09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Səudiyyə Ərəbistanının vəliəhdinə ABŞ-da cinayət işi açıldı


ABŞ-da Səudiyyə Ərəbistanının vəliəhdi Məhəmməd ibn Salman barəsində “Rusiyanı Suriya vətəndaş müharibəsinə müdaxilə etməyə təşviq etdiyi” üçün cinayət işi başlanıb.
Unikal.org xarici KİV-ə istinadən xəbər verir ki, Səudiyyə Daxili İşlər Nazirliyinin keçmiş kəşfiyyat işçisi Saad əl-Cəbri ABŞ-ın paytaxtı Vaşinqtonda Məhəmməd ibn Salmana qarşı iddia qaldırıb.

İddia sənədində Əl-Cəbri qeyd edib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) direktoru Con Brennan ilə 2015-ci ilin iyul və avqust aylarında görüşüb:
“Brennan ibn Salmanın Rusiyanı Suriya vətəndaş müharibəsinə müdaxiləyə təşviq etdiyindən narahatlığını bildirib. O vaxt Rusiya Suriyadakı vətəndaş müharibəsində tərəfdaş deyildi”.
Onun sözlərinə görə, Məhəmməd ibn Salman Brennanın narahatlığını qəzəblə qarşılayıb və onunla danışıqlardan sonra işini itirərək Kanadaya sığınmalı olub.


Tarix: 17-08-2020, 17:14 Oxunub: 29


Bölməyə aid digər xəbərlər