinə yetirən təşkilatların, Mirzoyan kimi səbatsız, qanpərvər diplomatların ucbatından dağılır...
***
Ona görə israrla deyirik ki, bu gün Azərbaycanı idarə edənlərin, bizi Ukrayna olmağa, Ermənistanın gününə qalmağa qoymayanların qədrini bilək, əzizlərim!
Ən çətin kritikalarda, situasiyalarda belə bir yol tapıb bizləri yüz cür iğtişaşdan, terrordan, xaosdan, dünya dövlətləri arasında əzilməkdən, əlaltı, marianet olmaqdan hifz edən İlham Əliyevin qədrini bilək, əzizlərim!
30 ildən sonra yenidən Qarabağa qovuşmağın, Xocalı faciəsinin ildönümündə “Ana Harayı”nın hüzuruna, Şəhidlər xiyabanında müqəddəslərimizin ziyarətinə rahat, qürurla, başıuca getməyin qədrini bilək, əzizlərim!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Bölməyə aid digər xəbərlər
Siyasətdə ən ağır iş qeyri-adekvat, rabitəsiz, sistemsiz rəqiblə (düşmənlə) mübarizə aparmaqdır. Çünki belələrinin strategiyası, məramı, yekdil fikri olmur. Onlar ancaq zaman manevrinə köklənirlər, “taran” fəlsəfəsinə uyurlar, “urra” prinsipi ilə hərəkət edirlər. Naharda düşündükləri artıq şam yeməyində keçərli olmur. Gecə danışdıqlarını səhər unudurlar.
Eynən Nikol Paşinyan kimi!
Gerçəkdən də...əgər bu adam Xocalı soyqırımının ildönümünə 1 gün qalmış belə hansısa təhlükəsizlikdən dəm vurursa, Xocalıdan çıxmaq istəyən və mühasirə vəziyyətində amansızca öldürülən insanlarla Xankəndini rahat-rahat tərk edən əhalinin fərqini görə bilmirsə, 3 il əvvəl şəxsən boynuna götürdüyü öhdəlikləri yerinə yetirmədiyi halda 1991-ci ildə imzalanan Almatı Bəyannaməsinin bəndlərinin pozulmasından narahatlıq ifadə edirsə...demək ki, artıq sözün də, hüququn da, haqqın da bitdiyi yerdəyik!
***
İndi də bashabasla Zelenskini gözləyir. Mart ayında görüşdür. İkitərəfli.
Olsun. Görüşsünlər. Öz daxili işləri, şəxsi məsələləridir. Hətta düşünürəm ki, 1 ay sonra Zelenski ona Qərbin, Avropanın “töhfə”ləri, kiməsə güvənməyin “fayda”ları, xalqı, dövləti “ağ günə” çıxarmağın rahat yolları haqda daha geniş informasiya verə biləcək.
Və mövzu Zelenskiyə gəlmişkən bir haşiyə çıxım: Dostumuz dünən Kiyevdən qayıdıb. Deyir, “Axşam səkkizdən səhər altıya qədər minimum 3-4 SOS xəbərdarlığı olurdu. Dərhal hamımızı hotelin zirzəmisinə düşürdürdülər. Fəqət, sonradan öyrəşdik. Qorxuya, faciəyə, bomba səslərinə, yanğın görüntülərinə öyrəşdik. Kiyevin səssiz, boş, insan üzünə həsrət qalan küçələri ölüm qoxusuna, ölmək rahatlığına necə öyrəşibsə, biz də eləcə öyrəşdik...”
NATO-nun Baş Katibi Stoltenberq isə dünən bəyanatla çıxış edərək bildirib ki, Ukrayna indi bizə daha yaxındır.
Yəni, söhbət hələ təşkilata daxil olmağın ayından, günündən, saatından getmir ha. Sadəcə yaxınlıq. Vəssalam!
Müharibə isə elə məhz NATO ucbatından başlayıb. Və dünən iki ili tamam oldu.
***
Qayıdaq Ermənistana.
Bir məqam yəqin sizlərin də diqqətini çəkib: Paşinyan Rusiyanın əleyhinə nə qədər ittihamedici bəyanatlar versə də, ağır ifadələr işlətsə də, qarşı tərəfdən heç bir adekvat reaksiya yoxdur. Hətta ən xırda qıcıq belə hiss edilmir.
Bilirsinizmi niyə? Çünki ciddiyə almırlar. Gülüb keçirlər. Üstəlik, başa düşürlər və anlayırlar ki, Paşinyandır da. Çıxdığı dünya turnesi bitən kimi öz yuvasına, öz çuxuruna qayıdacaq. Yenə eyni qanadın altına girəcək. Üzr istəyib, əl uzadıb kirimişcə oturacaq. Ya da oturdulacaq.
ƏtraflıAds by
0Reklamınızı SmartBee ilə effektiv edin.Ads by
5Reklamınızı SmartBee ilə effektiv edin.Hələ bəzi “ağıllı”lar və politoloq qiyafəlilər arada buyururlar ki, Rusiyanın susqunluq səbəbi Paşinyanın onları Avropa ilə qorxutmasıdır. Heyhat! Rusiya və qorxmaq?! Nəsə qulağa yad səsdir. Qorxsaydı Ukrayna ilə qorxudardılar da...
