09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Ceyhun Bayramov bir neçə həmkarı ilə Ermənistanın təxribatını müzakirə etdi

Xarici İşlər naziri Ceyhun Bayramov bu gün bir neçə həmkarı ilə telefonla danışıb. Həmkarları yeni təyin olunmuş naziri bu münasibətlə təbrik edərək, ona gələcək işlərində uğurlar arzulayıblar. 
Xarici İşlər Nazirliyindən verilən məlumatda deyilir ki, Gürcüstanın XİN rəhbəri David Zalkaliani ilə azərbaycanlı həmkarı arasında telefon danışığı olub. 
Tərəflər Azərbaycan və Gürcüstan arasında olan strateji tərəfdaşlıq münasibətlərinin geniş spektri üzrə fikir mübadiləsi aparıb və bu əlaqələrin gələcəkdə daha da möhkəmləndirilməsi üçün səylərini əsirgəməyəcəklərini vurğulayıblar.
Gürcü həmkarını Azərbaycan-Ermənistan sərhədinin Tovuz rayonu istiqamətində Ermənistan silahlı qüvvələrinin hücum cəhdi və bu cəhdin qarşısının alınması, eləcə də bölgədə hələ də davam edən gərgin vəziyyət barədə məlumatlandıran nazir Ceyhun Bayramov Ermənistanın təcavüzkar siyasətinə son qoyulmasının, işğalçı qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılmasının, dövlətlərin beynəlxalq tanınmış sərhədlərinin toxunulmazlığının təmin olunmasının vacibliyini qeyd edib.
Ceyhun Bayramovun bu gün Litva Xarici İşlər naziri Linas Linkeviçius ilə də  telefon danışığı aparıb. 
Nazirlər ikitərəfli əməkdaşlıq münasibətlərinin gündəliyində olan bir sıra məsələlər və onların gələcək inkişafı perspektivləri üzrə fikir mübadiləsi aparıblar.
Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin Azərbaycan-Ermənistan sərhədində törətdiyi hərbi təxribat və bölgədə hələ də davam edən gərgin vəziyyət barədə litvalı həmkarını da məlumatlandırıb. Nazir bölgədə dayanıqlı sülh və təhlükəsizliyin təmin olunmasının yeganə yolunun işğalçı Ermənistan qüvvələrin Azərbaycanın işğal olunmuş bütün ərazilərindən çıxarılması və bütün məcburi köçkünlərin öz evlərinə geri qayıtmasının təmin olunmasından ibarət olduğu vurğulanıb.
Ukrayna Xarici işlər naziri Dmitro Kuleba da Azərbaycan Respublikasının Xarici İşlər naziri vəzifəsinə təyin olunması münasibətilə Ceyhun Bayramovu təbrik edib və ona fəaliyyətində uğurlar arzulayıb. Nazir Ceyhun Bayramov səmimi təbrikinə görə həmkarına təşəkkür edib.
Nazirlər ikitərəfli əməkdaşlıq əlaqələrinin hazırki səviyyəsindən məmnunluq ifadə edib və münasibətlərin bundan sonra da inkişafı etdiriləcəyini əminliklə vurğulayıblar
Nazir Ceyhun Bayramov Ermənistan silahlı qüvvələrinin son hərbi təxribatı və Azərbaycan-Ermənistan sərhədində yaşanan gərginliklə bağlı Ukrayna XİN-i tərəfindən verilmiş ədalətli, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslanan, BMT-nin müvafiq qətnamələrinə istinad edən bəyanata görə həmkarına təşəkkürünü bildirib.
Nazir Dmitro Kuleba Ukraynanın bu məsələdə mövqeyinin dəyişilməz olduğunu bir daha ifadə edib.


Tarix: 17-07-2020, 23:26 Oxunub: 79


Bölməyə aid digər xəbərlər