12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Ramazan bayramınız mübarək!

Ramazan Bayraminiz Mubarek Status | TikTok

Əziz həmvətənlərim!
Müqəddəs kitabımız Qurani-Kərimin nazil olduğu mübarək Ramazan ayı insanları gözəl niyyətlər və xeyirxah əməllər naminə birliyə çağırır, onları əmin-amanlıq, qardaşlıq və bərabərlik yoluna dəvət edir, əxlaqi saflığın, xeyirxah əməllərin təntənəsini nümayiş etdirir.
Bu əziz gündə ailələrə firavanlıq, süfrələrə xeyir-bərəkət, hər evə sevinc arzulayırıq!
On bir ayın sultanı, müqəddəs Qurani-Kərimin nazil edildiyi, ruzi-bərəkət, iman, sevgi və rəhmətlə dolu Ramazan ayında tutduğunuz orucu, etdiyiniz duaları Allah qəbul etsin!
Hər bir müsəlmana əziz olan, mənəvi zənginlik, şəfqət, ruzi-bərəkət, ülfət ayı sayılan Ramazan əsrlər boyunca bəşər övladına iman, mərhəmət, ülvi keyfiyyətləri, Allahın yaratdığı varlıqların alisi olan insana həyatda əməli-saleh olmağı, digərlərinə münasibətdə xeyirxah, səbirli və mütəvazi olmağı aşılayır. Bəşəri əhəmiyyətə malik bu bayram qəlblərə sonsuz iman sevgisi bəxş edir.  
  Ramazan bayramı münasibətilə xalqımı, o cümlədən bütün din xadimlərini  səmimi qəlbdən təbrik edir, etdiyiniz ibadətin Allah dərgahında  qəbul olunmasını diləyirəm.
Qoy bu müqəddəs Ramazan bayramı hər birimizin həyatına  mənəvi saflıq, möhkəm iman, bol ruzi-bərəkət, dövlətimizə, xalqımıza  əmin-amanlıq, xoşbəxtlik, rifahla dolu günlər gətirsin.
Azərbaycanın suverenliyi və ərazi bütövlüyü yolunda canından keçmiş qəhrəman Vətən övladlarının unudulmaz xatirəsini bu müqəddəs bayram günündə ehtiramla yad edirik!
Mübarək Ramazan bayramı münasibətilə hər birinizi təbrik edir, mərhəmət və şəfqət rəmzi olan bu bayramda tutulan orucların, edilən dua və niyyətlərin qəbul olunmasını diləyirik.
Bayramınız mübarək, əziz xalqım!


Mahir Hümbətov,
Yeniazərbaycanhəyatı.com 
informasiya portalının rəhbəri

Tarix: 19-02-2026, 11:32 Oxunub: 16


Bölməyə aid digər xəbərlər
11-04-2024, 10:06 Bayramınız mübarək!
13-05-2021, 08:52 BAYRAMINIZ MÜBARƏK OLSUN!