11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
GENERALLARIMIZDAN AKİM ABBASOV
Akim Abbasov 1911-ci il mayın 25-də Naxçıvan Muxtar Respublikasının Nəzərabad (Dəmirzindan) kəndində anadan olub. Valideynlərini erkən itirdikdən sonra uşaq evində tərbiyə alıb və gənc yaşlarından taleyini hərbi peşəyə həsr edib. O, Zaqafqaziya hərbi hazırlıq məktəbini, Zaqafqaziya Quru Qoşunları hərbi kursunu bitirib. 77-ci diviziyada dağ-atıcı taqım, dağ-atıcı alay komandiri, diviziyanın əməliyyat şöbəsi və qərargahının rəisi vəzifələrində xidmət edib.
Böyük Vətən müharibəsinin ilk günlərindən Cənub-Qərb cəbhəsində döyüşlərə qatılıb, xüsusilə Donbas yaxınlığında özünü gorxmaz, igid və şücaətli qəhrəman kimi göstərib. Qafqazın müdafiəsində 402-ci Azərbaycan atıcı diviziyasının alay komandiri kimi fərqlənib və qarşıya qoyulan vəzifələrin öhdəsindən layiqincə gəlib. Cənub, Cənubi-Qərb, Şimali Qafqaz və başqa cəbhələrdə Akim Abbasovun komandanlıq etdiyi hərbi hissələrin döyüşçüləri düşmənə ağır itkilər verib.
1942-ci ildə “Qızıl Əsgər” qəzeti Ukrayna cəbhəsindən yazırdı: “Abbasov yoldaşın hissəsi bir neçə gün ərzində 34 kilometr irəliləmişdir. 4 yaşayış məntəqəsini, 2 müqavimət məntəqəsini düşməndən azad etmiş, almanların 79 tankını, 3 avtomobilini, 2 radiostansiyasını məhv etmişdir”. Bu kimi materiallar yüzlərlədir.
Müharibədən sonra M.V.Frunze adına Hərbi Akademiyanı fərqlənmə diplomu ilə bitirib, 1957-ci ildə ona “general-mayor” ali hərbi rütbəsi verilib və bu rütbədə 12 ildən çox diviziyalara komandirlik edib.
İstefaya buraxıldıqdan sonra Avtomobil Nəqliyyatı nazirinin müavini, Azərbaycan Respublikası Sülhü Müdafiə Komitəsində məsul katib, Bakı Müharibə Veteranları Komitəsinin sədri vəzifələrində çalışıb, üç çağırış respublika Ali Sovetinə deputat seçilib. Onun döyüş rəşadəti və əmək xidmətləri 2 “Qırmızı Bayraq”, 2 “Qırmızı Ulduz”, 1-ci dərəcəli “Böyük Vətən müharibəsi”, “Şərəf nişanı” ordenləri və çoxlu medallarla qiymətləndirilib.
Müdafiə Nazirliyinin İdarə rəisi general-mayor Rasim Əliyev bu gün xalqımızın general oğlu Akim Abbasovun məzarını qalib ölkənin vətəndaşı, qalib ordunun zabiti kimi ziyarətə gəldiklərindən qürurla danışaraq deyib: “2020-ci ilin sentyabr ayının 27-də “Dəmir Yumruq” əməliyyatı ilə başlanan 44 günlük Vətən müharibəsində rəşadətli Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandan cənab İlham Əliyevin rəhbərliyi altında qələbə çaldı, tarixi torpaqlarımız işğaldan azad olundu, respublikamızın ərazi bütövlüyü bərpa edildi. Bütün bunlara görə qəhrəman ata-babalarımıza, qalibiyyət yürüşündə bizə örnək olan, zəfər yolumuza nur saçan igid sərkərdələrimizə borcluyuq. Ataların yolu oğulların yoludur və biz ata-babalarımızın qəhrəmanlıq ənənələrini bundan sonra da uğurla davam etdirəcək, müdrik Prezidentimizin, yenilməz və qətiyyətli Ali Baş Komandanımızın əmrlərinə hər an hazır olacağıq”.
General-mayor A.Abbasov haqqında bir neçə kitabın müəllifi Əməkdar incəsənət xadimi, Prezidentin fərdi təqaüdçüsü polkovnik Abdulla Qurbani igid sərkərdə haqqında xatirələrini bölüşüb: “1975-ci ildən generalı tanıyırdım. Vətənpərvər, xeyirxah bir ağsaqqal idi. Gənclərin hərbi vətənpərvərlik tərbiyəsində yaxından iştirak edərdi. Son dərəcə nikbin və həyatsevər idi. Ancaq 1990-cı illərin əvvələrində ölkədəki özbaşınalıq, Bakıda baş verən qarşıdurmalar, vətəndaş itaətsizliyi səbəbindən general böyük narahatçılıq hissi keçirərdi.
