10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
Sumqayıtda

Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov vətəndaşların mövcud problemlərinin həllini sürətləndirmək məqsədilə növbəti səyyar qəbul keçirib.
Səyyar görüş şəhərin 13-cü mikrorayon ərazisində keçirilib. Qəbulda şəhər İcra Hakimiyyətinin məsul şəxsləri, idarə, müəssisə, təşkilatların rəhbərləri və şəhər sakinləri iştirak edib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlərin bir qismi şəhər rəhbəri tərəfindən yerindəcə həll edilib. Araşdırılmasına ehtiyac olan digər məsələlərin isə qanunvericiliyə uyğun, operativ həlli üçün aidiyyəti qurumların rəhbərlərinə tapşırılaraq nəzarətə götürülüb.
Şəhər rəhbəri ilə görüşən sakinlər Sumqayıtda həyata keçirilən abadlıq- quruculuq və yenidənqurma işlərindən razılığını ifadə ediblər, onların müraciətlərinə xüsusi diqqətlə yanaşıldığına görə şəhər rəhbərliyinə öz minnətdarlıqlarını bildirdilər.




Tarix: 1-11-2023, 13:03 Oxunub: 22


Bölməyə aid digər xəbərlər