09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Azərbaycanın poçt markası beynəlxalq müsabiqədə təmsil olunur


Poçt rabitəsi sahəsində Avropa Ticarət Assosiasiyası – PostEurop – öz saytında 2020-ci il üçün “EUROPA” mövzusunda hazırlanmış poçt markalarının dizaynı üçün səsvermə təşkil edib.  Səsvermə 9 may-9 sentyabr  2020-ci il tarixləri arasında baş tutacaq.  
Qeyd edək ki, “EUROPA” markalarının builki mövzusu “Qədim poçt marşrutları”dır (“Ancient Postal Routers”).
  
“Azərmarka” MMC tərəfindən hazırlanmış markalar 1501-ci ildə Şah İsmayıl Xətai tərəfindən yaradılmış qasid xidmətinə həsr edilib. 
 
Belə ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində fəaliyyət göstərən "Azərpoçt" MMC-nin, üzərində Şah İsmayıl Xətainin illüstrasiyası olan poçt markası beynəlxalq müsabiqədə iştirak edir.
 
Ənənəvi müsabiqə Avropanın beynəlxalq dövlət poçt operatorları asossiasiyası olan “PostEurop”un internet səhifəsində keçirilir. Müsabiqənin mövzusunu “PostEurop”un marka və filatelistlər üzrə işçi qrupu müəyyən edir.
 
Mayın 9-dan sentyabrın 9-na qədər keçirilən müsabiqədə sadəcə identifikasiya simvolu ilə xüsusi poçt markaları nəşr etmək hüququna malik olan “PostEurop”un üzv ölkələrinin milli poçt operatorları iştirak edir.


Tarix: 8-09-2020, 18:27 Oxunub: 157


Bölməyə aid digər xəbərlər