11:28 / 03-06-2026
Ceyhun Bayramov kanadalı həmkarı ilə danışdı
11:27 / 03-06-2026
Hövsanda vətəndaşı zorla maşına mindirib aparmaq istəyiblər? - Foto
11:24 / 03-06-2026
“İçkiyə görə toy yasa döndü” - Video
11:23 / 03-06-2026
Maştağadakı güclü yanğın söndürüldü - Video - Yenilənib
12:53 / 02-06-2026
Sabah güclü külək əsəcək - Xəbərdarlıq
12:48 / 02-06-2026
Türkiyə 4 qolla qələbə qazandı - Video-Yenilənib
12:09 / 01-06-2026
Adil Əliyev haqqında yayılan məlumatlara münasibət bildirdi
12:01 / 01-06-2026
Dua Lipa ərə getdi
11:58 / 01-06-2026
“Zəngəzur dəhlizi mütləq inşa ediləcək”
11:55 / 01-06-2026
Yığmamız Dünya Kubokunda ilk oyununa çıxacaq
11:48 / 01-06-2026
“Xarici borcu əhəmiyyətli dərəcədə azaltmağı bacardıq” - Yenilənib
11:46 / 01-06-2026
Stalinin gizli zirzəmisi açıldı - 40 min şüşə nadir şərab hərraca çıxarılır
11:46 / 31-05-2026
20 il sonra bu gün görüşəcəkdik, ölüm xəbəri gəldi
11:43 / 31-05-2026
Prezident xorvatiyalı həmkarını təbrik etdi
11:42 / 31-05-2026
İlanı vurmaq istəyərkən 5 nəfəri güllələdi - 3-ü uşaqdır
11:41 / 31-05-2026
Goranboyda iki maşın toqquşdu - Yaralılar var
11:40 / 31-05-2026
Bu gecə gözünüz səmada olsun! - Fotolar
11:39 / 31-05-2026
Bir əsrədək tarixi olsa da, yalnız 8 ölkə qazanıb
11:38 / 31-05-2026
Sultan Süleymanı görmüş ağac - 854 yaşı var+Video
11:18 / 30-05-2026
Leyla Əliyeva övladları ilə - Video
11:14 / 30-05-2026
Kim deyər ki, mayın sonudur? - Video
11:10 / 30-05-2026
Dünəndən bəri Bakıda 41 ağac sınıb
16:46 / 29-05-2026
Sinif yoldaşlarımla 40 ildən sonra bir yerdə
14:06 / 26-05-2026
Prezidentə təbriklər gəlməkdə davam edir - Yenilənir
12:09 / 26-05-2026
Tbilisi qatarının ilk sərnişinləri arasında - Cavid Qurbanov da var+Fotolar
12:22 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:18 / 23-05-2026
Mayın bütün sosial ödənişləri yekunlaşdırıldı
12:16 / 23-05-2026
Bərdədə yeniyetmənin meyiti tapıldı
11:57 / 23-05-2026
XİN Çinə başsağlığı verdi
“Bu, regionlarda məhsuldarlığı artıracaq” - Fotolar
İqtisadiyyatOxunma sayı: 4965

Hacıqabulda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi əkin sahələrində məhsuldarlığın artmasına kömək edəcək.
“Qafqazinfo” xəbər verir ki, bunu “Report”a “Aqro Dairy” MMC-nin baş aqronomu Tacəddin Misirzadə bildirib.
Hacıqabulun Padarçöl sakinlərini narahat edən problemin nəhayət ki, öz həllini tapdığını deyən baş aqronom qeyd edib ki, son illər yeni əkin sahələri dövriyyəyə qatılır və əkinə yararlı sahələr daha da genişləndirilir: “Bir vaxtlar bu ərazilərdə su olmadığından yalnız qışlaq yeri kimi istifadə olunub. Sonralar əhali dəmyə şəraitində taxıl əkini ilə məşğul olub. Lakin ciddi su problem ilə qarşılaşdığından təsərrüfat sahibləri taxılın hər hektarından 4-5 sentner məhsul götürə biliblər”.
T.Misirzadə əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi istiqamətində yeni layihələrin hazırlandığını vurğulayıb.
Baş aqronom qeyd edib ki, “Aqro Dairy” MMC-nin fəaliyyət göstərdiyi regionlarda ötən ilin sonunda intensiv suvarma sahələrinin ərazisi 19 min 200 hektara, pivotların sayı 296-ya çatdırılıb, 4 toxum emalı kompleksi yaradılıb. Qarabağ regionu üzrə 2020-ci ildən təhkim olunmuş ərazilərdə 27 min 107 hektar, 2023-cü ildən isə Xocalı, Ağdərə və Xocavənd rayonlarında 11 min 276 hektar ərazidə yazlıq və payızlıq əkin işləri aparılıb: “Bütün bunlar onu göstərir ki, ölkəmizdə həm işğaldan azad edilən rayonlar, həm də digər bölgələrin də inkişafı daim diqqət mərkəzindədir. Dövlət başçısı həm işğaldan azad olunan ərazilərə, həm də digər rayonlara tez-tez səfərlər edir, yeni sosial obyektlərin, müəssisələrin, yolların açılışını edir, problemlərin tez bir zamanda həlli üçün göstərişlər verir”.
Qeyd edək ki, aprelin 9-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Hacıqabul rayonunda “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Bu qurğular kompleksi dövlət başçısının əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da imzaladığı Sərəncama əsasən inşa olunub. Kompleksə sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyası, boru kəməri və dəmir-beton kanalı daxildir.
Azərbaycan Prezidentinin 2022-ci il fevralın 10-da imzaladığı Sərəncamına əsasən isə üzən nasos stansiyası (I pillə), uzunluğu 4350 poqonometr olan basqılı metal boru kəməri, uzunluğu 7012 poqonometr olan dəmir-beton üzlüklü açıq kanal, kanalın sonunda su tutumu 5 min kubmetr olan hovuz, sərfi saniyədə 3 kubmetr olan II pillə stasionar nasos stansiyası və uzunluğu 6918 poqonometr olan basqılı metal boru kəmərinin tikintisi və nasos stansiyasının xarici elektrik təchizatı işləri başa çatdırılıb.
Layihə çərçivəsində 2022-ci ildə 2555 hektar sahənin suvarılması təmin olunub. Layihənin gələn il 1225 hektar sahədə də həyata keçirilməsi nəzərdə tutulur.