Ayrıca. Mən niyəsə indiki Paşinyan hakimiyyəti ilə Azərbaycanın 1992-93-cü il hakimiyyəti arasında oxşarlıq görürəm. Və ya, Paşinyan hazırda Rusiya ilə necə davranırsa, “bizimkilər” də o zaman təxminən eyni şeyləri edirdi. Məsələn, Yeltsinə telefonda ünvanlanan icmarıcı nümunə kimi göstərə bilərəm: “Hərbi əməkdaşlıq istəyirsənsə, o zaman sənin də Monqolustanla sərhəddində bizim adamlar dayansın”.
“Bizim adamlar e...” Hansı adamlar?
Büdcəsində bir qara qəpik olmayan, qızıl fondundakı rezervlər son külçəsinə qədər dağıdılan, ordusu riyaziyyatçı Rəhim Qazıyevə, diplomatiyası fizik Tofiq Qasımova əmənət edilən ölkənin rəhbəri görəsən nə deyib belə danışırdı? Niyə belə danışırdı? Hansı gücə və kəramətə güvənərək belə danışırdı?
Əlbət, müstəqilliyimiz prioritetdir. Prioritet idi. Prioritet olmalı idi. Elə rus qoşunlarının ölkədən çıxması, çıxardılması da...Amma və lakin! Elə danışıqlar, elə diplomatik yanlışlıqlar var ki, sən onunla qaş düzəltmək istədiyin yerdə vurub göz çıxarırsan. Müstəqilliyi qorumaq istədiyin yerdə həmin müstəqilliyə ən böyük zərbəni vurursan!
Bax Rusiya onda da susqun idi. Danışmırdı. Fəqət, üzdə. Sadəcə və sadəcə üzdə!
Əvəzində isə Qarabağ getdi və indiki hakimiyyətin üzərində bu nəhənglikdə yük qaldı!
Və ya: Bəzən Ermənistanın xarici işlər naziri Ararat Mirzoyanın açıqlamalarına nəzər yetirirəm. Eynilə (indicə adını çəkdiyim) Tofiq Qasımovdur. Gah nala vurur, gah mıxa. Günorta silah tədarükündən danışır, axşam delimitasiyadan.
Mənə hələ də aydın deyil ki, bu adam necə gəlib nazir olub. Çünki tarixçidir, son təyinatına qədər bir gün belə diplomatik işdə çalışmayıb, diplomatik protokolun nə olduğundan xəbərsizdir, “diplomat” anlayışını Cozef Borellə, Stefan Sejurne ilə görüşə gedərkən özü ilə apardığı əl çantasından (diplomatdan) fərqləndirəcək zehniyyətə sahib deyil...
Və...dünya elə belələrinin ucbatından dağılır. Dünya - dağılmağa məhkum olduğu üçün dağılır. Dünya Makron kimi avropalıların, Paşinyan kimi hərdəmxəyalların, Avropa Şurası kimi “əl buyruğu” funksiyasını yerinə yetirən təşkilatların, Mirzoyan kimi səbatsız, qanpərvər diplomatların ucbatından dağılır...
***
Ona görə israrla deyirik ki, bu gün Azərbaycanı idarə edənlərin, bizi Ukrayna olmağa, Ermənistanın gününə qalmağa qoymayanların qədrini bilək, əzizlərim!
Ən çətin kritikalarda, situasiyalarda belə bir yol tapıb bizləri yüz cür iğtişaşdan, terrordan, xaosdan, dünya dövlətləri arasında əzilməkdən, əlaltı, marianet olmaqdan hifz edən İlham Əliyevin qədrini bilək, əzizlərim!
30 ildən sonra yenidən Qarabağa qovuşmağın, Xocalı faciəsinin ildönümündə “Ana Harayı”nın hüzuruna, Şəhidlər xiyabanında müqəddəslərimizin ziyarətinə rahat, qürurla, başıuca getməyin qədrini bilək, əzizlərim!
Elşən Musayev, Milli Məclisin deputatı, Demokratik Maarifçilik Partiyasının sədri.
Tarix: 28-02-2024, 09:00 Oxunub: 54
Bölməyə aid digər xəbərlər
24-02-2024, 15:22
Xocalı faciəsi: Tarixin qanlı səhifəsi
22-02-2024, 09:37
XOCALI QAN YADDAŞIMIZ...
21-02-2024, 12:16
Xocalı faciəsi - insanlığa qarşı terror və vəhşilik
21-02-2024, 11:35
Xocalı soyqırımı - qan yaddaşımız!
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
21-09-2020, 10:12
Nikol Paşinyanın havadarlıq etdiyi şirkət erməni əsgərlərini necə zəhərləyir... - “Nuş olsun!”
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
13-07-2020, 13:22
İlham Əliyevin sədrliyi ilə Təhlükəsizlik Şurasının iclası keçirilib - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
10-07-2020, 14:01
Vitali Arkov: “Ermənistan razılaşmaları yerinə yetirmir, daim vurnuxur” - MÜSAHİBƏ
















