11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
Qurban bayramınız mübarək!
Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır? Bu suala ən yaxşı cavab Əli Şəriətinin “Həcc” kitabının “Qurbanlıq” bölümündə verilib. Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Bu Bayram Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur. Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək. İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir. Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır. Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi yeganə nemət ilə – oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir. Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox “İsmailimiz” var. Qurban Bayramı bizə həmin daxildəki “İsmaildən” Allah yolunda keçməyə hazır olmağı öyrədir. Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs verib. Bu dərs – Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir. Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir. Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm. (1)“Qurban” – ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və “(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir.
Müsəlman dünyasının müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Kəsilən hər bir qurbanın Allah dərgahında qəbul olması diləyiylə....
Mahir Hümbətov,
Yeniazərbaycan həyatı informasiya portalının rəhbəri
Bölməyə aid digər xəbərlər
29 və 29 MÜQƏDDƏS
QURBAN BAYRAMIDIR
Qurban Bayramı İslamın Ramazan Bayramı ilə bərabər iki ən böyük bayramından biridir. Yəni İslama görə ildə iki mühüm və bayram kimi qeyd ediləsi gün varsa, bunun biri Qurban bayramıdır. Bir ay nəfslə mübarizənin simvolu olan orucluğun nəticəsi kimi qeyd olunan Ramazan Bayramının mühümlüyü başa düşülsə də, çox vaxt qoyun və qoç kəsməklə məhdudlaşan Qurban Bayramının vaciblik dərəcəsini heç də hamı başa düşə bilmir. Molla Nəsrəddin demişkən, min illərdir qeyd olunan bu bayram elə bir qoyunun üstündəmi bərqərardır? Bu suala ən yaxşı cavab Əli Şəriətinin “Həcc” kitabının “Qurbanlıq” bölümündə verilib. Qurban Bayramı sadəcə Allah yolunda heyvan kəsmək deyil. Bu Bayram Allah yolunda insanın ən çox istədiyi arzusundan, istəyindən, dəyərindən, nemətindən keçə bilməsi, onu qurban verməyə hazır olmasının simvoludur. Qurban Bayramı bizə Hz. İbrahim peyğəmbərdən yadigar qalıb. Ömrü boyu Allah yolunda çalışan,mübarizə aparan, bu mübarizəsi zamanında dəfələrlə həyatından, mal dövlətindən, ailəsindən keçməyə hazır olan, oda atılaraq yandırılmağa məhkum edilən, lakin Allahın möcüzəsi ilə oradan saq çıxan Hz. İbrahim qoca yaşlarına qədər övlad sahibi ola bilmir, həyatın bəlkə də bu ən şirin nemətindən məhrum olur. Lakin qoca vaxtında Allah təala hər halda bu neməti ona əta edir – onun İsmail adında oğlu olur. Hz. İbrahim bütün məhəbbətini ona salır, İsmaili qoca vaxtında ona verilmiş nemət hesab edir. Lakin hələ bilmir ki, İsmail, ona verilmiş son və ən mühüm sınaqlardan biri olacaq. Elə bir sınaq ki, əvvəllər əqidəsinə, Allahın əmrinə görə vətənindən didərgin düşməsi, təqib olunması, oda atılaraq yandırılması bu sınağın yaninda kiçik görünəcək. İsmail böyüyüb cavan oğlan olur. Atasının fəxr yerinə çevrilir. Atası onun gələcəyi haqda nələr düşünür.. Və belə bir vaxtda, Allah təala Hz. İbrahimə vəhy göndərərək onun son sınağını elan edir – İsmail Allah yolunda qurban kəsilməlidir. Atanın nə hisslər keçirdiyini təsəvvür etmək doğurdan da çətindir. Şeytanın onu bu addımdan çəkindirməsi üçün nələrə əl atdığı da məlumdur. Şeytan İbrahimin ata hissləri ilə oynayaraq bu əmrdən imtina etməyə, İsmaili can sevgisi ilə şirnikləndirərək