10:57 / 23-11-2024
COP29 Sədrliyi bəyanat yaydı
"Erməni diasporu öz məğlubiyyətini etiraf etdi" - Millət vəkili


"Bu günə kimi Azərbaycan diasporası mütəşəkkillik göstərə, çəkici bir nöqtəyə vura bilmirdilər. Bu sahə hər zaman bizim yaralı yerimiz olub."
Bu sözləri açıqlamasında Millət vəkili Razi Nurullayev deyib. O bildirib ki, məhz buna görə də informasiya müharibəsində düşmən bizi üstələyib:
"Son olaylar onu göstərdi ki, zamanla artıq Azərbaycan diasporası mütəşəkilləşməyə, peşəkarlaşmağa başlayıb. Elə bunun nəticəsidir ki, son olaylarda ermənilər daha çox səhvə yol verdilər. Buna səbəb bizim diasporamızın soyuqqanlı, peşəkar, mütəşəkkil davranması oldu. İnformasiya müharibəsində erməniləri üstələməyimizdə mediamızın böyük rolu oldu. Son zamanlar Azərbaycanda bir neçə dildə, eyni zamanda erməni dilində fəaliyət göstərən media qurumları yaranıb. Bu bizim üçün böyük avantajdır. Eyni zamanda uzun zamandır xaricdə yaşayan, yaşadığı ölkənin dilini bilən soydaşlarımız düşmənə qarşı informasiya müharibəsində, Azərbaycan həqiqətlərini dünyaya çatdırmaqda təqdirəlayiq işlər görürlər.
Bütün bunların nəticəsində Ermənilər də məğlubiyətlərini anladılar və etiraf etdilər. Bildiyimiz kimi, artıq Paşinyan Ermənistanın yeganə güclü olduğu sahədə, diaspora sahəsində “təmizləmə”lərə başlayıb. Diasporanın rəhbərinə ciddi danlayıb, xeyli adamı işdən çıxarıb. Yəni Azərbaycan diasporası, Azərbaycan cəmiyyəti, bir sözlə Azərbaycan Ermənistan diasporasıyla bağlı mifi, tabunu məhv etdi. Fikir verin, öncələri neytral qalan, yaxud hətta gizli də olsa Ermənistanın yanında olan dövlətlər belə Azərbaycanın mövqeyindən çıxış etməyə başlayıblar. Təbii ki, bu da işğalçıları panikaya salıb və onlar səhvlərə yol verir.
Bundan sonra Azərbaycan diasporası getdikcə daha da mütəşəkilləşəcək, daha da peşəkarlaşacaq, Azərbaycanın gerçəklərini, Ermənistanın təcavüzkarlığını, işğalçı siyasətini peşəkar, ağllı formada bütün dünyaya çatdıracaq."


Tarix: 2-08-2020, 13:30 Oxunub: 50


Bölməyə aid digər xəbərlər