12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
Haqq nazilər ancaq üzülməz

Sumqayıt şəhəri 22 saylı tam orta məktəbin adı hər zaman uğurları ilə, əldə etdiyi nailiyyətləri ilə hallanıb. Elm olimpiadalarında, idman yarışlarında hər zaman bayrağımızı yüksəklərə qaldırmaq məhz 22 saylı tam orta məktəbn şagirdlərinin adına yazılıb. Məktəbdə təlim-tərbiyə hər zaman ön planda olub. Şagirdlərimizi vətənə sevgi, vətənə layiqli övlad kimi tərbiyə etmək bu məktəbin əsas amallarından biridir. Nə danaq, Vətənpərvər vətəndaş tərbiyəsi – bu, orta təhsil müəssisələrində öz aktuallığı ilə diqqəti çəkən ən vacib məsələlərdəndir. İdeoloji, milli-mənəvi, mənəvi-əxlaqi tərbiyə əsas dəyərlərin aşılanmasına yönəldilən və daim diqqət mərkəzində olan fəaliyyət növü kimi bu orta məktəbin əsas iş istiqamətlərindən biridir. Məktəbin direktoru Tahirə xanım Səfərova özü isə bu barədə belə deyir:
-Vətənpərvərlik dedikdə, ilk növbədə Vətənə könüllü xidmət nəzərdə tutulur. Müasir gənclərə bu hissləri aşılamaq biz pedaqoqların ən ali borcudur. Bütün orta təhsil ocaqlarında şagirdləri bu ruhda tərbiyə etməyə can atılır. Bu istək bütün təlim-tərbiyə sisteminin məzmun və formalarını özündə birləşdirir. Təlim-tərbiyədə ideologiya işi cəmiyyətin və ayrı-ayrılıqda fərdin aktual problemi kimi ortaya qoyulmalı, böyüməkdə olan gənc nəsli aktiv fəaliyyətə səsləyən vasitəyə çevrilməlidir. Orta məktəblərdə təlim-tərbiyənin məqsədi də elə budur. Pedaqoqikada bu məqsəd və istəklər insanın yaşadığı, fəaliyyət göstərdiyi cəmiyyətdə mənəvi-əxlaqi, siyasi, hüquqi və estetik anlayışa sahib olmasına xidmət edir. Yəni orta məktəblərdə şagirdlərə ilk dövrdən verilən biliklər onlarda bu anlayışların formalaşmasına xidmət edir. Ümummilli maraqlarımız təlim-tərbiyə prosesinin məhz bu bu istiqamətdə aparılmasını üstün tutur. Bu səbəbdən dövlətimiz bu prosesi daim öz nəzarəti altında saxlayır.Ora təhsil ocaqları da tədris işi ilə bərabər təlim-tərbiyə prosesinin günün aktuallığı və tələbləri çərçivəsində qurulmasına çalışır. 
Təlim müəllim və şagirdlərin qarşılıqlı, məqsədyönlü fəaliyyətidir. Təlim prosesində şagirdlər müəllimin rəhbərliyi altında bilik, bacarıq və vərdişlərə yiyələnirlər.
Tərbiyə isə şəxsiyyətin məqsədəmüvafiq və mütəşəkkil formalaşması prosesidir. Tərbiyə prosesində tarixən qazanılmış sosial təcrübə yaşlı nəsil tərəfindən gənc nəsillərə ötürülür və onlarda davranışla əlaqədar olan mənəvi keyfiyyətlər məqsədyönlü, planlı, mütəşəkkil şəkildə formalaşdırılır. Prosesdə müxtəlif tərəflər – valideynlər, müəllimlər, tərbiyəçilər, ictimaiyyət nümayəndələri iştirak edirlər. Tərbiyə çoxamilli prosesdir. Bu o deməkdir ki, uşaq şəxsiyyətinin formalaşması müxtəlif amillərin təsiri ilə baş verir: ailə, ictimaiyyət, məktəb, geniş sosial mühit, məhəllə və yoldaşlıq mühiti, yaşlı adamlar, kino, televiziya, bədii əsərlər, sosial media və s. tərbiyədə mühüm rol oynayır. “Uşağı hər şey tərbiyə edir”.
A.S.Makarenkonun sözləri ilə desək, “uşağı hər şey – adamlar, əşyalar, hadisələr, ilk növbədə isə valideyn və müəllimlər tərbiyə edirlər”.
Hər bir ailənin xarakterik xüsusiyyətləri vardır. Ailə öz övladlarını tərbiyə edir. Təbii ki, burada mənfi və müsbət cəhətlər var.
Tərbiyə özü bir dəyər kimi qiymətləndirilməlidir. O, hər kəsin, bütövlükdə cəmiyyətin əldə etdiyi əbədi nemət, daim var olan, yaşayan sərvətidir. Ona görə də burada məqsədlər birləşdirilməlidir. Əsas məsələ ondan ibarətdir ki, şagirdlərin tərbiyəsindəki əsas problemlər ailədən qaynaqlanır.
Məsələyə daha böyük perspektivdən baxa bilərik. İkinci Qarabağ müharibəsində zəfər qazanan övladlar kim tərəfindən tərbiyə olunublar? Burada demək mümkündürmü ki, həmin övladları yalnız ailəsi, yaxud məktəb tərbiyə edib? Cavab hər birimizə məlumdur.
Göründüyü kimi, uşaqlarla əsas tərbiyə işi, onlara qayğı ailənin, valideynlərin üzərinə düşür, məktəb isə bilavasitə bu məsələlərdə ailələrə dəstək olur.


