09:45 / 21-11-2024
Bu yollarda sıxlıq var
15:13 / 20-11-2024
Neçə məktəb təmir edilib?
Hacı Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi

  Hacı Zeynalabdin Tağıyev qəsəbəsi-Sahil qəsəbəsi  

Hacı Zeynalabdin qəsəbəsi Bakı şəhərindən 40 km şimalda Xəzər dənizi və Böyük Qafqaz dağlarının şərq yamacları ilə əhatə olunan düzənlikdə yerləşir.   Qəsəbədə 4 orta məktəb, 5 uşaq bağçası, incəsənət məktəbi, mədəniyyət evi, xəstəxana, poliklinika və təcili yardım stansiyası fəaliyyət göstərir.
Qəsəbədə Hacı Zeynalabdin Tağıyevin şəxsən özü tikdirdiyi nasos qurğuları, «Şəhidlər» kompleksi, Heydər Əliyevin 75 illik yubileyi ilə bağlı yaradılmış «Heydər bulağı», qəsəbə məscidi, Hacı Zeynalabdin Tağıyevin büstü və Dədə Qorqudun monumenti («Kitabi Dədə Qorqud» dastanının 1300 iliyinə həsr olunur) kimi abidələr vardır. Qəsəbənin Sumqayıt şəhər İcra Hakimiyyəti Başçısının Hacı Zeynalabdin qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi Lalə xanım Hacıyeva ilə ayaqüstü qəsəbə barədə söhbət edirəm.
-Sumqayıtda qədim adı ilə tanınan iki məhşur yaşayış yerlərindən biri də hamımızın “Nasosnu” kimi tanıdığı qəsəbədir. Haqqında danışdığımız məkan şəhər mərkəzindən 10 km məsafədə Xəzər dənizi sahilində düzənlik ərazidə yerləşir. Corat kimi “Nasosnu”nun da qədim tarixi var. Qəsəbə ərazisində ilk yaşayış məskəni “Təkə qumu” deyilən yerdə maldarlıqla məşğul olan Kiçik Pirəkəşkül kəndi olub. Neft maqnatı Zeynalabdin Tağıyevin bilavasitə dəstəyi ilə çəkilən kəmər 100 ilə yaxındır ki, Bakı əhalisini və Sumqayıtın bir hissəsini su ilə təmin edir. Həmin yerin adı 7 fevral 1991-ci il tarixindən etibarən dəyişdirilərək Hacı Zeynalabdin Tağıyevin adı ilə “Hacı Zeynalabdin” adlandırılıb. Qəsəbə ərazisində Tağıyevin adını daşıyan parka, eləcə də bulağa rast gəlmək olar. Hazırda qəsəbədə 60 minə yaxın əhali var. Hər dəfə buraya yolu düşən şəxs yeniliklə rastlaşır. Ərazidə yerləşən və sahibkarlıq fəaliyyəti göstərən ticarət və iaşə obyektlərinin görkəmi dəyişdirilərək müasir formaya salınmışdır. Yöndəmsiz köşklər götürülmüş, yerində yenisi tikilmişdir. 
Bəli, qəsəbəmiz Xəzər dənizinin sahilində çox gözəl bir ərazidə salınıbdır. Hardan baxsaq 60 minə yaxın əhalisi vardır. Qəsəbəmizdə məktəb, uşaq bağçası, körpələr evi, poliklinika, xəstəxana, poçt şöbələri vardır. Burada onlarla işçi çalışır. Qəsəbəmizdə Qarabağ şəhidlərinin adını daşıyan Şəhidlər xiyabanı salınmışdır. Ötən il Şəhidlər xiyabanı əsaslı şəkildə təmir olundu. Bu and yerini hər gün bütün qəsəbə sakinləri ziyarət edirlər. Aydın məsələdir ki, bu gün torpaqlarımız şəhidlərimizin qanı bahasına alınıb, onların sayəsində biz bu gün Bütöv Azərbaycanıq. 
