"Ölkədə belə bir qanun yoxdursa, bu o demək deyil ki, xəstənin şikayətinə baxılmamalıdır”.
Bunu Qaynarinfo-ya açıqlamasında Milli Məclisin Səhiyyə Komitəsinin üzvü Məlahət İbrahimqızı 10 ildən çoxdur ki, parlamentə tədqim olunan, lakin hələ də müzakirəyə çıxarılmayan "Pasiyentlərin hüquqlarının müdafiəsi haqqında” qanundan danışarkən deyib.
Onun sözlərinə görə, bu məsələ vaxti ilə də Milli Məclisdə bir neçə dəfə qaldırılıb:
"Sonra isə bu məsələni Sədaqət Vəliyeva qaldırıb. Dedilər ki, bununla bağlı araşdırılma aparılsın, başqa ölkələrin təcrübələri öyrənilsin. Bütün araşdırmalar fundamental öyrəniləndən sonra 4-5 ölkənin qanun layihəsi ortaya qoyulur və onun əsasında ekspert qurupu işləyir. Biz işə təzə çıxmışıq, hələ Səhiyyə Komitəsinin iclasları başlamayıb”.
Məlahət İbrahimqızı deyir ki, ölkədə belə bir qanun yoxdursa, bu o demək deyil ki, xəstənin şikayətinə baxılmamalıdır:
"Birinci məhkəmə, ikinci isə mübahisələri dəyərləndirən tibbi həkim komissiyası var. Əgər xəstə bunların rəyindən narazıdırsa, məhkəməyə üz tutsun. Məhkəmənin də müəyyən instansiyaları var. Biz də gələcəkdə belə bir qanun qəbul edəcəyik. Amma bilmirəm, bu qanun layihəsi payız sesiyasına salınacaq, ya yox”.
Bölməyə aid digər xəbərlər