Bölməyə aid digər xəbərlər

Tarix: 14-04-2024, 09:30 Oxunub: 186
Bölməyə aid digər xəbərlər
31-03-2024, 09:20
Sumqayıt doğma şəhərimizdir
15-02-2024, 13:24
70-lərin kəsişməsində: 70-ci illərdə başlayan Sumqayıt sevgisi, 70 il və 70 yenilik
29-12-2023, 08:30
Ziya Kazımov və Ülvi Rəşidov məhkəmə zalında həbs edildi
17-11-2023, 09:48
“Onun fatihəsini verincə...” - Rövnəq Abdullayev
20-06-2021, 10:30
SON İLLƏR SUMQAYIT NECƏ İNKİŞAF ETDİ? - FAKTLAR
23-05-2021, 10:30
ASTARA Azərbaycanın cənub mirvarisidir
9-10-2020, 21:22
Azərbaycan Prezidenti İlham Əliyev xalqa müraciət edib
22-09-2020, 08:55
Daşkəsənin iki böyük metallurgiya müəssisəsi yeni inkişaf dövrünə başlayır - İcra başçısı yazır...
31-08-2020, 19:08
Qulinin ölüm ssenarisi: Onu kim və niyə öldürdü? - Şok faktlar
12-08-2020, 10:41
Keçmiş oliqarx-məmurlar “ortada yeyib qıraqda gəzirlər”... - Ramiz Mehdiyevi müdafiə edən Ziya Məmmədov Tovuz hadisələri vaxtı susmuşdu...
9-08-2020, 13:56
Ağcabədinin sabiq icra başçısının əmisioğlu rayonda “at oynadır”
27-07-2020, 23:22
Prezident su ehtiyatları ilə bağlı Tədbirlər Planını təsdiqlədi
27-07-2020, 23:21
İlham Əliyev yeni təhsil nazirini qəbul etdi - YENİLƏNİB + FOTO/VİDEO
24-07-2020, 17:56
Samir Qurbanov: “İşğal altındakı ərazilərdə qanunsuz fəaliyyətə beynəlxalq səviyyədə reaksiya verilməlidir”
24-07-2020, 09:42
İlham Əliyevin yanında su təsərrüfatının vəziyyətinə həsr olunmuş müşavirə keçirildi - YENİLƏNİB + FOTO/VİDEO
10-07-2020, 13:55
AQTA əməkdaşları 164 ictimai iaşə və ərzaq satışı müəssisəsində reyd keçirdi - FOTO
9-07-2020, 22:29
Pandemiyadan zərər çəkənlərə bank kreditləri üzrə dövlət zəmanətinin verilməsi QAYDASI
9-07-2020, 20:53
AQTA qaydaları pozan 84 obyekt aşkarladı - YENİLƏNİB + FOTO
7-07-2020, 16:49
AQTA 95 müəssisədə qayda pozuntusu aşkarladı - SİYAHI
7-07-2020, 14:32
Azərbaycanlı həkim: “Xəstə bir saat əvvəl su içib test versə, neqativ cavab ala bilər” - MÜSAHİBƏ
7-07-2020, 01:17
İlham Əliyev və Mehriban Əliyeva Bakıda modul tipli hospitalın açılışında - YENİLƏNİB + FOTO/VİDEO
5-07-2020, 01:18
Dörd rayonda sakinlərin su ilə bağlı etirazına RƏSMİ MÜNASİBƏT