10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Qənimətlər parkında

Müasir tikililəri, yeni prospekt və parkları, habelə muzey və gəzinti yerləri ilə göz oxşayan Bakının,  Xəzərin mirvari boyunbağısı adlandırılan dənizkənarı Sahil bağında bir ildən artıqdır ki, Hərbi Qənimətlər Parkı fəaliyyət göstərir. Burada Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 27 sentyabr -
10 noyabr 2020-ci ildə 44 gün davam edən Vətən müharibəsi zamanı müzəffər Azərbaycan Ordusunun işğalçı Ermənistanı döyüş meydanında məğlub etməsi nəticəsində düşməndən ələ keçirdiyi hərbi qənimətlərin bir qisminin nümayişi yer alıb. Milli Dənizkənarı Parka yolu düşənlər, Bakıda səfərdə olan əcnəbilər və ya turist kimi ölkəmizə səyahətə gələnlər, nə qədər maraqlı və mənalı yerlərdə olsalar da, bu parkı gəzib-görmədən geri dönmək istəmirlər. Ziyarətçilər arasında bu parkı  muzey adlandıranlar da çox olur.

Bu günlərdə Sumqayıt şəhəri 38 saylı tam orta məktəbin müəllimi Dilbər müəllim şagirdləri ilə birgə Bakıda Qənimətlər parkına getmişdir. Dilbər müəllimə şagirdlərə Qənimətlər parkı barıdı məlumat vermişdir:
-Qənimətlər Parkının hər bir elementi Azərbaycan əsgərinin 44 günlük müharibə zamanı qələbə əldə etmək üçün rəşadət göstərdiyini əks etdirir. Bu mənada parkın ərazisindəki qarşı tərəfin özündə 10 elementdən ibarət mühəndis maneələr sistemini ehtiva edən möhkəmləndirilmiş müdafiə mövqeyinin nümayişi xüsusilə diqqət çəkir. Bu, Azərbaycan əsgərinin dəf etməli olduğu maneələri açıq şəkildə nümayiş etdirir. Məhz bunları gördükdən sonra bir daha əmin olursan ki, döyüşü sadəcə, yüksək texnologiyaya malik silah-sursat, hərbi texnika ilə qazanmaq olmaz. Döyüşü əsgərlər, zabitlər aparır. Buna görə də Vətən müharibəsində rəşadət göstərən, düşmənə göz açmağa imkan verməyən Azərbaycan Silahlı Qüvvələrinin şəxsi heyəti öz mübarizliyi ilə xalqımızın qəhrəmanlıq simvoluna çevrilib. Əsgərlərimiz, zabitlərimiz, çavuşlarımız, bu savaşa qoşulan könüllülərimiz döyüş meydanlarında əsl vətən övladının igidliyini, cəsarətini, qorxmazlığını göstəriblər.
Qarabağ zəfərinə aparan yolda Azərbaycan düşməni ağır məğlubiyyətə uğradarkən, təbii ki, itkilərimiz də oldu. Ancaq qazanılan Qələbə xalqımıza təsəlli oldu. Övladını itirən ata-analar da, həyat yoldaşını son mənzilə dəyanətlə yola salan xanımlar da ağrı-acılarını bir kənara qoyub qazanılan Zəfərdə əzizlərinin, övladlarının, yoldaşlarının payının olması ilə qürurlandılar. Prezident, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin parkın açılışı zamanı dediyi kimi: "Şəhidlərimizin yaxınları üçün təsəlli odur ki, onlar öz canlarını Vətən uğrunda qurban verdilər. Təsəlli odur ki, torpaqlarımız azad olundu, ərazi bütövlüyümüz bərpa edildi. Eyni zamanda, təsəlli odur ki, şəhidlərimizin intiqamını biz döyüş meydanında aldıq. Şəhidlərimizin qanı yerdə qalmadı".

Sonra şagirdlər parkı gəzmiş şəhidlərimizin məzarına gül qoymuşlar. Bu gün Qənimətlər Parkı yenidən torpaq işğal etmək üçün müharibə eşqinə düşənlər, onlara havadarlıq edənlər üçün kabus, bütün Azərbaycansevənlər üçün isə qürur ünvanıdır.



Tahirə Həbliyeva

 




 






Tarix: 24-10-2023, 07:08 Oxunub: 40


Bölməyə aid digər xəbərlər
16-08-2023, 17:20 SUMQAYITIM MƏNİM
13-06-2023, 18:30 SUMQAYITIM MƏNİM
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80