Qəsəbəmizdə yaşayan sakinlərin rahatlığı üçün əlimizdən gələni edirik. Həyətlərdə oturacaqlar quraşdırılır, uşaqların rahat oynaması üçün hər bir şərait yaradılır.  “Nümunəvi məhəllə” layihəsi çərçivəsində yenidən qurulmuş hündürmərtəbəli binalarda əsaslı təmir işləri aparılıb. Həmin  binalarda isə əsaslı təmirdən sonra müasir işıqlandırma sistemi quraşdırılmışdır.  Bu gün bəzi binalarda son tamamlama işləri aparılır, bir neçə binada isə təmir işləri davam etdirilir. Hazırda isə Bakı-Quba yolu istiqamətində yollarda səki daşlarının dağılmışlarının yenisi ilə əvəz olunması, səkilərin rənglənməsi və divarların boyanması istiqamətində işlər görülür. Mən inanıram ki, əsas yol sayılan Bakı-Quba yolu bu təmirdən sonra daha da gözəlləşəcək və qəsəbəmizin adını daha da ucaldacaqdır.  Bəli, görülən işlərlə kifayətlənmək olmaz. Bizim görüləsi işlərimiz çoxdur.Qəsəbə camaatının, sahibkarların görüləcək işlərdə köməklərinə ehtiyac yaranmışdır. Qəsəbənin təmiz saxlanması, yeni iş yerlərinin yaradılması sahəsində əzimkarlıq göstərmək lazımdır. Elə çalışmaq lazımdır ki, yaşayışımız bu günkündən daha yaxşı olsun. Ona görə də qarşıya qoyulan vəzifəyə nail olmaq əzmi ilə çalışmalıyıq.
Yer üzərindəki hər yer bənzərsizdir. Amma bəzi yerlər elə qeyri-adidir ki, onlar barədə danışmaq azdır. Gedib mütləq görmək lazımdır. Xüsusən də yazın gəlişi ilə insanların daha çox gəzintiyə çıxmaq, gözəl yerləri görmək həvəsi artır. Hər kəs hansısa formada yeni, fərqli, cənnət kimi yerlər görmək istəyir. Belə cənnət yerlərdən biri də Xəzərin sahilində salınan H.Z.Tağıyev qəsəbəsidir. Bəlkə də başqaları üçün bu söz bir az fərqli səslənə bilər. Lakin mənim aləmimdə haranı sevirsənsə ora da sənin üçün cənnətdir. Nə danım, elə qəsəbəmiz də mənim üçün cənnətdir. Kim cənnəti görmək istəyirsə, qəsəbəmizə gəlib qonağımız ola bilər.
Ötən illərdə Respublika əhəmiyyətli Hacı Zeynalabdin Tağıyev qəsəbəsi - Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilməsi istiqamətində tikinti işlərini görmüşdür. Belə ki,  H.Z.Tağıyev – Sumqayıt avtomobil yolunun 4 zolağa genişləndirilən hissəsinin uzunluğu 13,7 kilometr təşkil edir. Tikinti işləri nəticəsində yolun mövcud eni 15 metrdən 23-26 metrə, hərəkət hissəsinin eni isə 7-10 metrdən 15 metrə qədər genişləndirilib.
Sözügedən işlər çərçivəsində yeni torpaq yatağının və yol əsasının inşası, yolboyu asfalt-beton örtüyün döşənməsi işləri icra olunub, yolayrıcı betonlar düzülüb. Bundan başqa, marşrutboyu geridönmə hissələrinin, yolun yaşayış məntəqəsi daxilindən keçən hissəsində piyada səkilərinin və yeni işıqlandırma sisteminin yaradılması işləri də aparılıb. Layihə üzrə yolun 8-ci kilometrində bir aşırımlı körpünün tikintisi yekunlaşıb, həmçinin yolun 3,8-ci kilometrində yerüstü piyada keçidi inşa edilib. Avtonəqliyyat vasitələrinin normal hərəkətini təmin etmək məqsədilə üfüqi nişanlanma xətləri çəkilib, zəruri yol nişanları quraşdırılıb.
Layihə üzrə nəzərdə tutulan işlər yekunlaşdırılaraq yol müasir görkəmdə istifadəyə verilmişdir. Bu gün sürücülər bu yoldan rahatlıqla istifadə edirlər. 
Bəli, qəsəbədə yaşayan sakinlər qəsəbənin son illərdə necə dəyişdiyini və bunun üçün də Lalə xanıma və eləcədə əməyi keçən hər kəsə təşəkkürlərini bildirirlər.


365 gün





Tarix: 1-04-2024, 14:58 Oxunub: 25


Bölməyə aid digər xəbərlər
19-04-2021, 09:00 Maqsud Maqsudov - 80