12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ərdoğan 12 ildən sonra ilk dəfə Misirə gedir


erdogan-12-ilden-sonra-ilk-defe-misire-gedir
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bu gün 12 ildən sonra ilk dəfə Misirə rəsmi səfərə gedir. 
“ Ərdoğan səfəri çərçivəsində misirli həmkarı Əbdülfəttah əs-Sisi ilə danışıqlar keçirəcək.

Görüş zamanı iki ölkə arasında münasibətlərlə yanaşı, İsrail-Fələstin qarşıdurması və regional məsələlər müzakirə ediləcək.
Xatırladaq ki, Türkiyə ilə Misir arasında münasibətlər 2013-cü ildə hərbçilər tərəfindən islamçı Məhəmməd Mursinin devrilməsindən sonra pisləşib, bundan sonra tərəflər öz səfirlərini geri çağırıblar. 2021-ci ilin mart ayında Türkiyənin keçmiş xarici işlər naziri Mövlud Çavuşoğlu Ankara ilə Qahirə arasında əlaqələrin diplomatik səviyyədə bərpa olunduğunu bəyan edib.



Tarix: 14-02-2024, 10:46 Oxunub: 57


Bölməyə aid digər xəbərlər
21-04-2021, 09:00 MARAQLIDI