09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
RRB-nin Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib


Regional Rabitə Birliyinin (RRB) Telekommunikasiya və İnfokommunikasiya Operatorları Şurasının 39-cu iclası keçirilib. 

Bu barədə məlumat Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən daxil olub. Bildirilib ki, “COVID-19” pandemiyası səbəbindən onlayn formatda təşkil olunmuş iclasda MDB ölkələrində fəaliyyət göstərən rabitə operatorlarının rəhbər şəxsləri iştirak ediblər. Müzakirələrə Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi “Aztelekom” MMC-nin Baş direktoru Suat Paşayev də qatılıb. 

İclasda ötən ilin nəticələri müzakirə olunub, növbəti il üçün inkişaf planları və qarşılıqlı fəaliyyət hədəfləri müəyyən edilib.

Eyni zamanda, pandemiya dövründə görülən işlərdən, “IoT (Internet of Things – Əşyaların interneti)” texnologiyası üzrə əməkdaşlıq məsələlərindən danışılıb.

Qeyd edək ki, əsası 1991-ci ildə qoyulan Regional Rabitə Birliyinin başlıca fəaliyyət istiqaməti iştirakçı ölkələrin İKT sahəsində qarşılıqlı və faydalı əməkdaşlığının qurulması, informasiya mənbələrinin mübadiləsi, onların qlobal informasiya cəmiyyətinə uğurlu inteqrasiyasını təmin etməkdən ibarətdir.


Tarix: 15-08-2020, 14:09 Oxunub: 221


Bölməyə aid digər xəbərlər