Bu gün AY Media Company mətbuat portalının 4 illiyidir. Bu münasibətlə mətbuat portalının rəhbərini və əməkdaşlarını bu münasibətlə təbrik edir, daha neçə belə 4 illiklərə doğru addımlamağını arzulayırıq. Arzu edirik ki, həmişə belə yeni-yeni xəbərlərlə oxucularının könlünü oxşaya bilsin.
"Aymediacompany.az" virtual xəbər portalının rəhbəri və kollektivi hər zaman yeni xəbərlər ardınca gedirlər. Ölkəmizin media məkanını onlarsız təsəvvür etmək mümkün deyil. O, müstəqil Azərbaycanın qəzetçilik tarixinin ən parlaq nümayəndəsidir Almaz xanım. Keçdiyi yol, müəyyənləşdirdiyi dəst-xətt, hadisə və proseslərə məxsusi yanaşma tərzi sübut edir ki, jurnalistika yaradıcılıq üçün sərhəd tanımır.
jurnalistika sahəsi heç də asan bir sahə deyildir. Jurnalistlər ictimai həyatın bütün sferalarını əhatə edən informasiyaya, geniş kütləyə təsir etmək, onları maarifləndirmək gücünə malikdirlər. Jurnalistikanın dördüncü hakimiyyət adlandırılması da təsadüfi deyil. Jurnalistika maraqlı sahə olduğu kimi eyni zamanda çox çətindir. Bu sahədə çalışmağa başlayanlar bu sahədən illər keçsə belə ayrıla bilmirlər. Almaz xanım da bu sahəyə gələndən sonra ayrıla bilmədi. Və bu gün də bu sahədə uğurlu addımlar atır. Onun layihələri hazırda hər kəs tərəfindən sevinclə qarşılanır. Şəhid ailələrinin mütəmadi yanında olan Almaz xanım şəhidlərimizin keçdiyi ömür yolu barədə məqalələr hazırlayır, onların tədbirlərinin hazırlanmasında canla başla çalışır.
Bu gün belə bir mətbuat orqanın 4 ili tamam olur. Bu münasibətlə Almaz xanımı və əməkdaşlarını ürəkdən təbrik edir, yeni-yeni uğurlara imza atmalarını arzulayıram.
365 gün qəzetinin təsisçi və baş redaktoru
Bölməyə aid digər xəbərlər
