Son günlər ümumi təhsil müəssisəsində baş verənlər xeyli müzakirə olundu və diqqət çəkdi. Bir az da dəqiqləşdirsək, baş verənlər və baş verənlərin təqdimolunma forması cəmiyyətin diqqətini proseslərə yönəltdi. Obyektiv və peşəkar yanaşmalar da müşahidə olundu, sadəcə müzakirə xatirinə mövzuya toxunanlar da oldu. İkincilər daha çox oldu desək, bəlkə də yanılmarıq.
Əsllində mən Tahirə xanımı uzun illərdir tanıyıram, onun necə bir pedaqoq olduğunu da yaxşı bilirəm. Onun haqqında yayılan dedi-qodular doğruluğunu əks etdirmir, hamısı böhtan xarakteri daşıyır. Tahirə xanım hardan baxsaq 15 ilə yaxındır ki, bu təlim-tərbiyə ocağına rəhbərlik edir. Məktəbin pedaqoji kollektivi də bu yazılanların və deyilənlərin böhtan olduğunu təsdiqlədi. Əslində burda bu böhtanı yayanın yox, bu böhtana inananların və onu hardasa sosial şəbəkələrdə yayan, hallandıran jurnalistlərin günahı daha çoxdur. Necə deyərlər, əsli, astarı bəlli olmayan dedi-qoduları yayanlar əslində bir araşdırma aparmalı və ondan sonra qələmi əllərinə almalıdırlar. Bu gün bu missiyaya riayət edən çox az jurnalist var.  Mən heç istəməzdim ki, həmkarlarım barədə belə bir söz işlədim. Ancaq nə yazıq ki, bu real həqiqətdir. Mən çox istəyərdim ki, jurnalistlər kimisə qaralayan bir insanın sözünə deyil, əsl həqiqətə inansınlar.
Bəli, dediyim kimi, mən Tahirə xanımı uzun illərdir tanıyıram. Onun necə bir pedaqoq, təhsil ocağının rəhbəri olduğunu da yaxşı bilirəm. Yazımın sonunda üzümü Tahirə xanıma tutub bircə kəlmə demək istəyərdim: Kim deyirsə haqq nazilir, yalan sözdür, haqq nə naziləndi, nə də üzüləndi. Mən inanıram ki, sizə bu şəkildə böhtan atanlar  qanun qarşısında cavab verəcəklər.




Natiq Zabitoğlu,
Xalq Hakimiyyəti informasiya portalının rəhbəri



Tarix: 24-05-2025, 10:34 Oxunub: 44


Bölməyə aid digər xəbərlər