Müharibə təəssüratları barədə Azvision.az -a danışan A. Ağa Tərtər, Suqovuşan, Talış, Ağdərə istiqamətlərində gedən döyüşlərdə yaralılara tibbi xidmət göstərdiyini deyib.
“Mən ehtiyatda olan zabitəm. Səfərbərliklə təlimlərə çağırıldım. Sentyabrın 27-də əmrlə müharibəyə cəlb olundum. Torpaqlarımızın azad olunmasında bir damcı da olsa bizim payımız var. Bu çox qürurverici bir hissdir. Mən Tərtər, Suqovuşan, Talış və Ağdərə istiqamətlərində gedən döyüşlərdə artilleriya bölməsində idim.
Müharibədə iştirak edənlər oradakı stressi də, qorxunu da bilir. Kim deyirsə ki, qorxmuram, o yalan danışır. Nəticədə sən döyüşdəsən, hər şey gözləniləndir, ölüm qaçılmazdır. Müharibə başlayanda 20-30 dəqiqə həyəcanlandım. Təsəvvür edin, 30 -50-100 metr yaxınlığına mərmi düşür. Bu, elə-belə bir şey deyil. Ancaq sonra özümə toxtaqlıq verdim ki, əgər öləcəyəmsə də, ona qədər mən öz missiyamı yerinə yetirməliyəm".
Müsahibimizin sözlərinə görə, əsgər və zabitlərimiz döyüşlər zamanı yüksək əhval-ruhiyyədə olublar:
"Talış yüksəkliyini aldığımız gün çox sevindik. 17-18 yaşında əsgər necə şücaət göstərirdi, ilahi. Bizim aşbaz Qəbələdən olan əsgər idi. O, yan-yörəsinə mərmi düşə-düşə yemək hazırlayırdı və vaxtında paylayırdı. Hər kəs belə idi, çalışırdıq ki, kim nəyi bacarırsa, onun artığını etsin. Digər bir əsgərimiz isə barotravma almışdı, mərminin dalğası onu divara çırpmışdı, burnu sınmışdı, əsgər o situasiyada belə gülürdü. Balaca, cılız bir əsgərdən onu görmək adamı ruhlandırırdı. Döyüşənlərin hamısında qürur var idi.
Çox ağır situasiyalarla qarşılaşırdıq. Elə şeylər yaşamışıq ki, orada gördüyünü adam heç dilinə gətirə bilmir. Yaxınlığa minaatan mərmisi düşdü, 5 əsgər şəhid oldu.
Cəbhə təcrübəm var idi deyə, soyuqanlı olmağa çalışırdım. Bir də görürdün ki, artıq mərminin səsi gəlir. Bəxtin gətirəcəksə, sağ qalacaqsan. Yaralı olan kimi səngərdən çıxıb, onları arxaya çəkirdik. Həkim yoldaşım Amil Məmmədzadə ilə tez bir zamanda hansı xəstəyə necə yardım göstərək deyə qərar verirdik. Mülki xəstəyə xidmət döyüşdə yaralı əsgərə xidmətdən tamamilə fərqlənir.
Döyüş başlayanda sığınacaqda yer olmadı. Mən və Manaf adlı zabit yoldaşımla bir neçə gün çöldə qaldıq. Bu cür vəziyyətin çətin olduğunu görüb, evlərin həyətlərini gəzib özümüzə sığınacaq axtarmağa başladıq. Hər şey filmlərdə gördüyümüz kimi idi. Mərminin səsi gəlirdi, biz isə ziqzaq qaçıb sığınacaqlar axtarırdıq. Döyüşlər bitəndən sonra həmin həyətə girib ağacdan nar qırıb yeyirdim. Ev sahibi məni orada görüb təəccüblənmişdi. Mən onlara döyüş vaxtı həyətlərindəki sığınacaqlarda daldalandığımı dedim".
Həkim Ağa Ağazadə torpaqlarımızın işğaldan azad edilməsinin qürurverici hadisə olduğunu söyləyib:
"Şuşa azad olunan gün orada ağladıq. Çünki uşaq yaşlarından bizdə o torpaqlara sevgi aşılanıb. Qürur hissindən gözümüzdən yaş gəldi. İnsan həsrətində olduğu bir şeyə qovuşanda necə olur? Həmin şeydir. Əvvəllər hava xəbərlərində deyirdilər ki, bu gün Şuşada hava belə olacaq və s. Amma Şuşa bizdə deyildi. İndi isə o xəbərlərə baxanda müharibə dövrünü, döyüşləri xatırlayıb sevinc qarışıq qəribə hislər keçirirəm. Qızım məktəbdə deyib ki, mənim atam əsgərdir, Qarabağda döyüşüb. Bu, mənim üçün böyük bir qürurdur. Övladımın üzünü ağ etdim. Bundan böyük sevinc hissi yoxdur”.