atasından onu qurban kəsməməyi tələb etməyə, İsmailin anası Hacəri də oğlunu İbrahimlə buraxmamağa çağırır. Lakin çox böyük dəyərlər – həyat və övlad məhəbbəti ilə Allah əmri arasında seçim zorunda qalan bu üç nəfərin heç biri ona tabe olmur və hamısı Allahın əmrinə boyun əyir. Sınaq, Hz. İbrahim bıçağı İsmailin boğazına dayayıb kəsmək üçün çəkənədək davam edir. Yalnız bundan sonra Allah təala bu əmrin yalnız sınaq olduğunu bildirərək, İsmailin əvəzinə qoç kəsməyi tapşırır. Ömrü boyu dünyaya qiymət verməyən Hz. İbrahim, beləcə, bu dünyada ən sevdiyi yeganə nemət ilə – oğlu ilə imtahan olunur və Allah yolunda oğlundan da keçməyə hazır olduğunu nümayiş etdirir. Hər birirmiz də beləyik. Bu dünyada nəyisə sevirik. Nə isə bizim üçün həyati əhəmiyyətə malikdir. Kim üçünsə pul, mal dövlət, kiməsə vəzifə, şöhrət, kim üçünsə başqa bir şey. Hərəmizin qəlbində bu dünyada sevdiyimiz bir və ya daha çox “İsmailimiz” var. Qurban Bayramı bizə həmin daxildəki “İsmaildən” Allah yolunda keçməyə hazır olmağı öyrədir. Hz. İbrahim özündən sonra gələn bütün İbrahimi dinlər ardıcıllarına, ilk növbədə isə bu dini ən kamil surətdə qoruduğumuzu iddia edən biz müsəlmanlara möhtəşəm bir dərs verib. Bu dərs – Allahın əmri olan yerdə, bu dünyaya bağlı hər bir şeydən, nə qədər dəyərli olursa olsun keçməyə hazır olmaq və keçmək dərsidir. Bu dərs imtahanın heç bir zaman qurtarmaması dərsidir, bu dərs Allaha ən ali yaxınlıq Günü(1) dərsidir. Məhz buna görə də Allah təala bu günü ilin digər günləri içindən seçərək iki böyük bayramından biri elan etmiş, İbrahimin bu qurbanının xatirəsini yaşatmağı və lazım gəlsə yaşaya bilməyi bizə tövsiyyə etmişdir. Allahdan bizi çəkə bilməyəcəyimiz imtahanla vəzifələndirməməyimizi xahiş edir, hamınızın qarşıdan gələn Qurban Bayramını təbrik edirəm. (1)“Qurban” – ərəbcə “qürb” – “yaxınlıq” sözünün ən yüksək məqamıdır və “(Allaha) ən yüksək dərəcədə yaxın olmaq” mənasını verir.Müsəlman dünyasının müqəddəs bayramı olan Qurban Bayramı münasibəti ilə xalqımızı təbrik edirəm. Kəsilən hər bir qurbanın Allah dərgahında qəbul olması diləyiylə....
Mahir Hümbətov,
Yeniazərbaycan həyatı informasiya portalının rəhbəri
Tarix: 28-06-2023, 20:11 Oxunub: 212
Bölməyə aid digər xəbərlər
20-07-2021, 08:00
TƏBRİK EDİRİK!
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
13-05-2021, 08:52
BAYRAMINIZ MÜBARƏK OLSUN!
24-04-2021, 11:00
UZAQ XARKOV VİLAYƏTİNDƏ İMAM ƏLİ ADINA MƏSCİD
19-04-2021, 09:00
Oruc tutmaq sağlam olmaq deməkdir
7-03-2021, 22:45
Təbrik edirəm!
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
26-09-2020, 11:55
Korrupsioner məmurlara qarşı YENİ DALĞA... - NƏ ZAMAN BAŞLAYIR?
22-09-2020, 15:08
Prezident Administrasiyasını belə heçə sayan “Konstra” MKT-nın qurbanları – Söhbət təkcə “qurban keçisi”ndən getmir
14-08-2020, 09:27
Pulu çox alanda tibb bacısına virus keçmirmi?!
28-07-2020, 15:48
Allahşükür Paşazadə Azərbaycan xalqını təbrik etdi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 18:07
Rəna xanım Paşayevanın xatirəsinə: “Əlvida, gözəl insan”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
21-07-2020, 18:03
İlham Əliyev və Mehriban Əliyeva Bakıda təqdimat mərasimində - YENİLƏNİB + FOTO/VİDEO
19-07-2020, 18:01
İdman jurnalistikası: Keçmişi, indiki problemləri və ümidli gələcəyi
11-07-2020, 11:20
Emin Məmmədov: “Buzlu şüşə” görüntüsü olan adama “koronavirusa yoluxub” deyə bilmərik” - MÜSAHİBƏ
10-07-2020, 16:05
Verilən qərarların hirsini onlardan çıxmayın!
9-07-2020, 16:55
DTX tərəfindən həbs olunan XİN-in vəzifəlilərindən xəbər var
8-07-2020, 18:35
Test “neqativ” çıxıb, amma KT “buzlu şüşə” göstərir - ARAŞDIRMA
















