12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Qarabağ Azərbaycandır!

ZƏFƏR BAYRAMINIZ MÜBARƏK!
Noyabrın 8-də 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir. Qarabağın tacı olan Şuşa şəhərinin azad edilməsi yer kürəsində yaşayan bütün azərbaycanlıların əsl bayramı oldu. Elə ölkə prezidentinn 3 dekabr 2020-ci il  tarixli Sərancamı ilə xalqımızın qüdrətinin və milli qürurumuzun təntənəsinə çevrilən, dövlətimizin nüfuzu və gələcək inkişafı baxımından müstəsna əhəmiyyət kəsb edən bu misilsiz qələbənin əbədiləşdirilməsi məqsədilə hər il noyabrın 8-i Azərbaycan Respublikasında "Zəfər Günü" kimi təntənəli şəkildə qeyd edilməsi qərara alınmışdır. 
Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Rəşadətli Azərbaycan Ordusunun 44 günlük Vətən Müharibəsindəki şanlı qələbəsindən üç il ötür.
2020-ci il noyabr tarixində 28 illik həsrətdən sonra Azərbaycan xalqı üçün böyük tarixi əhəmiyyət kəsb edən və rəmzi məna daşıyan Şuşa şəhəri işğaldan azad edilmişdir.
İRƏLİ! Azərbaycan xalqı 30 ilə yaxındır bu əmri gözləyirdi, 30 ilə yaxındır ki, Qələbəni gözləyirdi və o əmr 2020-ci ilin sentyabrın 27- də gəldi. O əmrlə birgə Azərbaycan Ordusu əks hücum əməliyyatına başladı. O əmr ki, bütün Azərbaycan xalqını bir yumruq altında birləşdirdi, bütün dünyaya xalqımızın birliyini, gücünü, yenilməzliyini bir daha sübut etdi.
Sentyabr ayının 27- də başlanan əks hücum əməliyyatı fitnəkar düşmənin sonunda öz məğlubiyyətini anlayaraq, noyabrın 10-da Qarabağ atəşkəs bəyanatının imzalanması ilə sona çatmışdır.
44 gün… Cəmisi 44 gün çəkmiş olan Vətən müharibəsinin sonu 30 il ərzində əldə oluna bilməyən Qələbə ilə bitmişdir. Azərbaycan Ordusu bu zaman ərzində Azərbaycanın 20% işğal olunmuş bütün torpaqlarını geri qaytarmış və bütün dünyaya özlərindən sonra misli görünməmiş qəhrəmanlıq salnaməsi buraxmışdır. Qarabağda başlanan uğurlu əks-hücum əməliyyatı nəticəsində noyabrın 9-dək 5 şəhər, 4 qəsəbə və 286 kənd işğaldan azad edilib.
44 günlük müharibənin hər günü növbəti ərazilərimizin işğaldan azad olunması ilə yekunlaşırdı. Azərbaycan, Ermənistanı məğlub etdi, işğala son qoydu. 44 günün hər günü şanlı tarixdir. Hər gün Azərbaycan Ordusu irəli gedirdi, hər gün yeni şəhərlər, kəndlər, qəsəbələr, yüksəkliklər azad edilirdi. Azərbaycan əsgəri, Azərbaycan zabiti bir amalla vuruşurdu ki, bu işğala son qoyulsun, bu haqsızlığa son qoyulsun, ədalət zəfər çalsın, tarixi ədalət zəfər çalsın.
Müharibə dövründə Prezident İlham Əliyev tərəfindən səsləndirilən nitqlər, öz emosionallığı ilə fərqlənirdi. Bu məqamlarda ürəkdən səslənən, xalqın hisslərini əks etdirən hər bir söz, hər bir fikir xalqın hafizəsinə əbədi həkk oldu, dillər əzbərinə çevrildi. Dövlət başçısının gələcəyə ümid dolu sözləri insanları itkilər qarşısında sönməməyə, əksinə qürurla durmağa ruhlandırdı. 

Prezident İlham Əliyevin xalqa müraciətlərində düşmən tərəfə ünvanladığı mesajlar bu gün əhalinin dilində əzbərə çevrilib. Vətəndaşlar müharibə dövründə Prezidentin simasında artıq ölkəni idarə edən rəsmi şəxslə bərabər, doğma insan, xalqının yenilməz övladını görürdülər. Prezident İlham Əliyevin müharibə ilə bağlı nitqlərini və çıxışlarını bütün ölkə əhalisi təqdir etdi.
Hazırda Azərbaycan xalqı qələbəmizin üçüncü il dönümünü qeyd etməyə hazırlaşır.  Bəli, Azərbaycan xalqı bu Qələbəni asanlıqla əldə etmədi, bunu canlarından və hüquqlarından keçmiş Vətən oğullarının sayəsində əldə etdi, bunu bitib tükənmədən daima qəlbi Ordumuzun yanında döyünən Xalqın sayəsində əldə etdi. Bunu daima Azərbaycanla birgə mübarizə aparan Ali Baş Komandanın sayəsində əldə etdi. Və bu həmrəyliyini hamıya nümayiş etdirdi. Bundan sonra bütün dünya bilsin və eşitsin ki, Azərbaycan güclü dövlətdir və Azərbaycanın güclü ordusu var! Qarabağ Azərbaycandır! Yaşa Azərbaycan!

 Mahir Hümbətov,
 
informasiya portalının rəhbəri 

Diqqət!
Müəllif hüquqları qorunur!
Materiallardan istifadə edərkən hyperlinklə istinad etməyi unutmayın!


Tarix: 8-11-2023, 15:47 Oxunub: 165


Bölməyə aid digər xəbərlər
27-09-2023, 17:54 anım günü
26-06-2023, 07:30 Bayramınız mübarək!
7-03-2021, 22:45 Təbrik edirəm!