Erməni faşistlərinin 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Xocalıda törətdikləri vəhşiliklər, soyqırımı xəbəri onu daha da sarsıtmışdı. Ertəsi gün o, sədri olduğu Bakı Müharibə Veteranları Komitəsinə gələrək veteranlarla görüşür, SSRİ Sülhü Müdafiə Komitəsinin sədri, dünyaşöhrətli şahmatçı Anatoliy Karpova telefon açaraq qəzəblə tələb edir ki, Qarabağ məsələsində o da mövqeyini bildirsin, haqq-ədaləti müdafiə etsin. Moskvada oturanları başa salsın ki, Azərbaycan xalqı sülhsevər xalqdır. Bu xalqın heç kimin torpağında gözü olmayıb. İndiki Ermənistan dövlətinin qurulduğu ərazilər də qədim Azərbaycan torpaqlarıdır.
Həmin vaxt Sovet İttifaqı Qəhrəmanı, akademik Ziya Bunyadov da generalın razılığı ilə Karpova bir neçə tutarlı söz deyir ki, yuxarıdakılara - ermənilərə rəvac verənlərə çatdırsın.
Nəinki azərbaycanlılara, eyni zamanda insanlığa, bütün bəşəriyyətə qarşı törədilmiş bu faciəyə dözməyən general fevralın 27-də səhər saatlarında “Səbr etmək kifayətdir, hamı bir amal uğrunda birləşsin, qeyrət qılıncları qınından çıxsın. Vətənimiz təhlükədədir, gətirin mənim qılıncımı, mənim də atımı yəhərləyin. Erməni nə karədir ki...”,- deyərək dünyasını dəyişib”.
Görkəmli hərbi xadimin ölümündən xəbər tutan ulu öndər Heydər Əliyev Naxçıvan ziyalılarından və ağsaqqallarından ibarət nümayəndə heyətini onun dəfnində iştirak etmək üçün Bakıya göndərir və ailəsinə sonsuz kədər hissi ilə başsağlığı verir.
A.Qurbani qeyd edib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev A.Abbasovun xidmətlərini həmişə yüksək qiymətləndirər və onun Azərbaycanın hərb tarixində müstəsna yeri olduğunu dəfələrlə qeyd edərdi. Heydər Əliyevə görə, atalarımızın, babalarımızın, əcdadlarımızın qəhrəmanlıq nümunələri bu gün də, gələcəkdə də müstəqil Azərbaycanı qoruyub saxlamaqda, onun müstəqilliyini əbədi etməkdə bizim üçün örnək olmalıdır. Bizim Həzi Aslanov, Akim Abbasov, Mahmud Əbilov və başqaları kimi generallarımız, sərkərdələrimiz olubdur. Bunlar bizim tariximizdir. Tarixdən heç bir şeyi silmək olmaz, onun hər bir mərhələsi xalqın səlnaməsi, həyat yoludur.
Bölməyə aid digər xəbərlər
AZƏRBAYCAN GENERALI AKIM ABBASOV

Tarix: 24-08-2021, 17:30 Oxunub: 346
Bölməyə aid digər xəbərlər
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
10-05-2021, 09:00
Allah rəhmət eyləsin!
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 15:10
DTX-nin həbs etdiyi sabiq məmur digər qurumlardakı vəzifələrində qalır - İLGİNC FAKT
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
21-09-2020, 10:14
“Qafqaz savaşı”nda yeni mərhələ - TƏHLİL
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
9-08-2020, 13:38
Müdafiə nazirinin sabiq müavini Çingiz Məmmədov vəfat edib
5-08-2020, 18:17
Eldar Mahmudovun bankındakı saxta qızıl qalmaqalı böyüyür - birilliant və sikkələri bankdan kim çıxarıb?
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
20-07-2020, 17:55
Tovuz döyüşlərinin dərsləri - TƏHLİL
20-07-2020, 16:59
Tovuzdakı şiddətli artilleriya döyüşləri: Qaraqaya Azərbaycandadır – REPORTAJ + FOTO
8-07-2020, 16:18
AzTV mövsümü necə başa vurdu və telekanaldan gözləntilər - SORĞU
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
6-07-2020, 00:18
TƏBİB koronavirusa yoluxan alimlə bağlı məsələləri nəzarətə götürdü