10:37 / 21-11-2024
Sumqayıtlı tanınmış vəkil nitqini itirib - Ailəsi açıqladı
10:35 / 21-11-2024
Keçmiş arvadını Sumqayıtda terləşən şirniyyat mağazalarının birində döyən qısqanc ərə elektron qolbaq taxıldı
10:34 / 21-11-2024
Prezident Sumqayıta onları hakim təyin etdi - Sərəncam
10:29 / 21-11-2024
Zülfü Hacıyevin qızı: "Atamla şəhid olmamışdan iki gün öncə görüşdük. Mənə dedi ki..."-MÜSAHİBƏ
10:25 / 21-11-2024
BKyTYg4eZC9NCzcL8M3hcUmDhCnBJrSScH
10:20 / 21-11-2024
Sumqayıtda dəhşətli qətl: Arvadı uşaqları ilə evi tərk etdi, anasını öldürdü – Şok təfərrüat
10:17 / 21-11-2024
Sumqayıtda dəmir alan şəxs qonşusunu daş parçası ilə vuraraq döydü - QƏRAR
10:15 / 21-11-2024
SDU-da işdən çıxarılan fəlsəfə doktoru məhkəməyə üz tutdu - QALMAQAL
10:14 / 21-11-2024
Sumqayıtın məşhur iş adamına ağır itki üz verib-FOTO
10:12 / 21-11-2024
Sumqayıtdakı lisey direktorunun qardaşı rəhmətə gedib
10:11 / 21-11-2024
Müqayis Verdiyev yenidən məhkəmə qarşısında
09:48 / 21-11-2024
Qənirə Ataşovaya təhdid mesajları yazanlar kimlərdir? - Polis araşdırır
09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
09:44 / 21-11-2024
Heydər Əliyev Sarayında “Nəsimi” operasının premyerası keçirildi - Fotolar
09:42 / 21-11-2024
53 yaşlı velosipedçini maşın vurub öldürdü
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
15:12 / 20-11-2024
Zaur Mikayılov türkiyəli həmkarı ilə görüşdü
15:10 / 20-11-2024
ABŞ bu raketlərlə Rusiyaya zərbə endirməyə icazə verib
12:46 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:59 / 18-11-2024
Hərbi xidmətdən yayınan gənc həbs edildi
10:51 / 17-11-2024
Deputat Elnarə Akimova Xəzər Bağları ərazisində seçicilərlə görüşüb
10:49 / 17-11-2024
Azərbaycanın Yeni Zəfər Simvolu: Zəfər Parkı və Muzeyi
10:47 / 17-11-2024
Sumqayıt Məhkəməsinin hakimi təqaüdə göndərilib
10:46 / 17-11-2024
Zakir Fərəcov Oksford Universitetinin professorları ilə görüşdü
10:44 / 17-11-2024
Leyla Əliyeva uşaqları ziyarət etdi - Fotolar
10:42 / 17-11-2024
Fransa COP29-a niyə qatılmadı? - Hikmət Hacıyev açıqladı
10:40 / 17-11-2024
Xalq artistinin oğlu vəfat etdi
10:40 / 17-11-2024
Azərbaycanda Milli Dirçəliş Günüdür
10:38 / 17-11-2024
Pivə qutusu ilə baş məşqçinin başını yardılar - Video
Hər şey filmlərdə gördüyümüz kimi idi”
Bölməyə aid digər xəbərlər
Vətən Müharibəsinin qəhrəman həkimi: “Hər şey filmlərdə gördüyümüz kimi idi” - VİDEO
14 Aprel 2021 Oxunub : 3492Vətən müharibəsində həkim kimi iştirak edənlərdən biri də Ağazadə Ağadır. O, 1985-ci ildə Masallı rayonunun Ərkivan qəsəbəsində anadan olub. Orta məktəbi bitirdikdən sonra 2002-ci ildə Azərbaycan Tibb Universitetinə qəbul olunub. 2008-ci ildə universiteti bitirib və Türkiyədə “Andrologiya” üzrə təkmilləşmə kursu keçib. 2009-cu ildən həkim- androlq kimi fəaliyyət göstərir. 2009-2011-ci illərdə N saylı hərbi hissədə batalyonun tibb xidmət rəisi olub.
Tarix: 15-04-2021, 09:30 Oxunub: 37
Bölməyə aid digər xəbərlər
26-04-2021, 13:30
Vətən Müharibəsində Daxili Qoşunların ilk şəhidi kimi adını tarixə yazdı... (FOTOLAR)
26-04-2021, 13:00
Zakir Fərəcov ağacəkmə aksiyasında iştirak edib – FOTOLAR
26-04-2021, 13:00
"Yeni Klinika"nın həbs olunan direktoru KİMDİR? - DOSYE
12-04-2021, 15:47
Allah rəhmət eyləsin!
8-03-2021, 17:31
Sumqayıt polisinin yeni rəisini yaxından tanıyaq...
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
21-09-2020, 12:38
“Siyasi fəaliyyətimizi donduracaq, Ali Baş Komandanı dəstəkləyəcəyik” - Müxalifətin müharibə planı
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
8-09-2020, 17:02
Yüksək vəzifəyə təyin olunan Vasif Eyvazzadə kimdir? - DOSYE
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
8-08-2020, 21:35
Qabiliyyət imtahanında iştirak üçün qeydiyyat başlayıb - Diqqət!
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
22-07-2020, 21:04
Şəhid ailələri və müharibə əlillərinin mənzillə təminat proqramı ildən-ilə gücləndirilir
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
19-07-2020, 12:29
Azərbaycanda 25 həkim koronavirusdan ölüb – SİYAHI
10-07-2020, 18:56
Karyerasını zədə və Olimpiada medalı ilə bitirən boksçunun hekayəsi
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
3-07-2020, 11:38
Leyla Əliyevanın doğum günüdür